Month: May 2024

  • США заявили об уничтожении четырех беспилотников хуситов в Йемене

    Вооруженные силы США в среду уничтожили четыре беспилотника мятежников-хуситов из движения “Ансар Аллах”.

    Об этом сообщило Центральное командование ВС США (CENTCOM) в соцсети “X”.

    “Примерно в 15:16 по времени Саны (16:16 по бакинскому времени) 22 мая силы CENTCOM успешно уничтожили четыре беспилотные летательные системы на подконтрольной хуситам территории Йемена”, – говорится в заявлении.

    Командование утверждает, что БПЛА представляли непосредственную угрозу для “сил США и коалиции, а также для торговых судов в регионе”.

  • Yəməndə husilərin 4 dronu zərərsizləşdirilib

    ABŞ Silahlı Qüvvələri çərşənbə günü “Ansar Allah” hərəkatının husi üsyançılarının 4 dronunu zərərsizləşdirib.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

    “Mayın 22-də Sana vaxtı ilə saat 15:16-da (Bakı vaxtı ilə saat 16:16) ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri husilərin nəzarətində olan Yəmən ərazisində dörd pilotsuz uçuş sistemini uğurla məhv edib”, – açıqlamada deyilir.

    Komandanlıq İHA-ların ABŞ və koalisiya qüvvələri və bölgədəki ticarət gəmiləri üçün dərhal təhlükə yaratdığını” iddia edib.

  • Bu müayinədən MÜTLƏQ KEÇMƏLİSİNİZ – Kişilərin NƏZƏRİNƏ!

    “Əgər yaxın qohumlarınızdan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir, 75-80% digər risk faktorlarının payına düşür”.
     
    Median.Az-ın mətbuat.az-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva deyib.O bildirib ki,digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Leyla Quliyeva qeyd edib ki, bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur:
     
    “Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmalısınız. Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.

  • СМИ: Около 20 человек погибли в результате вооруженного нападения на юго-западе Нигера

    Около 20 человек погибли в результате вооруженного нападения на юго-западе Нигера.

    Об этом сообщило Agence France-Presse со ссылкой на местную радиостанцию.

    По его информации, нападение произошло 20 мая на одну из деревень в регионе Тиллабери. Дальнейших подробностей не приводится.

    Отметим, что юго-западные области Нигера, расположенные близ границ с Мали и Буркина-Фасо, уже не первый год остаются зоной повышенной активности группировок экстремистов и террористов.

  • Nigerdə silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub

    Nigerin cənub-qərbində silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub.

    Bu barədə “Agence France-Presse” yerli radiostansiyaya istinadən xəbər yayıb.

    Məlumata görə, hücum mayın 20-də Tillaberi regionundakı kəndlərdən birində baş verib. Təfərrüatlar açıqlanmır.

    Qeyd edək ki, Nigerin Mali və Burkina-Faso ilə sərhədlərin yaxınlığında yerləşən cənub-qərb bölgələri birinci dəfə deyil ki, ekstremist və terrorçu qrupların fəallığının artdığı zona olaraq qalır.

  • Murad Dadaşov icra başçısının qohumunu VƏZİFƏDƏN AZAD ETDİ

    “Xəzər” televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

    Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə televiziyanın Təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib. 
     
    Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla “M Group Production”da bir yerdə çalışıb.
     
    Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır. 

  • Telli Pənah qızı “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

    Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    O, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

  • Süni intellekt təcili yardım həkimlərinə kömək edə bilər

    Amerikalı alimlər fövqəladə hallar şöbələrində böyük süni intellekt (AI) modellərinin istifadəsindən danışıblar.
     
    Araşdırma “Journal of the American Medical Informatics Association” jurnalında dərc olunub.
     
    Nyu Yorkdakı ( ABŞ ) Sinay dağındakı “Icahn” Tibb Məktəbinin həkimlərinə görə, təcili yardım şöbələrində prosesləri optimallaşdırmaq üçün böyük dil modelləri (LLM) istifadə edilə bilər. Süni intellekt müəyyən bir klinikada həkimlərin işini optimallaşdıra, xəstənin təcili göndərilməsi barədə tez qərar qəbul edə və institusional resurslara qənaət edə bilər.
     
    Elmi işin müəllifləri qeyd ediblər ki, əvvəllər istifadə edilən klassik süni intellekt modelləri xəstələrin qəbulu və sonrakı müalicə kursu ilə bağlı milyonlarla qeydlər üzərində öyrədilir. LLM isə daha az nümunə tələb edib.
    //sfera.az

  • İraqda Türkiyə ordusunun hərbçisi həlak olub

    İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi həlak olub.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Vedat Zorba dünən terror təşkilatının üzvləri tərəfindən qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

    Nazirlik hərbçinin ailəsinə başsağlığı verərək səbir diləyib.

  • Makron Yeni Kaledoniyaya zirehli texnika və helikopterlər göndərmək niyyətində olduğunu açıqlayıb

    Fransa hakimiyyəti Yeni Kaledoniyaya əlavə zirehli texnika və helikopterlər göndərəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

    Fransa Prezidenti bildirib ki, etirazları yatırmaq üçün hüquq-mühafizə orqanlarının üç min əməkdaşı, o cümlədən RAID və GIGN xüsusi təyinatlı polis və jandarmların 130 əməkdaşının cəlb edilib: “Əsas vəzifə ən qısa müddətdə sakitliyin və nizamın qaytarılmasıdır”.

    Qeyd edək ki, Yeni Kaledoniyada on ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişə etiraz olaraq mayın 13-də aksiyalar başlayıb.

    Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.

    Son məlumatlara görə, Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 6 nəfərə çatıb.