Month: İyul 2024

  • İndoneziyada siqaret almaqla bağlı yaş həddi artırılıb

    İndoneziyada siqaret almaqla bağlı yaş həddi artırılıb.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, siqaret almaq üçün minimum yaş həddi 18-dən 21-ə qaldırılıb.

    Bildirilib ki, bu tənzimləmə siqaret çəkənlərin sayının azaldılması və erkən yaşda siqaret çəkənlərin qarşısının alınması məqsədi daşıyır.

    Qeyd edək ki, 270 milyon əhalisi olan İndoneziya dünyanın ən böyük tütün istehsalçısı və istehlakçılarından biridir, Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci il sorğusuna əsasən, orada təxminən 70 milyon siqaret istehlakçısı var.

    İndoneziya Səhiyyə Nazirliyinin 2023-cü ildə apardığı sorğuda isə ölkədəki 70 milyon siqaret istehlakçısının 7,4%-nin 10-18 yaş arası şəxslərin təşkil etdiyi bildirilib, ən çox siqaret istehlak edən yaş qrupuna isə 15-19 yaş aralığında olan gənclərin daxil olduğu diqqətə çatdırılıb.

  • “Kartdan karta göndər” deyən obyektləri 6 000 manat cərimə gözləyir

    Azərbaycanda son dövrlər nağdsız ödənişlərdən yayınmanın ən populyar üsuluna çevrilmiş pulun kartdan karta göndərilməsini istəyən obyektləri sərt cəzalar gözləyir.

    FED.az xəbər verir ki, son dövrlər həm nağdsız ödənişlərin genişləndirilməsi və plastik kartlardan istifadənin artırılması ilə bağlı ciddi islaharar aparılıb. Bu addımlar şəffaflığa, «kölgə iqtisadiyyatı»nın azalmasına və ödənişlərin dövlət büdcəsinə vaxtında çatdırılmasına xidmət edir. Ən əsası, nağdsız ödənişlər vətəndaşlar üçün rahat və sadə olmaqla yanaşı həm də sərfəlidir.

    Vətəndaşlar nağdsız ödənişlərə görə bonuslar, hədiyyələr və əlavə mədaxil əldə edə bilirlər, nəticədə kartdan istifadəyə maraq sürətlə artır. Lakin son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində (restoran-kafelərdə) bəzi hallarda nağdsız ödənişlərin POS-terminalla deyil, «kartdan karta köçürmə» ilə tələb edilməsi halları artıb, bu qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara, alıcılara zərər vurur.

    Alınan malı geri qaytarmaq mümkün olmur

    Bir qədər əvvəl Dövlət Vergi Xidmətinin də bəyan etdiyi kimi, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürülməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Çünki belə hallarda müştəriyə POS-terminaldan çıxarış və ya kassa çeki verilmir. Halbuki, kassa çeki satışı təsdiqləyən sənəddir və alıcı aldığı maldan narazı olduğu halda bu çek vasitəsilə alqı-satqını təsdiqləyib hüququnu tələb edə bilir. Kartdan karta köçürmə variantında isə çek verilmir və beləcə alıcının gələcəkdə öz hüquqlarını tələb etmək imkanını məhdudlaşır.

    «Kartdan karta» köçürəndə bonuslar və ƏDV əldən çıxır

    Əsas məsələlərdən biri – kartdan karta pul köçürüləndə müştərilər “ƏDV geri al” hüququndan məhrum olurlar.

    Nəhayət, son vaxtlar banklar da kart əməliyyatlarına görə müştərilərə bonus verirlər, amma bu postetminalla əmsəliyyatlara aiddir, «kartdan-karta» olan əməliyyatlarda müştərilər ƏDV kimi bonusları da itirirlər. Beləliklə, ödənişi POS-terminalla deyil, «kartdan karta» üsulu ilə edən alıcı daha çox öz büdcəsinə zərər vermiş olur. Buna görə də onlar mal və xidmət aldıqları obyektlərdə pos-terminal tələb etməlidirlər.

    “Kartdan karta köçürmə” – vergidən yayınmanın müasir üsuludur

    Məsələ təkcə vətəndaşların ƏDV və bonus qazanmasında və ya aldıqları malı geri qaytarmaq imkanında deyil. «Kartdan karta köçürmə» üsulu faktiki olaraq vergidən yayınmanın yeni, necə deyərlər rəqəmsal üsuludur. Bunu edən sahibkarlar və obyektlər faktiki olaraq dövriyyələrini gizlədir və vergidən yayınırlar. Buna görə də Vergi Məcəlləsinə əsasən kartdan karta köçürmə qanun pozuntusu olaraq vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.

    6 000 manata qədər cərimə

    Posterminalların quraşdırılmaması, posterminal quraşdırılmış obyektlərdə isə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə 6 min manatadək cərimə nəzərdə tutulub.

    Belə ki, bu hallara görə, hadisə ilk dəfə baş verdikdə 1000 manat, 2-ci dəfə baş verdikdə 3 000 manat, 3-cü və daha çox dəfə baş verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.

  • Bakıda dənizdə bir nəfər batıb, axtarışı aparılır

    Bakıda dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-ə Bakı şəhəri, Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı) 1 nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var

    Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhərində 220 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

    Median.Az RİİN-ə istinadən xəbər verir ki, ümumilikdə təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub.

    Layihə müddətində Bakı şəhərində genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 6 dəfə artıb. Carı ilin I yarımilində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.

    Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

  • Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 140 nəfəri ötüb

    Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.

    Bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Keralada çərşənbə günü matəm günü elan edilib.

    Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.

    Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Ölənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.

  • Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Suraxanı rayonunun Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayevaya cərimə yazıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib.

    Buna səbəb isə C.Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olub.

    Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

    C.Ağayeva isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun iddiası hakim Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.

  • Yararsız siqaretlər məhv edilib

    Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

    Bu barədə Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, gömrük orqanları tərəfindən saxlanılmış, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 34 554 qutu (691 080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.

  • Talıbovun biznesini əlindən aldığı türk iş adamı Ali Məclisi məhkəməyə verdi

    Türkiyəli iş adamı Ali Oba Naxçıvan Muxtar Respublikası Ali Məclisini məhkəməyə verib.

    “Qaynarinfo”nun məlumatına görə, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq.

    Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Araşdırmalarımız zamanı məlum olub ki, Ali Obanın Ali Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun problemi Ali Məclisin keçmiş sədri Vasif Talıbovladır.

    İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin Muxtar Respublikadakı konsulluğu vasitəsilə edib. Bu barədə mediada da məlumat yayılıb.

    Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Ali Obanın sözlərinə görə, iki milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı, hətta həyatına təhlükə olduğunu da bildirib.

    Ali Obanın Naxçıvan MR Ali Məclisini məhkəməyə verməsinin kökündə əsasən bu məsələlərin dayandığı bildirilir.

  • Taksi xidməti ilə bağlı nazirlikdən TƏLƏBLƏR

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

    Median.Az bu barədə nazirliyin məlumatına istinadən xəbər verir.

    Məlumata görə, görüşdə nazir müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.

    O qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşıma həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifariş ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlardan daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılırlar.

    Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.

    Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.

    Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.

    Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

  • Ələkbər Yasamallının evi qarət edildi: Özü isə hədələnir

    Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.

    Bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib.

    Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:

    “45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tikdiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var”.

    Meyxanaçı evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib:

    “Məhəlləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, gözətçisini hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Mirmövsüm Eynalov hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver”.

    Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:

    “Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Eynalov qazidir, Şamaxıdandır, dediyinə görə, zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim”.