Month: May 2024

  • Tarixdə ilk dəfə bir insan şəkər xəstəliyindən sağaldı

    Çinli həkimlər 59 yaşlı bir kişinin şəkər xəstəliyini kök hüceyrə terapiyasından istifadə edərək sağaltdıqlarını bildiriblər.

    İlk dəfə baş verən hadisənin araşdırması “Cell Discovery” jurnalında dərc olunub.

    Xəstə 2021-ci ildə kök hüceyrə transplantasiyası əməliyyatı keçirib. O, 2022-ci ildən bəri qan şəkərinin səviyyəsinə nəzarət etmək üçün heç bir dərman qəbul etməyib. Terapiyadan əvvəl kişi 25 il 2-ci tip diabetdən əziyyət çəkib və mədəaltı vəzində insulin istehsal edən demək olar ki, bütün hüceyrələri itirib. Bu xəstələrin tez-tez bu hormonun enjeksiyonlarına ehtiyacı olut və sinir, böyrək və ürək zədələnmə riski artır.

    Laboratoriyada çalışan alimlər kök hüceyrələrdən mədəaltı vəzi hüceyrələri yaradıblar. Sonuncuların özəlliyi ondan ibarətdir ki, onlar istənilən növ hüceyrəyə çevrilə bilirlər: sinir, əzələ, böyrək və başqaları. Kök hüceyrənin tam olaraq nə olacağı, onun bitdiyi maddələrin kokteylindən asılıdır. Bu araşdırmada alimlər mədəaltı vəzi hüceyrələrinə çevrilmək üçün kokteyldən istifadə ediblər.

    Bu hadisədən əvvəl bir nəfər də olsun şəkər xəstəliyindən xilas olmamışdı. Dərman qəbul etmədən qan şəkərinin səviyyəsinin müvəqqəti olaraq normala yaxınlaşa biləcəyi remissiyanın mümkün olduğu göstərilib. Bununla belə, bu, xəstələrdən nisbətən ciddi pəhriz və idman proqramına riayət etməyi tələb edir. Alimlərin təsvir etdiyi hal həyat tərzini dəyişmədən orqanizmin qan şəkərini tənzimləmək qabiliyyətini bərpa etməyin mümkün olduğunu deməyə əsas verir. Bunu təsdiqləmək üçün daha çox araşdırma tələb olunacaq.

    Müəlliflər hesab edirlər ki, onların yanaşmasının 1-ci tip diabetli insanlar üçün uyğun olması ehtimalı azdır. Fakt budur ki, bu xəstəliklə immunitet sistemi mədəaltı vəziyə hücum edir. Buna görə də, bədən çox güman ki, köçürülən yeni hüceyrələri məhv edir.

    Tədqiqat dünyada doqquzuncu əsas ölüm səbəbi olan diabetdən əziyyət çəkən yarım milyard insan üçün irəliyə doğru böyük bir addım ola bilər.

    //qaynar.az

  • “Xaç atası”nın prodüseri Albert Raddi vəfat etdi

    Kanada əsilli amerikalı film prodüseri Albert Raddi 94 yaşında vəfat edib. Prodüser “qısa sürən xəstəlikdən” sonra Ronald Reyqan Universitetinin Kaliforniya Tibb Mərkəzində vəfat edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Associated Press” ailə nümayəndəsinə istinadən məlumat yayıb.

    Albert Raddi 1930-cu ildə Monrealda anadan olub. Ailə Nyu Yorka köçdükdən sonra Raddi kimya mühəndisliyi, sonra isə memarlıq üzrə təhsil alıb. Bir müddət sonra televiziyada işləməyə başlayıb. O, “Xaç atası” (“The Godfather”, 1972) və “Milyon dollarlıq körpə” (“Million Dollar Baby”, 2004) filmlərinin prodüseri olub. Bu filmlərə görə Raddi iki dəfə Oskar alıb.

    Albert Raddi, həmçinin “Təklif”, “Uoker” seriallarının, “Sümük qıran”, “Çinli polis”, “Kamillanın bal ayı”, “Ölümcül ov”, “Ən uzun yard” filmlərinin prodüseri olub. Raddinin son işi Klint İstvudun “Kişilərin gözyaşları” (2021) filmidir.

  • Niyaməddin Musayev: “Başı xarab adamlardır…”

    Xalq artisti Niyaməddin Musayev Əməkdar artist Elza Seyidcahanı müğənni Elnarə Xəlilova ilə dəyişik salmasına münasibət bildirib.

