Month: May 2024

  • Azərbaycanda müəllimin oğlu başqa kişi ilə birləşib qıza təcavüz etdi

    Zərdabda təcavüz hadisəsi baş verib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı B.S. iki kişi tərəfindən təcavüzə məruz qalıb.

    Bildirilir ki, onlardan biri evli olub.

    Seksual xarakterli hərəkət edən şəxslərdən digəri rayonda tanınmış müəllimlərdən birinin oğlu olub.

    Əlaqədar qurumlara məsələ ilə bağlı məlumat verilib.

  • Vasif Talıbovun Naxçıvanda yaratdığı fermer təsərrüfatı ləğv edildi

    Naxçıvan Muxtar Respublikasında “Kəhrəba Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

    Qərara əsasən, “Kəhrəba Fermer Təsərrüfatı” fəaliyyətini dayandırdığından ləğv edilib.

    Xatırladaq ki, cəmi altı il fəaliyyət göstərən “Kəhrəba Fermer Təsərrüfatı” muxtar respublikanın Ali Məclisinin ozamankı sədri Vasif Talıbovun zamanında yaradılıb.

    Babək rayonunun Şıxmahmud kəndində yerləşən “Kəhrəba Fermer Təsərrüfatı” 26,2 hektar əkinəyararlı torpaq sahəsinə malikdir. Təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri yetişdirilir. Əsasən, yerli toxum sortlarının yetişdirilməsinə üstünlük verilir. Burada Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya İxtisasının tələbələri də ənənəvi olaraq təcrübə keçiblər.

    Fermer təsərrüfatının qanuni təmsilçisi isə Əməkdar kənd təsərrüfatı işçisi Rahət Hacıyevdir.

  • Sakinlərinin NƏZƏRİNƏ: Su kəsiləcək

    Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat verilib.

    Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, 2024-cü il mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

  • Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 23-də başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

  • Sabunçuda 10-dan çox sürücü cəzalandırıldı

    Sabunçu rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib.

    Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

    “Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılır, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

    Bir daha sürücülərdən, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik”, – məlumatda bildirilib.

    Qeyd edilib ki, tədbir zamanı 10-dan çox sürücü barəsində inzibati qaydada tədbir görülüb.

  • COP29 iştirakçılarına keyfiyyətli turizm xidmətlərinin təşkili ilə bağlı planlar açıqlandı

    Dövlət Turizm Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələcək qonaqlara keyfiyyətli turizm xidmətlərinin təşkili ilə bağlı planlarını açıqlayıb.

    “Report” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

    O bildirib ki, vahid sistemdə yerləşdirilən hotellər gələcək qonaqlara ilkin olaraq tövsiyə olunur: “Bu hotellərdə tədbirin keçiriləcəyi məkana birbaşa nəqliyyat xidməti də təşkil olunacaq. Həmçinin əlavə növbəti mərhələdə alternativ yerləşdirmə məkanlarının da satışa çıxarılması nəzərdə tutulur. Bizim üçün əsas məsələ COP29 tədbirinə gələcək qonaqlara keyfiyyətli turizm xidmətlərinin təşkilini təmin etməkdir. Bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən bir sıra tədbirlərin görülməsi də planlaşdırılır”.

    A.Hüseynova qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda 300-ə yaxın yerləşmə vasitəsinin 2 000-ə yaxın əməkdaşına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin keçirilməsi işlərinə başlanılıb. Bundan əlavə tərəfimizdən 200 turizm bələdçisinə təlimlər keçiriləcək, müvafiq sertifikatlar veriləcək, 1 000-ə yaxın turizm könüllüsü dəstək məqsədilə hotellərə təhkim olunacaqlar”.

    Agentlik tərəfindən hotel və restoranlar üçün veqan və vegetarian menyular hazırlandığını qeyd edən sədr müavini diqqətə çatdırıb ki, hotellərə qeyd edilən menyuların təqdimatı və qastronomiya ilə bağlı təlimlərin keçirilməsi də nəzərdə tutulub: “Həmçinin ölkə ərazisində olan parklar və qoruqlarda yerləşən mədəniyyət abidələrində abadlıq işlərinin aparılması, infrastrukturun yenilənməsi, qeyd edilən ərazilərə tur proqramlarının hazırlanması tədbirləri də davam etdirilir”.

  • “SpaceX” peyk vasitəsilə dünyanın ilk videozəngini nümayiş etdirdi

    Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” peyk vasitəsilə dünyanın ilk videozəngini nümayiş etdirib. 

    Videonu “X Corporation” yayımlayıb.
     
    Videoda iki kişi videozəng vasitəsilə smartfonla bir-birinə zəng edib. Şirkət bildirib ki, əlaqə orbitdə Starlink peyklərindən istifadə edən “Direct to Cell” texnologiyasından istifadə edilməklə həyata keçirilib. “SpaceX” vurğulayıb ki, bu, dünyada ilk belə zəngdir.
     
    Şirkətin mütəxəssisləri həmçinin qeyd ediblər ki, onlar rabitə üçün xüsusi dəyişdirilməyən iki adi smartfondan istifadə ediblər. Bu o deməkdir ki, gələcəkdə peyklər vasitəsilə video rabitə adi cihazların istifadəçiləri üçün əlçatan olacaq.
     
    Xatırladaq ki, yazın əvvəlində “SpaceX” ABŞ-nin Federal Rabitə Komissiyasını (FCC) “Direct to Cell” funksiyasının düzgün işləməsi və hətta gözləntiləri aşması barədə xəbərdar edib. Bildirilib ki, T-Mobile və bir sıra digər beynəlxalq telekommunikasiya operatorları yeni xidmətin tətbiqində “SpaceX”in tərəfdaşı olacaq.
     
    Qeyd edək ki,  “Direct to Cell” texnologiyası 2024-cü ilin sonuna qədər istifadəyə verilməlidir.

  • “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

    Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-26 may tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-dan çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

    Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

    Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, burada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

    Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

  • Lukaşenko yeni Baş Qərargah rəisi təyin etdi

    Belarus prezidenti Aleksandr Lukaşenko general-mayor Pavel Muraveykonu Baş Qərargah rəisi – ölkənin müdafiə nazirinin birinci müavini təyin edib. Bundan əvvəl Muraveyko Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini vəzifəsində çalışıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.

    “Baş qərargah rəisinin müəyyən müstəqilliyi var. Müəyyən hərbi fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsində bilavasitə iştirak edir. Müdafiə naziri ilə Baş Qərargah rəisi arasında çox incə bir xətt var”, – Aleksandr Lukaşenko bildirib.

    Xatırladaq ki, 2021-ci ilin mart ayından Belarus Baş Qərargahının rəisi Viktor Quleviç olub. Mayın 10-da Aleksandr Lukaşenko onun vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.

  • Abşeronda qadın həmcinsini avtobusda qarət etdi

    Abşeronda qadın marşrut avtobusunda qarət olunub.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Hökməli qəsəbəsi ərazisində marşrut avtobusunda bir qadının içərisində geyim və məişət əşyaları olan çantası oğurlanıb.

    Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın saxlanılıb.

    Araşdırma aparılır.