Month: December 2023

  • Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş jurnal işıq üzü görüb – FOTOLAR

    Noyabrın 7-də Azərbaycanda yaşayan azsaylı xalqlarla əməkdaşlıq edən “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş jurnalının təqdimat mərasimi keçirilib.

    Tədbirdə təşkilatın üzvləri, müxtəlif peşə sahibləri, azsaylı xalqların və etnik qrupların nümayəndələri iştirak ediblər.

    Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra çıxış edən İctimai Birliyin rəhbəri Elmira Məhəddinli deyib ki, İordaniyada səfəri zamanı keçirdiyi görüşlərdə həmin ölkədə Ulu Öndərə yüksək hörmət və ehtiramın olduğunun şahidi olub. Eyni zamanda, diqqətə çatdırılıb ki, azərbaycanlılar dünyanın bir çox ölkələrində aktiv fəaliyyət göstərir və ölkəmizin adını bütün sahələrdə daim uca tutmaq üçün səylərini əsirgəmirlər.

    Sonra çıxış edən Kanada-Azərbaycan Assosiasiyasının Prezidenti Esmira Əsədova deyib ki, “Heydər Əliyev İli”ndə Ulu Öndərlə bağlı tədbirlər yüksək səviyyədə keçirilir. Daha sonra o, Ulu Öndərin ABŞ-da səfərdə olarkən onunla görüşündən xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, Kanadada yaşayan həmvətənlərimizin fəaliyyəti barədə məlumat verib.

    Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Ulu Öndər Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin sayəsində hazırda Azərbaycan bütün dünyada tanınır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

    Qeyd edək ki, 104 səhifədən ibarət jurnalda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkilatın ölkəmizdə və xaricdə keçirdiyi tədbirlərlə bağlı informasiyalar dərc olunub.













  • Baş nazirdən daşımalarla bağlı qərarda DƏYİŞİKLİK

    Nazirlər Kabineti 24 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına, eləcə də ölkədaxili sifarişli daşımalara, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi, taksi sifarişi operatoru fəaliyyətinə isə icazə veriləcək.

    İndiyə qədər bu xidmətlərin göstərilməsi üçün “İcazə” blankı, “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” verilirdi.

  • Ermənilərin silah anbarı kimi istifadə etdikləri növbəti mülki təyinatlı obyekt aşkar edilib

    Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.

  • İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

    AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Arayik Arutyunyan: “Özümü Azərbaycan vətəndaşı sayıram”

    “Arayik Arutyunyan görüş zamanı qeyd edib ki, o özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir”.

    Bunu İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov Teleqraf.com-a bildirib.

    Qeyd olunub ki, komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin “rəhbər”ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.

    Elçin Şirinovun sözlərinə görə, saxlanılan şəxslər mövcud şəraitdən razı olduqlarını bildiriblər.

    “Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara, eyni zamanda, ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub.

    Xatırladaq ki, Qarabağda millətçi “Daşnaksütyun” partiyasının lideri, separatçıların keçmiş qondarma “parlament sədri” David İşxanyan, separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətiriliblər.

  • Deputat quraqlığın təbii fəlakət hadisələri sırasına daxil olunmasını təklif edib

    Milli Məclisin deputatı Əli Məsimli quraqlığın təbii fəlakət hadisələri sırasına daxil olunmasını təklif edib.

    “Report”un məlumatına görə, deputat bu barədə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə ətraf mühitin qorunması istiqamətində görüləcək işlər xeyli dərəcədə intensivləşəcək.

    Ə.Məsimli bildirib ki, bu, yeni qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımların atılmasını şərtləndirəcək:

    “Azərbaycan üçün aktual məsələlər içərisində su ehtiyatlarından səmərəli istifadə etmək, eləcə də ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması üçün suvarma sisteminin yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir”.

    Deputat vurğulayıb ki, quraqlıq məsələsi də əsas problemlərdəndir:

    “Quraqlıq başqa təbii fəlakətlərlə müqayisədə daha böyük ziyan vurur. Nəticədə elə hallar olur ki, sahibkarlar nəinki təsərrüfatdan gəlir götürmür, hətta investisiyalarını belə itirirlər. Hətta müflis olmaq təhlükəsi qarşısında qalırlar. Təklif edirik ki, sel və digər təbii fəlakət hadisələri kimi quraqlıq da bu siyahıya daxil edilsin. Bu səbəbdən qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var”.

  • İlham Əliyev 2024-cü il dövlət büdcəsini təsdiqlədi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qanunla Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən,
    mərkəzləşdirilmiş gəlirləri 33 milyard 397 milyon 645 min manat, yerli gəlirləri 775 milyon 355 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 978 milyon 197 min manat, yerli xərcləri 784 milyon 803 min manat) məbləğində təsdiq edilib.

  • В Сумгайыте произошло ДТП с летальным исходом

    В Сумгайыте произошло дорожно-транспортное происшествие (ДТП).

    Как передает Report, автомобиль Ford, за рулем которого находился уроженец Сиязанского района Вюсал Хангельдиев (1989 г.р.) столкнулся с ГАЗ-31, которым управлял местный житель Эльшан Джафаров (1983 г.р.).

    После ДТП одно из транспортных средств сбило гражданина, переходившего дорогу. Пострадавший скончался на месте происшествия.

    По данному факту проводится расследование.

  • Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Sumqayıtda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub.

    “Report”un yerli bürosu xəbər verir ki, Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Vüsal Rəhman oğlu Xangəldiyevin idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Elşən Balamirzə oğlu Cəfərovun idarə etdiyi QAZ-31 markalı avtomobil toqquşub.

    Qəza zamanı avtomobillərdən biri həmin ərazidən keçən piyadanı vurub. Zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır

  • Azərbaycanda “yol terroru”: 11 ayda 21 uşaq ölüb – VİDEO

    Cari ilin 11 ayı ərzində, avtomobil qəzalarında istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb.

    O qeyd edib ki, yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur:

    “Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırır, valideynlərdən isə uşaqları yollarda nəzarətsiz buraxmamalarını xahiş edirik.

    Hər bir valideyn uşaqlarının gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirməlidir”.