Month: December 2023

  • Dişləri qısa zamanda ağardan təbii üsul tapıldı

    Dişlərin saralması hər kəsin üzləşdiyi problemlərdən biridir. Saralmış dişlərə qarşı standart qulluq vasitələri nəticə vermədikdə, bu məqsədlə təbii üsuldan yararlana bilərsiniz. Bu üsul sayəsində dişləriniz qısa zamanda ağaracaq.

    Çox az tanınan sirkə növü olan ərik sirkəsi dişlərdəki saralmaların aradan qaldırılmasında güclü köməkçi kimi tanınır. Onun vasitəsilə dişlərinizi qısa müddətdə təbii ağ rənginə qaytara bilərsiniz. Bu üsul ağzınızda təravət hissini də təmin edəcək.

    Beləliklə də, ərik sirkəsi ilə dişlərinizi ağartmaq üçün pambıq çubuğunu sirkədə isladıb çox bərk sıxmadan dişlərin üzərinə sürtün. Bir müddət sonra isə dişləri təbii əsaslı diş pastası ilə fırçalayın. Bu təbii müalicəni həftədə bir dəfə təkrarlaya bilərsiniz.

    Mənbə: Haber Global

  • Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıb

    Çin arxeoloqları ölkənin mərkəzində Anyanq şəhərində (Henan əyaləti) Şan sülaləsi (e.ə. XVI-XI əsrlər) dövrünə aid yüksəkrütbəli aristokratların ailə üzvlərinə aid 28 məzar, habelə qulluqçu və heyvan məzarları aşkar ediblər.

    Bu barədə Sinxua agentliyi Anyanq Mədəni Reliktlər və Arxeologiya İnstitutunun vitse-prezidenti Tsui Tsunqlyana istinadən məlumat yayıb.

    “İlk dəfədir ki, qədim İn şəhəri xarabalıqları xaricində belə qəbirlər tapılır, – deyə Tsui Tsunqlyan bildirib. – Bu kəşf Şan sülaləsinin dəfn ənənələrini və o dövrün cəmiyyətin təşkilini öyrənmək üçün yeni məlumatlar verir”.

    Şan indiki Çin Xalq Respublikasının ərazisində eramızdan əvvəl 2-ci minillikdə mövcud olmuş bir krallıqdır.

    Mənbə: TASS

  • İlon Mask hərbi münaqişələrdə qələbə üçün əsas amili açıqladı

    “Uzun sürən istənilən münaqişədə daha az xərclə daha böyük həcmdə silah istehsal edə bilən ölkə qalib gələcək”.

    Bu sözləri məşhur amerikalı biznesmen Devid Saksın “X” sosial şəbəkə paylaşımına şərh yazan İlon Mask qeyd edib.

    “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi vurğulayıb ki, müharibəni aparmağa imkan verən yeganə qüvvə isə iqtisadiyyatdır.

    “İqtisadi güc müharibə aparmaq üçün əsas vasitədir”, – deyə İlon Mask bildirib.

  • Земля максимально приблизится к Солнцу 3 января

    3 января видимый диаметр Солнца будет максимальным в 2024 году, поскольку Земля окажется в ближайшей к нему точке своей орбиты.

    Расстояние между Землей и Солнцем в этот день составит 147 098 988 км (0,983296 а.е.).

    Как сообщили астрономы, 3 января в 04:38 по бакинскому времени Земля окажется в перигелии – самой ближайшей к Солнцу точке своей орбиты. В этот день видимый диаметр Солнца будет наибольшим в году. Диск небесного светила будет выглядеть на 3% больше, чем в начале июля, когда это расстояние максимально.

    Земля движется вокруг Солнца по эллиптической орбите со средней скоростью 29,765 км/с. Полный оборот она совершает за 365 дней 6 часов 9 минут 10 секунд. Ближайшая к Солнцу точка орбиты, называемая перигелием, наступает в январе. В это время расстояние между этими двумя космическими объектами уменьшается до более чем 147 млн км. С другой стороны, афелий, самая удаленная точка орбиты от Солнца, Земля достигает в начале июля. В это время дистанция между ними превышает 152 млн км.

    Измерение диаметра Солнца происходит в угловых градусах. Разница между диаметрами солнечного диска в моменты афелия и перигелия не является заметной визуально, так как изменение размера диска происходит плавно в течение полугода. Тем не менее при сравнении их размеров 3 января можно заметить увеличение на 3%.

    Источник: ТАСС

  • Yeni ildən sonra Yer Günəşə ən yaxın məsafədə olacaq: Tarix açıqlandı

    Yanvarın 3-də Yer Günəşə ən yaxın məsafədə olacaq.

    Bu tarixdə Günəş 2024-cü ildə ən maksimal diametrdə görünəcək, çünki Yer öz orbiti üzrə ona yaxın nöqtədə olacaq.

