Month: May 2024

  • Hacı Nuran: “Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər”

    Aparıcı Hacı Nuran Hüseynov ötən il evlənəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb.

    O”Maqazin plus” verilişinə açıqlamasında hələ evlənməyəcəyini bildirib:

    “Hara tələsirsiniz? Hələ vaxta var. Allah hər bir insanın öz vaxtını tənzimləyir. Nəyəsə tələssək də, hər kəsin öz vaxtı var. Mən artıq 10 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdim. İndi də müalicə alıram. Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər. Lakin indi illər keçib artıq. Yenə də həkimlərin nəzarətindəyəm. Bu səbəbdən də hər şeyin öz vaxtı var”.

  • Makron Yeni Kaledoniyaya zirehli texnika və helikopterlər göndərir

    Fransa hakimiyyəti asayişi bərpa etmək üçün Yeni Kaledoniyaya əlavə zirehli maşınlar və helikopterlər göndərəcək.

    Bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

    “Yaxın saatlarda biz addım-addım zorakılığın hökm sürdüyü hər bir məhəlləyə nəzarəti bərpa etmək üçün əlavə zirehli maşınlar və helikopterlər göndərəcəyik”, – deyə o bildirib.

    Prezident aydınlaşdırıb ki, iğtişaşların yatırılmasına üç min hüquq-mühafizə orqanı əməkdaşı, o cümlədən xüsusi təyinatlı polis və jandarma bölmələrinin 130 əməkdaşı cəlb olunub.

    Mənbə: TASS

  • Kirants sakini delimitasiyadan sonra Azərbaycana keçəcək bağında yanğın törədib – VİDEO

    Ermənistanın Tavuş vilayətinin Kirants (Günən) kənd sakini delimitasiyadan sonra Azərbaycana keçəcək bağındakı tikilini yandırıb.

    Məlumata görə, digər kənd sakinləri və polis yanğın törədən adamı sakitləşdirməyə, yanğını söndürməyə çalışıblar.

    Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.

    Mənbə: Sputnik Ermənistan

  • Zaxarova: “Qərb mediasının Rusiyanı Yeni Kaledoniyada baş verənlərdə ittiham etməsi təəccüblü deyil” – VİDEO

    “Qərb mətbuatının Rusiyanı Slovakiyanın baş nazirinə sui-qəsd cəhdində və Yeni Kaledoniyada baş verən hadisələrdə ittiham etməsi təəccüblü deyil”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-Ru-nun Yeni Kaledoniyada baş verənlərə görə Rusiyaya qarşı BBC-nin ittihamları ilə bağlı sualını şərh edərkən deyib.

    O, Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinin bütün dünyanın gözü qarşısında, canlı yayımda olduğunu xatırladıb.

    “Buna baxmayaraq, Qərb mediası bunun üçün həyasızcasına Rusiyanı günahlandırdı. Belə olan halda Yeni Kaledoniyanı da uydurmaq olar, hansısa mövcud olmayan qalaktikanı da aid etmək olar”, – deyə o vurğulayıb.

    “Buna təəccüblənməyə ehtiyac yoxdur, bunda məyus olacaq bir şey də yoxdur. Sadəcə, bilmək lazımdır ki, dezinformasiyanı kim yayır, feykləri kim yaradır”, – deyə Zaxarova sözlərini yekunlaşdırıb.

  • Milyonların ölümünə səbəb olan XƏSTƏLİK – Bu yolla yoluxur

    Avropada 25 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən vəba epidemiyasının düşünüldüyündən fərqli şəkildə yayıldığı ortaya çıxıb. Qara ölüm kimi tanınan vəbaya səbəb olan “Yersinia pestis” adlı bakteriya gəmiricilər və birələr arasında təbii şəkildə yayılır.
     
    Bu xəstəlik birələr vasitəsilə insana keçir. İnsan qanı ilə qidalanan bədən bitlərinin Yersinia pestis bakteriyasını daşıya biləcəyi bilinsə də, epidemiyaya səbəb olacaq qədər təhlükəli olmadığı düşünülürdü.
     
    Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları laboratoriyada bədən bitlərinin bakteriyaları yayma sürətini araşdırıblar.
     
    Araşdırmalar zamanı müəyyən olunub ki, bədən bitləri insanları dişləyərək xəstəliyi ötürüb və epidemiyanın yaranmasında böyük rol oynayıb.
    //sfera.az

  • Baş nazir yeni QƏRAR İMZALADI

    Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində üç yeni hərbi kollec yaradılıb.
     
    Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
     
    Bunlar Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecidir.
     
    Qərarla Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki həmin xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri də təsdiq edilib.

  • На дороге Сумгайыт – Джейранбатан мужчина пытается покончить с собой (ВИДЕО)

    На дороге Сумгайыт – Джейранбатан мужчина пытается покончить жизнь самоубийством.

    Рустам Азимов намеревается броситься с моста.

  • Sumqayıt-Ceyranbatan yolunda intihara cəhd – VİDEO

    Sumqayıt-Ceyranbatan yolunda bir nəfər intihara cəhd edir.

    Oxu.az-ın məlumatına görə, intihara cəhd edən şəxs Rüstəm Musa oğlu Əzimovdur. O, körpünün üzərinə dırmaşaraq özünü atmaq istəyir.

    Videonu təqdim edirik:

  • Şəmkirdə bir qəsəbə, səkkiz kənddə üç gün qaz olmayacaq

    Şəmkir rayonunun bir qəsəbə, səkkiz kəndində təbii qaz təchizatında fasilə yaranıb.

    Görülən texniki işlərlə əlaqədar Şəmkir rayonunun “Çinarlı” qazpaylayıcı stansiyasından (QPS) qidalanan Çinarlı qəsəbəsi, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərində qaz təchizatında fasilə yaranıb.

    Adıçəkilən ərazilərdə mayın 25-nə qədər qaz olmayacağı bildirilib.

  • Bu ilin ilk dörd ayında doğulan uşaqlara ən çox verilən adlar MƏLUM OLDU

    2024-cü ilin ilk dörd ayında doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zeynəb adı verilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, ilin yanvar, fevral, mart və aprel aylarında ümumilikdə 555 uşağa Uğur, 454 uşağa Zeynəb adı verilib.

    Oğlan uşaqlarına qoyulan adlar arasında ilk onluqda Uğur, Hüseyn, Əli, Yusif, Raul, Ömər, Murad, Məhəmməd, Tunar, Adəm yer alıb.

    Qız uşaqlarına ən çox qoyulan 10 ad isə Zeynəb, Zəhra, Məryəm, Aylin, Nilay, Ayla, Melisa, Fatimə, Mələk, İnci olub.

    İlk onluqda yer alan adlar və həmin adların qoyulduğu uşaqların sayı aşağıdakı kimidir: