Month: May 2024

  • Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək

    Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edəcək.

    Paralel olaraq iki ölkənin xarici işlər nazirləri, eləcə də kəşfiyyat orqanlarının rəhbərləri arasında görüşlər keçiriləcək.

    Danışıqlardan sonra Miçotakis və Ərdoğan birgə bəyanatlarla çıxış edəcəklər. Bu görüşlə liderlər Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcəklər.

    “Parapolitika” nəşri qeyd edib ki, axşam saatlarında hökumət başçısı Yunanıstana qayıdacaq.

    Rəsmi Ankara gözləyir ki, liderlər arasında ikitərəfli danışıqlar zamanı Türkiyə və Yunanıstan arasında dəniz sərhədləri sahəsində mövcud problemlərin həlli yolları, Kipr ətrafındakı vəziyyət, ticarət-iqtisadi münasibət, siyasi və işgüzar qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunsun.

    Türkiyə lideri Yaxın Şərq regionundakı vəziyyət üzərində ətraflı dayanmaq və regionun digər münaqişə zonalarını müzakirə etmək niyyətindədir. Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.

    Bundan başqa iki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək.

  • Польша выделит более $370 млн на укрепление заграждения на границе с Беларусью

    Польские власти выделят более $370 млн на укрепление возведенного в 2022 году на границе с Беларусью заграждения.

    Об этом заявил заместитель министра национальной обороны республики Цезарий Томчик в эфире телеканала TVN24.

    “Сама модернизация заграждения будет, скорее всего, стоить около 1,5 млрд злотых (около $375 млн – ред.), и именно столько надо выделить, чтобы это заграждение на самом деле работало”, – отметил замглавы польского оборонного ведомства. Он добавил, что над проектом укрепления стены работает коллектив польских инженеров и сотрудников Силезского технологического университета.

    По мнению Томчика, после модернизации заграждение “станет непроходимым”, в то время как в своем изначальном виде оно представляло собой лишь временное решение.

    В феврале польский премьер Дональд Туск объявил о решении властей начать работы по модернизации возведенного в 2022 году заграждения на границе с Беларусью. Оно представляет собой стену из стальных решетчатых блоков высотой 5,5 м и протяженностью 186 км для защиты от нелегальных мигрантов. Стоимость строительства составила $278 млн.

  • Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir

    Polşa hakimiyyəti Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın möhkəmləndirilməsinə 370 milyon dollardan çox vəsait ayıracaq.

    Bunu “TVN24” telekanalında ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

    O əlavə edib ki, Polşa mühəndisləri və Sileziya Texnologiya Universitetinin əməkdaşlarından ibarət qrup divarın möhkəmləndirilməsi layihəsi üzərində işləyir. Belə ki, modernləşdirmədən sonra maneə keçilməz hala gələcək, halbuki ilkin formada bu, yalnız müvəqqəti həll idi.

    Fevral ayında Polşanın baş naziri Donald Tusk hakimiyyətin Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın modernləşdirilməsi üzrə işlərə başlamaq qərarını açıqlamışdı. Bu, qeyri-qanuni miqrantlardan qorunmaq üçün hündürlüyü 5,5 m və uzunluğu 186 km olan polad qəfəs bloklarından ibarət divardır. Tikinti dəyəri 278 milyon dollar təşkil edib.

  • Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb – VİDEO

    Bölgələrdə istirahət üçün üz tutulan evlərin kirayə qiymətində artım müşahidə olunur.

    Reiltorlar bildirirlər ki, 100-150 manat civarındakı evlər hovuzsuz, 150-400 manat civarındakı evlər isə hovuzludur.

    Onlar qeyd edirlər ki, evlərin qiyməti yaya doğru artacaq.

    Daha ətraflı Xəzər TV-nin videomaterialında:

  • Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri – FOTO

    Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir fotosənədlər daxil olub.

    Bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.

    Bildirilib ki, təqdim olunan fotosənədlər “Qayınana” filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir. Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntülərinə rast gəlmək mümkündür.




  • İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təhminə Həsənovaya hökm oxunub.

    “Unikal”ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror Eldar Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 1995-ci il təvəllüdlü Təhminə Həsənova “Hyundai i30” markalı avtomobillə Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən piyada 1964-cü il təvəllüdlü Suliddin Faxrət oğlu Hüseynovi vurub. Məhkəmə ekspertizası zamanı Təhminə Həsənovanın avtomobili içkili vəziyyətdə idarə etdiyi məlum olub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    T.Həsənovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

  • Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir – VİDEO

    Qobustan rayonunun Ərəbşalbaş kənd Sərvər Zahidov adına tam orta məktəbi baxımsız və qəzalı vəziyyətdədir.

    Məktəbin qəzalı vəziyyətdə olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

    Təhsil ocağının sinif otaqlarında video çəkən kənd sakinləri məktəbin şəraitsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, övladlarını qəzalı vəziyyətdə olan bu məktəbə göndərməyə qorxurlar. Valideynlər qeyd ediblər ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, məsələyə baxılmayıb.

    Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: “Bildiririk ki, Qobustan rayon Ərəbşalbaş kənd tam orta məktəbinin binası 3 korpusdan ibarətdir. Məktəbdə 378 nəfər şagird təhsil alır. Məktəbin binası qəzalı vəziyyətdədir. Binaya tərəfimizdən baxış keçirilib. Yaxın günlərdə məktəb binasının təmir edilməsi və ya yeni binanın tikintisi haqqında qərar veriləcək”.

  • Российские военнослужащие покидают опорные пункты на границе Армении с Азербайджаном

    Продолжается процесс вывода российских военнослужащих из приграничных с Азербайджаном районов Армении.

    Об этом пишут армянские Telegram-каналы.

    С сегодняшнего дня российские пограничники начали покидать расположенные на границе с Азербайджаном опорные пункты в Сюникской, Вайоцдзорской, Гегаргуникской, Араратской и Тавушской областях Армении.

    Напомним, договоренность об этом была достигнута на встрече президента России Владимира Путина и премьер-министра Армении Никола Пашиняна в Москве 9 мая. Согласно договоренности, российские военные должны покинуть свои позиции, которые заняли на основании устной договоренности после 44-дневной войны 2020 года.

  • Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər

    Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılıq əsasında yerləşdikləri Azərbaycanla şərti sərhəddəki Ermənistan ərazilərində mövcud olan dislokasiya məntəqələrini tərk etməyə başlayıblar.

    Bu barədə sosial şəbəkənin Ermənistan seqmentində informasiya yayılıb.

    Bildirilib ki, Rusiya hərbçiləri Sünikdə, Vayotszorda, Geqarkunikdə, Araratda və Tavuşda yerləşdikləri məntəqələrini tərk edirlər.

    Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu razılığa Moskvada keçirilən görüşdə gəliblər.

  • “Instagram”da tanış olduğu qadın kişi çıxdı – 150 minlik cinayətin DETALLARI

    Bakıda özünü qadın kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu şəxsə qarşı külli miqdarda dələduzluq etmiş kişinin məhkəməsi başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Samir İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir “Instagram” sosial şəbəkəsində qadın adı ilə profil açıb. O, sosial şəbəkədə klinikalardan birinin həkimi olan və “BakuBus” MMC-yə təhkim edilmiş E.Əliyevlə tanış olub. Özünü “Nigar” adı ilə təqdim edən və əsl kimliyini gizlədən Samir tanış olduğu şəxslə isti münasibətlər qurmağa başlayıb.

    Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Samir onu aldadaraq 150 min manata yaxın pul alıb:

    “BakuBus”da işləyərkən boş vaxtım çox olurdu, başımı qatmaq üçün “Instagram”a daxil olurdum. Həmin vaxt təsadüfən qarşıma “aygu.11262” profili çıxdı, özüm də bilmədən həmin profilə təqib yolladım. İki gün sonra həmin səhifədən mənə “salam” mesajı gəldi. Qarşı tərəflə aramızda virtual ünsiyyət yarandı. Mən “Instagram”da “Akif” adı ilə qeydiyyatdan keçmişdim. Mesaj yazan şəxs 39 yaşlı Nigar adlı xanım olduğunu, anasının əslən gürcüstanlı, atası Xəyyam Əliyevin isə göyçaylı olduğunu, anasının öldüyünü, atasının məşhur iş adamı olduğunu, əmisi İlqar Əliyevin vaxtilə MTN-də şöbə rəisi işlədiyini, tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında özünü asdığını, atasının Rusiya Federasiyasının Çita şəhərində işlədiyini, əri Feyruzun pilot kimi çalışdığını, 11 yaşında oğlunun, 9 yaşında qızının olduğunu dedi”.

    E.Əliyevin sözlərinə görə, onunla qadın kimi danışan şəxs ailədəki bəzi problemlərini də dilə gətirib:

    “Nigar mənə ərinin birlikdə işlədiyi stüardessa ilə ona xəyanət etdiyini, bu səbəbə görə ərindən qisas alacağını bildirmişdi. Bundan sonra aramızda isti münasibətlər yarandı. Mənimlə görüşüb intim münasibətdə olacağını dedi. Nigar bu formada ərindən ona xəyanət etdiyinə görə qisas almaq istədiyini yazırdı. Mən də Nigarın təklifini qəbul etdim. Nigar ərinin ondan şübhələnməməsi üçün görüşə rəfiqəsi ilə birgə gələcəyini də bildirmişdi”.

    Zərərçəkmiş şəxsin ifadəsindən məlum olur ki, özünü “Nigar” kimi təqdim edən Samir İsmayılov ilk bir ildə ondan müxtəlif adlarla 70 min manata yaxın pul alıb. O, inandırıcılığın yaranması üçün kişiyə tanışı olan qadının fotolarını göndərib. E.Əliyev bildirib ki, arvadının qızıllarını satıb, bankdan kredit götürərək “Nigar”ın dediyi kartlara pul göndərib. O, atasının Rusiyadan gələcəyini və aldığı pulları qaytaracağını bildirib:

    “Bir müddət sonra Nigar mesaj yazaraq atasının zəng edəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra özünü Nigarın atası kimi təqdim edən şəxs “WhatsApp” proqramı vasitəsilə Rusiya nömrəsindən zəng edərək Xəyyam Əliyev olduğunu, Nigarla aramızda olan yazışmadan, Nigara maddi tərəfdən köməklik etməyimdən xəbərdar olduğunu deyərək təşəkkür etdi. Nigarın atası telefon danışığı zamanı məni qızı ilə evləndirəcəyini, qurduğu biznesə şərik edəcəyini dedi. Bir müddət sonra Xəyyam zəng edərək Bakıda tikintidə bədbəxt hadisə nəticəsində fəhləsinin öldüyünü, bu hadisəyə görə 130 000 manat xərclədiyini və bu işdə köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt onun dediyi bank kartına pul yolladım. Xəyyam Əliyevlə mobil telefonla danışsam da, onunla şəxsən görüşməmişdim. Bundan sonra klinikadan işdən çıxdım, iş yerimdə bir nəfərlə aramda münaqişə olmuşdu. İşsiz olduğum üçün Nigarın atasına zəng edib iş tapmaqda köməklik göstərməyi xahiş etdim. 2005-ci ilədək Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində həkim-narkoloq vəzifəsində işləmişdim, orada rəhbərliklə aramda olan münaqişəyə görə “xidməti uyğunsuzluq” maddəsi ilə ədliyyə orqanlarından xaric edilmişdim. Bu haqda Nigara yazmışdım. O isə bu haqda atasına deyib. Həmin “ləkə”ni şəxsi işimdən sildirmək üçün Xəyyam Əliyev 4000 manat pul istədi”.

    Araşdırmalar zamanı məlum olub ki, həkimi aldadaraq külli miqdarda pul alan “Nigar” və atası “Xəyyam Əliyev” əslində Samir İsmayılov özü olub. E.Əliyev başına gələnlər barədə hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra S.İsmayılov barəsində cinayət işi açılıb. E.Əliyev 150 min manata yaxın zərərə düşdüyünü bildirsə də, istintaqa həmin məbləğdən xeyli az ödənişin qəbzini təqdim edə bilib.

    Təqsirləndirilən şəxs Samir İsmayılov da ifadəsində törətdiyi əməlləri etiraf edib. Onun E.Əliyevlə “Nigarın atası” kimi danışarkən Rusiya və ABŞ nömrələrindən istifadə etməsi müəyyənləşib.

    Həmçinin məlum olub ki, o, dələduzluq yolu ilə aldığı pulları mərc oyunlarına qoyub və demək olar ki, hamısını uduzub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin may ayında çıxardığı hökmlə Samir İsmayılov 178.3.2-ci maddə ilə təqsirli bilinib. Ona 7 il 6 ay həbs cəzası verilib.

    Qeyd edək ki, Samir İsmayılov özünü keçmiş MTN zabiti İlqar Əliyevin qardaşı oğlu kimi təqdim etsə də, onun uzaq qohumu olması da məlum olub.