    O, Qaynarinfo-ya açıqlamasında hər kəsin çaşaraq nəyisə unuda biləcəyini qeyd edib:

    “Elza Seyidcahan gözəl müğənnidir, gözəl bəstəkardır. Onunla eyni layihələrdə olmuşam. Elza xanım gözəl təşkilatçıdır. Bu hər bir adamda olan şeydir, təsadüfdür. Elnarə xanımın adı yadımdan çıxdı. Kim nə yazır yazsın. Başı xarab adamlardır da, hər sözdə nəsə axtarırlar. Düşünürəm ki, hər kəs çaşa bilər”.

    Qeyd edək ki, verilişlərin birində qonaq olan Xalq artisti Niyaməddin Musayev verilişdə müğənni Elnarə Xəlilovanın adını unudub və ona Elza Seyidcahan deyə müraciət edib.

  • “Bakı Gəmiqayırma Zavodu” üç ildə 220 mln. manatdan çox zərər edib

    Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) idarəetməsində olan daha bir şirkət ardıcıl olaraq 3 ildir zərər edir.

    İqtisadiyyat.az xəbər verir ki, söhbət “Bakı Gəmiqayırma Zavodu” MMC-dən gedir.

    Zavod 2022-ci ili 13 milyon 353 min manat xalis zərərlə bitirib. Bu isə 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın azdır. MMC 2021-ci ili 62 milyon 949 min manat xalis zərərlə bitirib. “Bakı Gəmiqayırma Zavodu” ən böyük zərəri isə 2020-ci il üzrə açıqlayıb. Zavod həmin ili 144 milyon 129 min manat xalis zərərlə yekunlaşdırmışdı.

    Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” Azərbaycan İnvestisiya Şirkətinin asılı və törəmə müəssisələrindən biridir. AİŞ-nin Zavodda iştirak payı 2021-ci il üzrə açıqlanan göstəricilərə əsasən 8,95% təşkil edir.

    Xatırladaq ki, daha əvvəl AİŞ tərəfindən idarə olunan “Azersun İstehsalat və Logistika Mərkəzi”nin də ardıcıl üç ziyan etdiyi və xalis zərərinin 2 mln. manatı ötdüyü açıqlanıb.

  • Abşeron rayonunda mənzildə yanğın başlayıb

    Abşeron rayonunda mənzildə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

  • Müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki xarakterli məhdudiyyətlər aradan qaldırılıb

    Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Həmin Qərara dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.

  • Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır

    Masallı rayonunda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

    “Report”un Muğan bürosunun məlumatına görə, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.

    Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • MN-in mayorunu öldürməkdə təqsirləndirilən zabitin məhkəməsi başlayır

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu Abdullayev Amil Hümbət oğlunu qətlə yetirməkdə təqsirləndirilən Abdullayev Nizami Eynulla oğlunun məhkəməsi başlayır.

    Cinayət işinə Füzuli Hərbi Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, ilkin istintaqla, A.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

    Zərərçəkmiş A. Abdullayev mayor olub. O, İkinci Qarabağ Müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.

    Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb

  • Səudiyyə Ərəbistanı İranın media nümayəndələrini ölkədən çıxarıb

    Səudiyyə Ərəbistanı İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi ilə əlaqəli bir qrup jurnalisti ölkədən çıxarıb.

    Bu barədə “İran İnternational” məlumat yayıb.

    Bildirilib ki, Xaməneiyə bağlı “İran nümayəndə heyəti” media qrupuna aid altı jurnalist və proqramçı bir neçə saat saxlanılıb. Onların arasında “İslam Respublikasının Mədinədəki media missiyası”nın üzvü, İran teleradio şirkətinin başçısı Peyman Cabali də var.

    Mayın 29-da onlar Tehrana gəlib.

    Vurğulanıb ki, İran KİV və rəsmi mənbələr həmin şəxslərin bir həftədir saxlanılması barədə məlumat verməyib. Bu media qrupunun altı üzvü – Səlim Qafuri (Ofoq şəbəkəsinin keçmiş direktoru), Şəfi Şolekar, Mehdi Moveidi, Mehdi Amiri, Puria Süleymanzadə və Əlireza Tabandır.

  • UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu açıqlanıb

    UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu açıqlanıb.

    İngiltərənin “Vest Hem” klubunun üzvü Mohammed Kudusun 1/4 final mərhələsinin cavab görüşündə Almaniya təmsilçisi “Frayburq”un qapısından keçirdiyi top tunirin ən yaxşı qolu seçilib.

    Qeyd edək ki, Avropa Liqasının qalibi finalda Almaniyanın “Bayer 04” klubuna 3:0 hesabı ilə qalib gələn İtaliya təmsilçisi “Atalanta” olub.