Month: May 2024

  • İrlandiya Fələstini rəsmən tanıyıb

    İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

    Bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.

    “Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, – o qeyd edib.

    M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.

  • “Rossiya24” telekanalı Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportaj hazırlayıb – VİDEO

    “Azərbaycan. Müstəqilliyin memarlığı”.

    Bu sözlər “Rossiya24” telekanalının Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportajında deyilir.

    Maraqlıdır ki, reportajın böyük hissəsi Azərbaycanın Qarabağ bölgəsində lentə alınıb.

    Reportaj işğaldan azad edilmiş Füzulidən başlayır və burada yerli sakinin ifasında muğam sədaları səslənir. Süjetdə qeyd olunur ki, hazırda Füzulidə sürətli şəkildə bərpa işləri gedir və 2040-cı ilə qədər buraya 50 min sakinin köçürülməsi planlaşdırılır. Bu günədək Füzulidə 3 min 132 nəfər (822 ailə) məskunlaşıb.

    Reportajın müəllifi Darya Qaliyeva, həmçinin, ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərini də ziyarət edib.

    Daha sonra kadrlarda Laçın şəhərinin görüntüləri yer alır.

    “Bura İsveçrə deyil – bu, cəmi ilyarım ərzində yenidən qurulan Laçın şəhəridir”, – deyə videosüjetdə qeyd olunur.

    “İlham Əliyev üçün Qarabağın qaytarılması və bərpası bir çox cəhətdən şəxsi hekayədir. Bununla o, atası Heydər Əliyevin işini tamamlayır”, – deyə reportajda vurğulanır.

  • Xaricə ixrac zamanı geri qaytarılan pomidor məhsulu daxili bazara ötürülür? – VİDEO

    Cari ildə Azərbaycandan xaricə göndərilən pomidorlarla bağlı doqquz nöqsan aşkarlanıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Vəfa Rüstəmova bildirib ki, xaricə göndərilən pomidorlarda zərərli nüans aşkarlandıqda o, -geri qaytarılır:

    “Həmin pomidorlarda risk əsaslı müayinələr aparılır. Buna əsasən məhsul məhv edilə və ya təyinatı üzrə geri qaytarılaraq daxili bazara ötürülə bilər”.

    Daha ətraflı Xəzər TV-nin süjetində:

  • Сколько человек в этом году создали семью с родственниками?

    Родственный брак – это форма брака, которая не принята в мире и даже запрещена во многих странах. Несмотря на это, Азербайджан считается одной из стран, где преобладают браки между родственниками.

    Эксперты неоднократно заявляли, что у детей, рожденных в браке между родственниками, чаще развивается умственная, хромосомная недостаточность, мышечная слабость и ряд серьезных заболеваний. Это также доказано медициной. Иногда осложнения проявляются у ребенка после рождения, даже если в утробе матери не было никаких проблем.

    Наблюдаемый рост числа родственных браков в стране может серьезно повлиять на будущие поколения и генофонд страны.

    Интересно, сколько в Азербайджане человек за год вступили в брак со своими родственниками?

    В ответ на запрос Bizim.Мedia в Госкомстате сообщили, что только в 2023 году отделами регистрации Министерства юстиции было зарегистрировано 1 935 случаев вступления в брак между родственниками.

    Отметим, что вопрос о запрете браков между близкими родственников по закону обсуждается уже давно, однако положительного результата пока добиться не удалось.

    Согласно данным Минюста, количество зарегистрированных браков между родственниками составило в 2021 году – 2 363, а в 2022 году – 2 542, количество расторжений таких браков – 204 и 608 в 2021 и 2022 годах соответственно.

    Из числа зарегистрированных между родственниками браков в 2022 году следует особо отметить город Баку (742), Миль-Муганский (296), Лянкяран-Астаринский (274), Карабахский (226), Абшерон-Хызынский регионы (186).

    Случаи расторжения таких браков в 2022 году больше всего наблюдались в Баку (195), Абшерон-Хызынском (69), Миль-Муганском (59), Центрально-Аранском (47), Лянкяран-Астаринском регионах (38).

  • Bu il neçə nəfər qohumu ilə EVLƏNİB?

    Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik formasıdır. Buna baxmayaraq, Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdən hesab olunur.

    Mütəxəssislər dəfələrlə bəyan edirlər ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra ciddi xəstəliklər yaranır. Bunu tibb də sübut edir. Bəzən ana bətnində heç bir problem yaşamayan körpədə dünyaya gələndən sonra fəsadlar özünü göstərir.

    Ölkədə qohum nikahların sayında müşahidə olunan artım ölkənin gələcək nəsillərinə və genofonduna ciddi təsir edə bilər.

    Maraqlıdır, il ərzində neçə nəfər qohumu ilə evlənib?

    Statistika Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qohumlar arasında qeydə alınmış nikaha daxilolma hallarının sayı 1 935 olub.

    Qeyd edək ki, uzun müddətdir, yaxın qohumların evliliyinin qanunla qadağa edilməsi müzakirə olunsa da, hələ ki müsbət nəticə əldə olunmayıb.

    Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.

    2022-ci ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (742), Mil-Muğan (296), Lənkəran-Astara (274), Qarabağ (226), Abşeron-Xızı (186) regionlarını xüsusi qeyd etmək lazımdır.

    Belə nikahların pozulması halları isə 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mil-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında müşahidə olunub.

  • В Баку мужчина украл лотерейные билеты на крупную сумму

    В Низаминском районе города Баку произошла дерзкая кража лотерейных билетов на крупную сумму.

    Об этом сообщает пресс-служба Министерства внутренних дел Азербайджана.

    Инцидент произошел в одном из автомобилей, припаркованных в Низаминском районе. Злоумышленник похитил из машины сумку, в которой находились лотерейные билеты на сумму 4 430 манатов, а также документы, банковские карты и ключи.

    Потерпевший обратился с заявлением в 24-е отдел полиции Низаминского района. В ходе оперативно-розыскных мероприятий сотрудники правоохранительных органов задержали подозреваемого в совершении кражи. Им оказался Фарид Алиев (1982 г.р.)

    В настоящее время по факту кражи проводится расследование. Полиция призывает других возможных пострадавших от противоправных действий задержанного обратиться в правоохранительные органы.

  • Bakıda dörd min manatlıq lotoreya biletləri oğurlayan şəxs saxlanılıb

    Bakının Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.

    Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

    Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

  • Эрдоган поздравил азербайджанский народ с Днем независимости

    Президент Турции Реджеп Тайип Эрдоган на своей странице в соцсети Х поделился публикацией по случаю Дня независимости, который отмечается в нашей стране ежегодно 28 мая.

    “Поздравляю Азербайджан с 28 мая – Днем независимости. От всего сердца разделяю заслуженную гордость и радость всех наших азербайджанских братьев и сестер. С уважением чту память героев, павших во имя независимости”, – говорится в публикации турецкого лидера.

  • Ərdoğan Azərbaycan xalqını təbrik etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    R.T.Ərdoğan bu barədə rəsmi “X” hesabında paylaşım edib.

    “Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – paylaşımda qeyd olunur.

  • Qazaxın azad olunan kəndlərindən görüntülər – VİDEO

    Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar.

    Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub. Media nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar.

    Burada erməniləri törədikləri vandalizmini yaxın görüblər. Jurnalistlər kənddə dağıdılmış evlərlə tanış olublar.

    Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

    Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.