    Bu barədə Moskva Planetariumunun Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, Günəşin diski iyulun əvvəlində olduğundan 3% daha böyük görünəcək. Həmin gün planetlər arasındakı məsafə 147 098 988 km (0,983296 AU) olacaq.

    Yer Günəş ətrafında elliptik orbit üzrə 29,765 km/s orta sürətlə hərəkət edir. Tam dairəni 365 gün, 6 saat, 9 dəqiqə, 10 saniyəyə başa vurur. Planetimizin orbitinin Günəşə ən yaxın olan nöqtəsi periheli adlanır və Yer yanvarda bu nöqtədən keçir. Həmin an bu kosmik cisimlər arasındakı məsafə azalır və 147 milyon km-dən bir qədər çox olur. Eyni zamanda, Yer Günəşdən ən uzaq orbit nöqtəsinə – afeliyə iyulun əvvəlində çatır. Həmin an onlar arasındakı məsafə 152 milyon km-dən çox olur.

    “Günəşin diametri bucaq dərəcələri ilə ölçülür. Afeli və periheli anlarında Günəş diskinin diametrləri arasındakı fərq gözlə nəzərə çarpmır, çünki Günəş diskinin ölçüsündə dəyişiklik altı ay ərzində müntəzəm şəkildə baş verir. Ancaq onları müqayisə etsək, o zaman görərik ki, yanvarın 3-də o, 3% daha böyük görünür”, – deyə planetariumdan əlavə edilib.

    Mənbə: TASS

  • Heyvan almağa gəldi, ev sahibinin qızı ondan hamilə qaldı: “Uşağı Bakıda saxlamaq istəyən şəxslərə verib”

    Ağsu rayonunda 1988-ci il təvəllüdlü Mikayıl yetkinlik yaşına çatmayan Səmayə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

    Teleqraf.com-un məlumatına görə, Mikayıl tanışı Səmayə ilə 2021-ci il iyun ayının ortalarında tanış olub.

    Mikayıl Səmayənin yaşadığı evə gedərək onunla cinsi əlaqəyə girib, ona qarşı seksual xarakterli hərəkətlər edib.

    İstintaq orqanı tərəfindən Mikayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səmayə ilə 2021-ci ildə tanış olub:

    “Təxminən 2020-ci ildə Səmayənin anası Sevda xanımdan heyvan almışdım. Həmin vaxtdan onların ailəsini tanıyırdım. Bir dəfə də onlardan nar almışdım.

    Səmayə ilə tanışlığım isə hadisədən bir il qabaq yarandı. Anası Sevdanın mobil telefonu ilə bir neçə dəfə mənə zəng etdi. Sonra münasibətlərimiz daha da yaxınlaşdı. Telefonla danışmağa başladıq”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci il iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə Səmayə ilə telefonda danışan vaxt ona cinsi əlaqədə olmaq istədiyini bildirib:

    “Səmayə onunla evlənəcəyim halda yalnız qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyini dedi. Mən də razılaşdım. Bir neçə gün sonra axşam onun yaşadığı evə getdim və söhbət etməyə başladıq. Saat təxminən 23 radələrinə qədər söhbət etdik. Sonra getmək istədiyimi bildirdim.

    Gedəndə Səmayə mənimlə birlikdə evin ikinci mərtəbəsinə çıxdı. Otaqların birinə keçdik və söhbətə davam etdik. Söhbət əsnasında onunla cinsi əlaqəyə girmək istədiyimi dedim. Səmayə isə yalnız qeyri-təbii yolla cinsi əlaqəyə girəcəyini dedi. Mən də razılaşdım”.

    Mikayılın ifadəsinə görə, bundan bir neçə gün sonra, təxminən 2021-ci il iyulun əvvəllərində Səmayəyə zəng edib və onlar telefonda danışmağa başlayıblar:

    “Danışıq zamanı yenidən cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Səmayə də razılaşdı. Axşam onlara getdim. Yemək yedikdən sonra söhbət etmək üçün evin ikinci mərtəbəsinə çıxmaq istədiyimi dedim. Otağa keçdikdə onunla təbii yolla cinsi əlaqədə oldum”.

    Mikayıl qeyd edib ki, onlar daha sonra danışmayıblar:

    “Səmayənin hamilə olmağını 2022-ci ilin yanvarında eşitmişəm. Aprelin əvvəllərində Səmayənin bacısı Süsənin qayınatası Fərman adlı şəxs mənə zəng etdi və görüşmək istədiyini bildirdi. Mən də onunla Ağsu şəhərində parkda görüşdüm. Görüş zamanı Fərman Səmayənin məndən hamilə qaldığını bildirdi, bu məsələni heç kəsin bilməməsi üçün uşağı süni doğuşla götüzdürmək lazım olduğunu, ona görə 1 100 manata ehtiyac yarandığını dedi. Mən də razılaşdım. Həmin gün Fərmanın oğlu Əhmədlə Səmayənin yaşadığı evdə görüşdük və 1 100 manat pulu Əhmədə verdim. 15-20 gün sonra isə Fərman zəng edərək işi həll etdiyini bildirdi”.

    Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf edib və əməlindən peşmanlıq çəkdiyini deyib. Bildirib ki, ailəlidir, himayəsində dörd az yaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Özünün ağır dərəcəli şəkər xəstəsi olduğunu deyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirib.

    İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Mikayıl ona zəng edib və onlar telefonda danışmağa başlayıblar:

    “Danışıq zamanı Mikayıl cinsi əlaqədə olmaq istədiyini dedi. Mən də razılaşdım. Mikayıl axşam bizə gəldi. Yemək yedikdən sonra atam yatdı. Mikayıl isə mənimlə söhbət etmək üçün evin ikinci mərtəbəsinə çıxmaq istədiyini dedi. Biz otağa keçdikdən sonra Mikayıl cinsi əlaqədə olmaq istədiyini dedi və məndən uzanmağımı istədi. Mənimlə cinsi əlaqədə oldu. Mikayıl gedəndən sonra yatmaq üçün aşağı düşdüm. Həmin vaxtdan sonra Mikayıl bizə gəlmədi. 2021-ci ilin dekabrında hamilə olduğumu hiss etdim. Anamla birlikdə Ağsu Rayon Mərkəzi Xəstəxanasına getdik. Həkim yaşımı soruşanda 15 yaşım olduğunu dedim. Həkim hamilə qaldığımı, bətnimdəki uşağın isə 4-5 aylıq olduğunu bildirdi.

    Biz xəstəxanadan evə getdik. Anam məndən kiminlə cinsi əlaqədə olduğumu soruşdu. Mən də Mikayıldan hamilə qaldığımı bildirdim”.

    Zərərçəkmiş deyib ki, 2022-ci ilin martında onun ağrıları başlayıb:

    “Hamilə olduğumu bacımın qayınatası Fərmana bildirdik. Anam Sevda, Fərman və Fərmanın oğlu Əhmədlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına getdik. Həmin gün xəstəxanada doğuş həyata keçirdim. Üç gün xəstəxanada qaldım. Xəstəxanadan çıxıb digər kəndə, Əhmədin yaşadığı evə getdim. Orada da üç gün qaldım.

    Sonra Fərman uşağımı saxlamaq istəyən adam olduğunu bildirdi və məndən uşağı ona vermək istəyib-istəmədiyimizi soruşdu. Mən uşağı saxlamaq fikrində olmadığımı söylədim. Fərman uşağı apararaq Bakı şəhərində uşağı saxlamaq istəyən şəxslərə verib”.

    Bu cinayət işinə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mikayılın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona iki il sınaq müddəti olmaqla bir il altı ay şərti cəza təyin olunub.

  • В Азербайджане подорожали яйца – ВИДЕО

    В Азербайджане наблюдается рост цен на яйца.

    Как передает xezerxeber.az, в последние дни данная продукция подорожала на 2-3 гяпика.

    В связи с этим продавцы заявили, что повышение цен носит сезонный характер. По их словам, ежегодно в осенние и зимние месяцы наблюдается снижение производства яиц, что, в свою очередь, приводит к росту стоимости продукции.

    Отмечается, что граждане страны недовольны сложившейся ситуацией.

    Подробнее – в видео:

  • Azərbaycanda yumurta BAHALAŞDI – VİDEO

    Yumurtanın qiymətində artım müşahidə olunur.

    Xezerxeber.az-ın məlumatına görə, son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti iki-üç qəpik artıb.

    Satıcılar bildiriblər ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirirlər.

    Satıcıların sözlərinə görə, hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur.

    Vətəndaşlar isə qiymətlərin baha olmasından şikayətlənirlər.

    Daha ətraflı süjetdə:

  • Yekaterinburqdan Bakıya uçuşlar başlayacaq

    Ural Hava Yolları yanvarın 13-dən etibarən Yekaterinburqdan Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

    Məlumata görə, uçuşlar bazar ertəsi, cümə axşamı və şənbə günləri təşkil ediləcək.

    Aviaşirkətin saytındakı cədvələ əsasən, uçuşun müddəti 3 saat 10 dəqiqə olacaq.

    Qeyd edək ki, Ural Hava Yolları sərnişin axınına görə Rusiyanın aparıcı aviaşirkətlərindən biridir. Şirkətin hava donanması “Airbus” təyyarələrindən ibarətdir.

  • В Сабирабадском районе произошло ДТП: есть пострадавшие

    В Сабирабадском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, случай зарегистрирован на территории села Гаратепе.

    Согласно информации, автомобиль марки Mersedes Benz столкнулся с другой машиной.

    В результате аварии телесные травмы различной степени тяжести получили местные жители Алишан Мамедов (1998 г.р.) и Эльшад Гасанов (1986 г.р.). Пострадавшие были доставлены в Сабирабадскую центральную районную больницу.

    По данному факту проводится расследование.