Month: October 2024

  • Yeni ildə Azərbaycanda dollar bahalaşacaq?

    Artıq 2024-cü il başa çatmaq üzrədir. İl sonuna yaxınlaşdıqca cəmiyyət arasında ABŞ dollarının bahalaşacağı ilə bağlı fikirlər səslənir.

    Bir müddət əvvəl ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar beynəlxaql valyuta bazarında ABŞ dollarının dəyərinin artmasına səbəb olmuşdu.

    Bəs dünya valyuta bazarındakı bu proseslərin Azərbaycan manatına təsiri olacaqmı? Ümumiyyətlə yeni ildə ABŞ dolları Azərbaycan manatına nisbətən bahalaşacaqmı?

    Bu və digər suallara cavab tapmaq üçün tanınmış iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramova müraciət etdik.

    Deputat Baku.ws-ə bildirdi ki, ABŞ dollarının aparıcı səbət valyutalara nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. EKspertin sözlərinə görə, Azərbaycanda dollara tələb mövsümü olaraq dəyişir.

    “Nəzərə alsaq ki, manatın dollara nisbətən məzənnəsi ölkəyə daxil olan valyuta həcmindən asılıdır. Növbəti dövrlərdə də, ölkəyə daxil olan valyutanın həcmində enerji məhsullarının qiyməti həledici olacaq.

    Neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biridir”, – deyə Vüqar Bayramov bildirib.

    V.Bayramov onu da vurğuladı ki, bütövlükdə məzənnənin necə dəyişməsinə gəldikdə isə Mərkəzi Bankın mövqeyindən asılı olaraq qalır:

    “Mərkəzi Bank da tədiyyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi, eləcə də valyuta bazarındakı tarazlığı nəzərə almaqla qərar qəbul edir.

    Bu konteksdən həm ilin sonu, həm də növbəti ilin əvvəli üçün də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsində həledici olaraq qalacaq”.

  • İraqda İŞİD liderlərindən biri məhv edildi

    İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərindən birini məhv edib.

    Bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

    Birgə Əməliyyatlar Komandanlığının bəyanatında deyilir ki, İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din bölgəsində İŞİD üzvü olan dörd terrorçunun cəsədi aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi zamanı məlum olub ki, öldürülənlərdən biri “İŞİD tərəfdarları arasında “Salah əd-Din əyalətinin qubernatoru” adlandırılan Əbu Ömər əl-Qureyşidir.

  • İraqda İŞİD liderlərindən biri məhv edildi

    İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərindən birini məhv edib.

    Bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

    Birgə Əməliyyatlar Komandanlığının bəyanatında deyilir ki, İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din bölgəsində İŞİD üzvü olan dörd terrorçunun cəsədi aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi zamanı məlum olub ki, öldürülənlərdən biri “İŞİD tərəfdarları arasında “Salah əd-Din əyalətinin qubernatoru” adlandırılan Əbu Ömər əl-Qureyşidir.

  • Токаев приветствовал шаги Азербайджана и Армении по мирному процессу

    Казахстан приветствует взаимные шаги Азербайджана и Армении, которые ведут к подписанию мирного договора между этими государствами.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил президент Казахстана Касым-Жомарт Токаев на саммите лидеров СНГ в узком формате в Москве.

    “Казахстан приветствует взаимные шаги Азербайджана и Армении, нацеленные на заключение мирного договора. Мы также с удовлетворением отмечаем существенный прогресс в завершении юридического оформления отдельных участков межгосударственных границ в регионе Центральной Азии”, – привели в пресс-службе Токаева слова главы государства.

  • Qazaxıstan Ermənistan və Azərbaycanın sülh prosesində atdığı addımları alqışlayır

    “Qazaxıstan Ermənistan və Azərbaycanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş addımlarını alqışlayır”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.

    “Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır, həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri məmnunluqla qeyd edir”, – deyə Kasım-Jomart Tokayev bildirib.

  • Bakıda kişi avtomobildə əyləşən qadını döydü – Hadisə yerindən GÖRÜNTÜLƏR

    Bakıda kişi avtomobildə əyləşən qadını döyüb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

    Hadisə paytaxtın Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, yolun kənarına park edilən avtomobildə kişi və qadın arasındakı mübahisə dava ilə nəticələnib. Bu zaman kişi sükan arxasından düşərək qadını vurmağa başlayıb. Daha sonra onlar yollarına davam ediblər.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

    Həmin görüntüləri təqdim edirik:

  • Qubada 41 yaşlı kişi atasının evində intihar etdi

    Quba rayonunda intihar hadisəsi baş verib.

    Median.Az unikal-a istinadən xəbər verir ki, Xaçmazda yaşayan 41 yaşlı Mövlud Əlimuradov Qubanın Gənclər qəsəbəsinə atasının evinə gələrək həyətdəki ağacdan özünü asıb.

    İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Yuventus”un futbolçusu əməliyyat olunub

    İtaliyanın “Yuventus” komandasının müdafiəçisi Qleyson Bremer əməliyyat olunub.

    Futbolçunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Leyptsiq”lə (Almaniya) matçda sol dizindəki ön çarpaz bağları yırtılıb.

    Onun əməliyyatı Fransada baş tutub.

    27 yaşlı oyunçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.

  • Москва и Ереван договорились об участии в охране границы с Ираном и Турцией

    Премьер-министр Армении Никол Пашинян и президент РФ Владимир Путин на встрече в Москве договорились, что вместе с российскими пограничниками в охране границы с Ираном и Турцией также будут принимать участие их армянские коллеги.

    Об этом говорится в заявлении пресс-секретаря главы армянского правительства Назели Багдасарян.

    “В ходе встречи премьер-министра Никола Пашиняна с президентом России Владимиром Путиным достигнута договоренность о том, что с 1 января 2025 года в охране государственной границы Армения-Иран и Армения-Турция также будут участвовать пограничные войска Службы национальной безопасности Республики Армения”, – сообщила она.

  • Rusiya sərhədçiləri Ermənistan-İran sərhəd-keçid məntəqəsini tərk edəcəklər

    2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaqlar. Onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcəklər.

    Belə bir razılıq bu gün Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə bildirib.

    Eyni zamanda, tərəflər razılaşıblar ki, gələn il yanvarın 1-dən Ermənistan sərhədçiləri də Rusiya sərhədçiləri ilə yanaşı, Türkiyə, eləcə də İranla sərhədi qoruyacaq.