Month: Sentyabr 2024

  • Ürəyi qorumaq üçün nə etməliyik?

    Türkiyəli kardioloq, professor Bilal Boztosun 29 sentyabr Dünya Ürək Günündə bu orqanı qorumağın əsas yollarını sadalayıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Həkim ürək sağlamlığının qorunmasında yeriməyin əhəmiyyətini vurğulayıb.

    “Gün ərzində çox gəzməliyik. Çəkimizə də diqqət etməliyik. Çəkimizi normallaşdıraq ki, sağlam şəkildə qocalaq”, – deyə professor bildirib.

    Qəlbin qədrini bilmək lazım olduğunu deyən Boztosun ürəyi qorumağın ən mühüm yollarının xolesterola, şəkərə, təzyiqə və stresə diqqət yetirmək, həmçinin tütündən uzaq durmaq olduğunu qeyd edib.

    “Bədənimizdəki bir çox orqanlar cütdür. Amma ürəyimiz təkdir. Onu çox yaxşı qorumalıyıq. Bunun üçün ən vacib yol xolesterola diqqət yetirməkdir. Şəkər və təzyiqimizə nəzarət etməliyik. Stresdən və tütün məmulatlarının istifadəsindən uzaq durmalıyıq. Hamımız bilirik ki, qabaqcıl texnologiyalara baxmayaraq, dünyada ən çox yayılmış ölüm səbəbi təəssüf ki, ürək-damar xəstəlikləridir. Burada ən önəmlisi odur ki, əgər ailədə genetik ürək xəstəliyi varsa, şikayətiniz olub-olmamasından asılı olmayaraq, müayinələrdən yayınmayın. Hər altı aydan bir və ya hər il müayinədən keçin”, – həkim tövsiyə edib.

  • Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü

    Həftəsonu Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı 112 nəfər ölüb, 70-ə yaxın adam itkin düşüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Nepalın paytaxtında 1970-ci ildən bəri ən yüksək yağıntı qeydə alınıb. Nəticədə alçaq ərazilərdə daşqınlar və sel baş verib.

    Himalay Ştatının Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.

    Polis sözçüsü Dan Bahadur Karki jurnalistlərə bildirib ki, xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər. Xilasetmə qrupları üç mindən çox insanı təhlükəsiz yerlərə daşıyıb. Əməliyyatlara helikopterlər və motorlu qayıqlar cəlb olunub.

  • Göygöldə azyaşlının üzərinə dəmir qapı aşıb

    Göygöldə azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

    2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı aşıb.

    Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Sumqayıtda binadan yıxılan qız xəstəxanada öldü

    Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib.

    Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.

  • KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşan İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

    “Report” xəbər verir ki, bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.

    “Livandakı Qüds Qüvvələrinin komandanı, briqada generalı Abbas Nilforuşan İsrailin Beyruta endirdiyi zərbələr zamanı Həsən Nəsrullahla birlikdə həlak olub”, – agentliyin açıqlamasında bildirilir.

  • Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib- VİDEO

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib.

    Bu barədə Nazirlikdən məlumat verilib.

    Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

    “Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib”.

    Qeyd edilib ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb:

    “Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu “farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər”.

    DİN bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən “farmaniya.com” tipli tətbiqlərə inanmamağa çağırıb.

  • 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Farmaniya.com dələduzluq piramidasını ifşa edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

    “Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək Farmaniya.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.

    Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

    H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib”, – deyə məlumatda qeyd olunub.

    Qeyd edilib ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb:

    “Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu Farmaniya.com tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər”.

    DİN bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən Farmaniya.com tipli tətbiqlərə inanmamağa çağırıb.

  • 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü – VİDEO

  • Müqtəda əs-Sədr İraqda üçgünlük matəm elan edib

    İraq şiələrinin lideri Müqtəda Əs-Sədr “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın ölümü ilə əlaqədar ölkə üzrə üçgünlük matəm elan edib.

    “Report” xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

    49 yaşlı Müqtəda əs-Sədr İraqın tanınmış, nüfuzlu ailələrindən birinin nümayəndəsidir. Ölkədə şiələr daha çoxdur.

  • Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

    “Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, sentyabr ayının 24-də saat 09:30-da “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində bir Əlcəzair vətəndaşı – 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr ayının 26-da saat 20:40-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində isə 2 nəfər əlcəzairli – 1998-ci il təvəllüdlü Sarra Benuoali və 1995-ci il təvəllüdlü Rabi Seif Elnaser dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sentyabr 26-da saat 20:50-də 6 nəfər – 1992-ci il təvəllüdlü Hussain Sayed Shahid, 2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib, 2009-cu il təvəllüdlü Sarwar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və 1997-ci il təvəllüdlü Sohaib Muhammad, sentyabrın 27-də saat 22:15-də 12 nəfər – 1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Shazia, 1988-ci il təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü Muhammad Awon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər – 1989-cu il təvəllüdlü Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan vətəndaşının Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.

    Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

    Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.