Month: May 2024

  • Поп Баграт – символ фиаско армянской оппозиции – ВИДЕО

    Пока армянская оппозиция тщетно пытается изобразить в Ереване контуры массового
    “протестного движения” и отчаянно скрыть его очевидную вялотекучесть, разобщенность и полную институциональную неорганизованность, позволим себе вкратце вспомнить, с чего началась вся эта клоунада. Чуть более месяца назад, а если быть точнее, то 9 марта сего года, пресс-служба заместителя премьер-министра Азербайджана Шахина Мустафаева выступила с заявлением по итогам уже седьмой по счету встрече его с армянским коллегой Мгером Григоряном. В этом заявлении Баку в категоричном тоне потребовал от Еревана немедленного освобождения четырех приграничных сел Газахского района.

    Об этом говорится в очередном выпуске аналитического YouTube-проекта Caliber.

    “Что касается четырех азербайджанских неэксклавных сел Баганис Айрым, Ашагы Аскипара, Хейримли и Гызылгаджылы, их принадлежность Азербайджану, бесспорна, и они подлежат немедленному освобождению. В рамках процесса делимитации будет решен вопрос об освобождении четырех эксклавных сел Юхары Аскипара, Софулу, Бархударлы и Кярки Азербайджана, оккупированных Арменией”, – подчеркивается в том заявлении.

    “Данное заявление обратило на себя внимание, помимо прочего, также своим решительным тоном. Стало ясно, что на переговорах армянская делегация по всей видимости вновь пытается юлить и всячески затягивать процесс… Премьер-министр Никол Пашинян бросил свои дела и помчался в Товузгалинский Махал Западного Азербайджана, где на встрече с местными жителями поведал им, что освобождать четыре приграничных азербайджанских села все же придется. Иначе, и это его слова, к концу недели случится война”, – отмечает автор ролика.

    Нежелание местных жителей расставаться с присвоенным вылилось в возмущение, начались стихийные сельские сходки…

    Подробнее – в сюжете Caliber.

  • Keşiş Baqrat – erməni müxalifətinin fiaskosunun simvolu – VİDEO

    Ermənistan müxalifətinin paytaxt İrəvanda təşkil etdiyi “kütləvi” etiraz aksiyalarının fonunda, bütün bu təlxəkliyin haradan başladığını qısaca xatırlayaq.

    Bu barədə Caliber.Az-ın “YouTube” kanalında yayımlanan növbəti videotəhlildə qeyd olunur.

    Müəllif xatırladır ki, hələ iki ay bundan əvvəl, daha dəqiq qeyd etsək, martın 9-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin erməni həmkarı ilə sayca yeddinci görüşünün yekunlarına dair bəyanat yayılmışdı.

    Həmin bəyanatda Bakı İrəvandan Qazax rayonunun dörd kəndini dərhal azad etməyi qəti şəkildə tələb etdi.

    “Ermənistan tərəfindən işğal olunmuş dörd qeyri-anklav Azərbaycan kəndlərinə gəlincə, onların Azərbaycana mənsubluğu danılmazdır və dərhal azad edilməlidir. Bəyanatda, həmçinin, qeyd olunurdu ki, delimitasiya prosesi çərçivəsində Ermənistan tərəfindən işğal olunmuş dörd eksklav kəndin azad edilməsi məsələsi də həll olunacaq. Məhz bu hadisələrdən sonra yerli sakinlərin oğurluq mal kimi istifadə etdiklərindən əl çəkməmək arzusu kortəbii kənd etirazları ilə müşayiət olundu”, – deyə müəllif xatırladır.

    Daha ətraflı “Caliber”in yeni videosüjetində:

  • Azərbaycanda akademiyanın adı dəyişdirilir

    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunur.

  • Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”

    “Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və onun imzalanmasının vaxtı çatıb”.

    Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

    “Bütün çətinliklərə baxmayaraq, biz inanırıq ki, demokratiyanın əsl və ən perspektivli yoldaşı daimi və davamlı sülhdür. Rəhbərlik etdiyim hökumət də bunun məsuliyyətini öz üzərinə götürüb”, – deyə Paşinyan vurğulayıb.

    Mənbə: armenpress.am

  • Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar

    Bakıda sürət yarışı keçirən avtomobillərin sürücülərinə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, sürət yarışı keçirənlər 1990-cı ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş Cəfər (şərti ad) və 2007-ci ildə Bakı şəhərində anadan olmuş Teymur (şərti ad) adlı şəxslərdir.

    Onlar “Mercedes-Benz E220 CDİ” və “Mercedes-Benz E200” markalı avtomobillərlə Mərdəkan qəsəbəsi istiqamətində sürət yarışı keçiriblər. Sürət həddinin aşılması “Mercedes-Benz E220 CDİ” markalı avtomobillin sürücüsü tərəfindən çəkilmiş videogörüntü ilə müəyyən edilib. Hər iki avtomobilin sürəti 160 km/saat olub.

    Sürücülər Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsində törətdikləri əməli etiraf ediblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə hər iki sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. “Mercedes-Benz E200”ün sürücüsü 2500 manat, “Mercedes-Benz E220 CDİ”nin sürücüsü 2000 manat cərimələniblər.

  • Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı

    İdman geyimində çəkilmiş fotolarını paylaşan qadın fitnesçi 11 il həbs cəzasına məhkum edilib.

    Hadisə Səudiyyə Ərəbistanda baş verib.

    Gülümsəyərək poza verən və uzun qara saçlarını açıq buraxan 29 yaşlı fitnes təlimatçısı Manahel əl-Otaybi sosial media platformalarından istifadə edərək ölkəsindəki qadınların vəziyyətini pisləyib.

    Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, gənc qadın 2024-cü il yanvarın 9-da qapalı keçirilən iclasda Xüsusi Cinayət Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Manahel əl-Oteybi elə bir ölkədə yaşayır ki, burada saç və bədəni örtən paltar geyinmək öhdəliyi 2018-ci ildə ləğv edilib. Üstəlik, praktikada bir çox qadınlar hər şeyə rəğmən çardaq taxmağa məcbur olduqlarından şikayətlənirlər.

    Səudiyyə Ərəbistanda bir qadın olaraq “yüngül” geyinmək real risk yaradır. Rəsmi olaraq Manahel əl-Oteybi “terror cinayətləri”nə görə həbs edilib, lakin aid edilən cinayətlərin heç birinin əsası göstərilməyib.

    Dəmir barmaqlıqlar arxasında qalan gənc qadının döyüldükdən sonra ayağının sındığı və tibbi yardım almaq imkanı olmadığı bildirilir.
    //azxeber.com

  • Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” – VİDEO

    Bir müddət əvvəl Bakıda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.

    O, bu barədə öz “Instagram” profilində paylaşım edib.

    Aparıcı qəzadan heç kimin sığortalanmadığını deyib.

    “Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur”, – deyə o həmin videoda bildirib.

    Qeyd edək ki, hadisə aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

  • Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 14-ü saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

    Bildirilib ki, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Naxçıvanda saat 13:15-13:20 radələrində diametri 1 mm olan dolu düşüb.

    Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçayda duman müşahidə olunub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 15-19, Aran rayonlarında 14-17, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.

  • Rəşad Dağlı əfv olunacaq? – Vəkildən AÇIQLAMA

    Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir.

    Bəs əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?

    Mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Vüqar Babayev bildirib ki, Rəşad Dağlının əfv olunma şansı çox azdır:

    “Əfv haqqında Əsasnamə” var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətmiş hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarısını çəkmiş olmalıdır. Ona görə də, şans azdır. Amma təbii ki, bu, ölkə başçısının müstəsna səlahiyyətidir. Hər şey ola bilər. Amma “Əfv haqqında Əsasnamə”yə əsasən, qayda belədir”.

    Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.

  • Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib

    Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyəti mayın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

    AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət olunub.

    Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.