Month: December 2023

  • Sabirabadda qəza: Xəsarət alanlar var

    Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Mersedes-Benz” markalı avtomobil digər avtomobillə toqquşub.

    Qəza nəticəsində rayonun Qaratəpə kənd sakinləri, 1998-ci il təvəllüdlü Alişan Zülfüqar oğlu Məmmədov və 1986-cı il təvəllüdlü Elşad Mirzəxan oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıb.

    Hər iki yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tərkibində şəkər olan qida məhsullarını alarkən nələrə diqqət edilməlidir?

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırır.

    AQTA-dan verilən məlumata görə, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir.

    “Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər. Həmçinin məhsulların tərkibindəki inqrediyentlər onların həmin qidadakı miqdarının azalması istiqamətində yazılır. Əgər inqrediyent siyahının əvvəlindədirsə, deməli, onun məhsulda miqdarı digər inqridiyentlərə nisbətən daha çoxdur. Bəzən məhsulların üzərində şəkər sözü yazılmaya bilər, lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, sirop yazıla bilər. Bunlar da şəkərin növləridir. Bundan əlavə, eyni növ qida məhsullarını müqayisə edərək tərkibində daha az şəkər olanı almaq tövsiyə edilir”, – qurumdan bildirilib.

    Qeyd edək ki, şəkərin normadan artıq istehlak edilməsi insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaradır, bəzi xərçəng xəstəlikləri riskini artırır. Mövcud təhlükələr nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik sərbəst şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdar tək şəkər tozuna, qəndə deyil, həm də qidaların tərkibindəki şəkərə aid edilir.

  • Ukrayna Dünya Bankından 1,34 milyard dollar alıb

    Dünya Bankı Ukrayna büdcəsinə 1,34 milyard dollar köçürüb, pul sosial sahənin dəstəklənməsinə sərf olunacaq.

    Bu barədə Ukrayna Maliyyə Nazirliyi mətbuata açıqlamasında bildirib.

    Maliyyələşdirmə “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində alınıb ki, bunun böyük hissəsi Yaponiyanın zəmanəti ilə Dünya Bankının 1,086 milyard dollar məbləğində kreditidir. Ukraynaya Norveç, Amerika Birləşmiş Ştatları və İsveçrə hökumətləri tərəfindən 260 milyon dollar məbləğində qrant dəstəyi də verilib.

    “Vəsait Ukraynanın dövlət büdcəsinin təhlükəsizlik və müdafiə sahəsinə aid olmayan xərclərini, xüsusən də pensiya ödənişləri və Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına ödənişləri qismən kompensasiya etmək üçün istifadə olunacaq”, – deyə məlumatda bildirilir.

    Mənbə: lenta.ru

  • İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan generala baş çəkib

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənova baş çəkib.

    “Report” xəbər verir ki, başçəkmədə komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov iştirak ediblər.

    T.Həsənov saxlanma şəraitindən razı olduğunu söyləyib. O, gigiyena vasitələri, dərman preparatları ilə təmin edildiyini bildirib.

    Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

    Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

    Hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə onun məhkəməsi davam edir. Naxçıvana gediş-gəlişlə əlaqədar olaraq proses onlayın keçirilir.

  • Sumqayıtda 51 yaşlı kişi intihar edib

    Sumqayıt şəhərində 51 yaşlı kişi intihar edib.

    Hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb.

    Belə ki, 1972-ci il təvəllüdlü Şükran Məhəmməd oğlu Məmmədov yaşadığı ünvanda özünü asıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Мария Захарова: За беспорядками в Сербии стоит коллективный Запад

    За беспорядками в столице Сербии, Белграде, стоит коллективный Запад.

    Как передает Report со ссылкой на российские СМИ, об этом заявила официальный представитель МИД России Мария Захарова.

    “Очевидны попытки коллективного Запада раскачать ситуацию в стране, используя техники “майданных переворотов”, – сказала она.

    Она подчеркнула, что единственная возможная реакция на ситуацию – строгое следование Конституции, уважение выбора сербского народа, проголосовавшего за национальные интересы.

  • Rusiya XİN: “Serbiyadakı iğtişaşların arxasında Qərb dayanır”

    Serbiyanın paytaxtı Belqradda baş verən iğtişaşların arxasında kollektiv Qərb dayanır.

    “Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    “Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək bu ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir”, – o bildirib.

    M.Zaxarovanın sözlərinə görə, bu vəziyyətə yeganə mümkün cavab Konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.

  • На Каспии будет реализован пилотный проект по очистке и повторному использованию сточных вод

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по реализации пилотного проекта по очистке и повторному использованию сточных вод, сбрасываемых с Говсанской аэрационной установки в Каспийское море.

    Как сообщает Report, cогласно распоряжению, руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в соответствии с распоряжением президента Азербайджана “О дополнительных мерах по обеспечению рационального использования водных ресурсов” от 27 июля 2020 года, в целях расширения использования альтернативных источников воды, сокращения потерь воды, очистки и повторного использования сточных вод, а также привлечения новых технологий в эту сферу, глава государства постановил на территории Абшеронского района реализовать пилотный проект по очистке и повторному использованию сточных вод, сбрасываемых с Говсанской аэрационной установки в Каспийское море.

    Кабинету Министров поручено обеспечить принятие необходимых мер по реализации пилотного проекта с учетом передового международного опыта и решить другие вопросы, вытекающие из распоряжения.

  • Xəzərə axıdılan tullantı sularının təmizlənməsi ilə bağlı pilot layihə həyata keçiriləcək

    Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə həyata keçiriləcək.

    “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncam alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.

    Nazirlər Kabinetinə pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

  • В Баку столкнулись два автомобиля, есть пострадавшая

    В Хатаинском районе Баку произошло дорожно-транспортного происшествие.

    Как сообщает Report, в результате столкновения двух автомобилей пострадала Тахмина Бахтияр гызы Гасанова, 1987 года рождения.

    Ее доставили в больницу с помощью кареты скорой помощи. В ходе обследования у Т.Гасановой диагностировали тупую травму грудной клетки.

    По факту ведется следствие.