Month: April 2024

  • Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək

    Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

    Həmçinin Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

    Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

  • ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

    ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

    Bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) deyib.

    O bildirib ki, bu, İranın İsrailə hücumuna cavab məqsədindən irəli gəlir.

    Nazirin sözlərinə görə, Vaşinqton Tehrana qarşı mübarizədə tərəfdaşları ilə işləməkdən çəkinməyəcək.

    Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

    ///Report

  • Армяне украли музыку из азербайджанской оперетты “Не та, так эта” – ВИДЕО

    Армяне украли еще одно произведение, принадлежащее Азербайджану.

    Как сообщает Trend, в настоящее время армяне в качестве своей музыки презентуют фрагмент из музыкальной комедии “Не та, так эта” великого композитора Узеира Гаджибейли.

    Украденное музыкальное произведение, которое они назвали “Вагаршапатский танец”, исполнил в Парижской опере армянский пианист Айк Меликян.

    Армяне утверждают, что эту музыку написал Арно Бабаджанян в 1947 году.

    А действительно ли это так?

    Дело в том, что это фрагмент из музыкальной комедии “Не та, так эта”, написанной гениальным композитором Узеиром Гаджибейли.

    Узеир Гаджибейли написал эту оперетту еще в 1910 году. Его премьера состоялась в Баку в 1911 году, за 10 лет до рождения Арно Бабаджаняна.

    Комедия была поставлена в Шуше в 1912 году. Впервые произведение было экранизировано в 1919 году. Во второй раз фильм “Не та, так эта” был снят в 1956 году.

    В представленном нами видео можно сравнить “Вагаршапатский танец” в исполнении армянского пианиста Айка Меликяна и музыку из оперетты “Не та, так эта”, написанную Узеиром Гаджибейли.

  • Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar – VİDEO

    Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar.

    Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər.

    Onların “Vaqarşapat rəqsi” adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasında erməni pianoçu Hayk Melikyan tərəfindən ifa olunub.

    Ermənilər bu musiqinin 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia ediblər.

    Bu həqiqətən doğrudurmu?

    Məsələ burasındadır ki, bu əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasındandır.

    Üzeyir Hacıbəyli bu komediyanı hələ 1910-cu ildə yazıb. Onun premyerası 1911-ci ildə, Arno Babacanyanın anadan olmasından 10 il əvvəl Bakıda baş tutub.

    Komediya 1912-ci ildə Şuşada tamaşaya qoyulub. Əsər ilk dəfə 1919-cu ildə lentə alınıb. İkinci dəfə isə “O olmasın, bu olsun” filmi 1956-cı ildə çəkilib.

    Təqdim etdiyimiz videoda erməni pianoçu Hayk Melikyanın ifa etdiyi “Vaqarşapat rəqsi” ilə Üzeyir Hacıbəylinin yazdığı “O olmasın, bu olsun” musiqisini müqayisə edə bilərsiniz.

  • Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub

    Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətdə sıxlıq yaranıb.

  • Rusiyada “TikTok”un bloklanması təklif olunub

    Rusiyada “TikTok” sosial şəbəkəsinin bloklanması təklif olunub.

    Bununla əlaqədar Rusiyada fəaliyyət göstərən Sosial Şəbəkələrin və Mesencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası “Roskomnadzor”a müraciət ünvanlayıb.

    Mütəxəssislər hesab edirlər ki, Rusiya sosial şəbəkələri bunun sayəsində öz auditoriyasını təxminən 30 milyon nəfər artıracaq.

    Müraciətə mayın 8-dək baxılacağı bildirilib.

    Mənbə: TASS

  • Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib

    Gəncədə şagirdin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparılır.

    Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

    Məlumata görə, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, tezliklə məsələyə hüquqi qiymət veriləcək.

    Qeyd edək ki, bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ə.V. sinif yoldaşı O.Q.nin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib.
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-ya bildiririlib ki, xəsarət alan şagirdi xəstəxanaya aparıblar, vəziyyəti normaldır:

    “Hal-hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər”.

  • Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır – ÜNVANLAR

    Son illər Bakıda mənzil almaq xeyli çətinləşib. Xüsusən paytaxtda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev tapmaq, demək olar ki, mümkünsüzdür. Mənzil bazarında özünü göstərən bu mənfi tendensiya xüsusilə gənc ailələr üçün ciddi çətinliklər yaradır.

    Nəticə etibarı ilə insanlar yüksək ipoteka şərtləri ilə bahalı mənzillər almağa məcbur olurlar.

    Bəs yeni evlənmiş gəncin ipoteka kreditinə əli çatmırsa, mənzilə necə sahib olmalıdır?

    Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan mənzillər qiymət baxımından digərləri ilə müqayisədə xeyli sərfəlidir.

    Nazirlik tərəfindən Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində satışa çıxarılan mənzillərin qiymətlərini təqdim edirik:

    Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən yaşayış kompleksində ümumi sahəsi 83,5 kvadratmetr olan 3 otaqlı tam təmirli mənzil alıcılara 58,450 manata təklif olunur.

    Suraxanı rayonu, Ramana qəsəbəsində satışa çıxarılan 100 kvadratmetr sahəli 4 otaqlı mənzil isə 85,595 manata satışa çıxarılıb.

    Abşeron rayonunda təklif olunan 3 otaqlı 69,2 kvadratmetr sahəyə malik tam təmirli mənzilin qiyməti isə 53,976 manatdır.

    Qeyd edək ki, bu mənzillər vaxtilə məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. 44 günlük Vətən müharibəsindən sonra sözügedən binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və satışa çıxarılıb.

    Mənzilləri ipoteka krediti ilə də əldə etmək mümkündür.

  • İsrail rəsmiləri İrana görə bir daha toplanacaq

    İsrailin Hərbi Nazirlər Kabinetinin bu gün İrana qarşı cavab hücumunu qiymətləndirmək üçün bir daha toplanacağı və Təl-Əvivin “ölçülmüş, orta və ya hərtərəfli” hücum variantlarını nəzərdən keçirdiyi bildirilib.

    Azxeber.com axrici mətbuata istinadən xəbər verir ki, İsrailin “Kanal12” televiziyasının yaydığı xəbərə görə, Nazirləri Kabineti 13 apreldə İranın hücumlarına görə cavab tədbirləri ilə bağlı razılığa gəlsə də, bu cavabın zamanı, yeri və miqyasını qiymətləndirmək üçün bu gün bir daha toplanır.

    İsrail hərbçiləri bazar ertəsi gecə Hərbi Nazirlər Kabinetinə təqdim etdikləri variantlar arasında “ölçülü hücum” adlandırılan “fiziki raket və ya hava hücumu deyil, İrana kiberhücum təşkil etmək” variantı önə çıxıb.

    Belə ki, kiberhücuma əlavə olaraq hərbi bazaya və ya obyektə hücum variantı “orta hücum” kimi qiymətləndirilib.

    “Hərtərəfli hücum”a gəlincə, kiberhücumdan əlavə, İran boyu hərbi baza və obyektlər də daxil olmaqla, çoxsaylı strateji nöqtələrə hücum variantı müzakirə edilib.

    Hücumun vaxtı ilə bağlı yekun qərar olmasa da, baş nazir Benyamin Netanyahunun müxalifət liderlərini mümkün addımlar barədə məlumatlandırması planlaşdırılır.

    Bildirilir ki, ABŞ da İsrailin mümkün cavab tədbirlərini daha məhdud saxlamasını və atacağı addımlar barədə Vaşinqtonu məlumatlandırmasını istəyir.

    İsrailin yüksək rütbəli rəsmiləri ABŞ-ın rəhbərliyi altında İrana qarşı “birgə diplomatik və siyasi kampaniyadan” məmnun olduqlarını vurğulayıblar.

  • Daha bir məşhur “tiktok”çu həbs edildi

    Polis əməkdaşları sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxsi saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

    Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.