Month: October 2024

  • CAS Uruqvay millisinin futbolçusunu bağışlayıb

    İdman Arbitraj Məhkəməsi (CAS) daha əvvəl 5 oyunluq diskvalifikasiya edilən Uruqvay millisinin hücumçusu Darvin Nunyesin cəzasını yüngülləşdirib.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Kubokunun yarımfinalında Kolumbiya millisi ilə keçirilən matçda azarkeşlərlə dava edən və buna görə 5 oyunluq cəzaya məruz qalan 25 yaşlı futbolçu Uruqvay yığmasının növbəti qarşılaşmalarında iştirak edə biləcək.

    O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları Peru və Ekvador yığması ilə oyunlarda komandasına kömək edəcək.

    Nunyes cəza səbəbindən Paraqvay və Venesuela ilə oyunları buraxmaq məcburiyyətində qalmışdı.

  • Cистемы прослушки телефонных разговоров США подверглись хакерскому взлому

    Ряд американских провайдеров широкополосного доступа в интернет подверглись масштабной атаке со стороны китайских хакеров.

    Об этом сообщает издание Wall Street Journal со ссылкой на источники.

    Согласно информации, атака была нацелена на сбор разведывательных данных, включая использование систем, связанных с телефонной прослушкой.

    “Хакеры могли месяцами или дольше иметь доступ к сетевой инфраструктуре, используемой для взаимодействия с легальными запросами США на данные связи, что представляет собой серьезный риск для национальной безопасности. Злоумышленники также имели доступ к другим траншам более общего интернет-трафика”, – отмечает издание.

    Издание утверждает, что за атакой на ряд американских провайдеров стоит китайская хакерская группа Salt Typhoon.

    Отмечается, что группа потенциально могла получить доступ к информации из систем, которые федеральное правительство использует для запросов на прослушивание телефонных разговоров, санкционированных судом.

  • Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib

    ABŞ-nin bir sıra genişzolaqlı internet provayderləri Çin hakerlərinin genişmiqyaslı hücumuna məruz qalıb.

    Bu barədə “Wall Street Journal” nəşri mənbələrə istinadən yazıb.

    Məlumata görə, hücum kəşfiyyat məlumatlarının toplanması, o cümlədən telefon danışıqlarının dinlənilməsi ilə bağlı sistemlərdən istifadə məqsədi daşıyıb.

    Qeyd olunub ki, internet provayderlərinə hücumun arxasında Çinin “Salt Typhoon” haker qrupu dayanır.

  • Почти сотня жителей Гонконга заразились опасной инфекцией

    Почти сотня человек в Гонконге заразилась инфекцией, вызываемой стрептококками группы B.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщили в центре защиты здоровья при департаменте здравоохранения специального административного района КНР.

    Речь идет о заражении штаммом ST283. Как показали результаты эпидемиологического расследования показали, что 75 пациентов контактировали с сырой пресноводной рыбой до появления симптомов. По последним сведениями, в общей сложности заболел 91 человек. Уточняется, что 43 госпитализированных пациента находятся в стабильном состоянии, состояние еще четырех оценивается как тяжелое.

    Также отмечается, что четырех заболевших врачи не смогли спасти. 40 пациентов уже выписаны из больницы.

  • Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub

    Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.

    Bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti nəzdindəki Sağlamlığın Qorunması Mərkəzi məlumat yayıb.

    Söhbət ST283 ştammına yoluxmadan gedir. Epidemioloji araşdırmanın nəticələri göstərib ki, 75 xəstə şirin su balıqları ilə təmasda olub.

    Son məlumata görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub. Xəstəxanaya yerləşdirilən 43 xəstənin vəziyyəti stabildir, daha dördünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

    Həkimlər dörd xəstənin həyatını xilas edə bilməyiblər, 40 nəfər isə xəstəxanadan buraxılıb.

  • СМИ: Соцсеть X заплатила $5 млн штрафа в Бразилии ради возобновления работы

    Принадлежащая Илону Маску соцсеть X заплатила штрафы в Бразилии и намерена добиться разрешения возобновить деятельность в стране.

    Об этом сообщает Median.Az со ссылкой на агентство Reuters.

    По данным агентства, 26 сентября компания решила подчиниться требованиям властей и обратилась в суд с просьбой снять запрет на работу в республике. Однако судья Верховного суда Алешандри ди Морайс постановил, что сначала X должна выплатить более $5 млн штрафов.

    Платежи на общую сумму 28,6 млн реалов ($5,24 млн долларов) уже произведены и “должным образом доказаны”, отмечается в документе, поданном юристами американской компании.

    “X Brasil просит разблокировать платформу для свободного доступа ее пользователей на национальной территории”, – цитирует текст их заявления Reuters.

  • “X” sosial şəbəkəsi işinin bərpası üçün Braziliya 5 milyon dollar cərimə ödəyib

    İlon Maska məxsus “X” sosial şəbəkəsi Braziliyada cərimə ödəyib və ölkədə fəaliyyətini bərpa etmək üçün icazə almaq niyyətindədir.

    Median.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

    Agentliyin məlumatına görə, sentyabrın 26-da şirkət hakimiyyətin tələblərini yerinə yetirmək qərarına gəlib və məhkəmədən respublikada qoyulan qadağanın aradan qaldırılmasını istəyib. Bununla belə, Ali Məhkəmənin hakimi Alexandri Di Morais qərar verib ki, “X” əvvəlcə 5 milyon dollardan çox cərimə ödəməlidir.

    ABŞ şirkətinin hüquqşünaslarının təqdim etdiyi sənədə görə, ümumilikdə 28,6 milyon real (5,24 milyon ABŞ dolları-red) məbləğində ödənişlər artıq edilib.

    “X Brasil” istifadəçilərinin milli ərazidə sərbəst çıxışı üçün platformanın blokdan çıxarılmasını xahiş edir”, – “Reuters” onların bəyanatının mətnindən sitat gətirir.

  • Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək

    Cəbrayıl rayonunda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək.

    Bunu “Hicaz Poultry” MMC-nin təsisçisi Səfər Sadiqov deyib.

    Onun sözlərinə görə, bununla yanaşı, saatda 40 ton istehsal gücünə malik yem və illik 24 milyon yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək:

    “Bu layihə üzrə 150 daimi iş yeri nəzərdə tutulub. Sonrakı mərhələdə damazlıq yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerinin yaradılmasına əsas verəcək”.

    Xatırladaq ki, oktyabrın 3-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Müəssisə 3 sahədən – damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
    //Report

  • Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldu – Biri anasıdır

    Bakıda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Məlumata görə, Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri, eləcə də, istintaq taktikasının düzgün tətbiqi nəticəsində 22 il əvvəl, yəni 09.04.2002-ci il tarixdə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılması təmin olunub. 

    Toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) qeyd olunan tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.  

    M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq 05.10.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

    Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

  • Alıcılara ŞAD XƏBƏR – Bu maşınların qiymətində güzəşt ediləcək

    10 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Amma bu sahəninn araşdırıcıları hesab edir ki, bu müddət ərzində yerli avtomobillərin satış tempi aşağı düşüb.

    Median.Az “Yenisabah”a istinadən xəbər verir ki, hazırda Naxçıvanda «Lifan», «FAW», «Changan», Neftçala zavodunda isə «Khazar», «AzSamand» və «Peugeot» markalı avtomobillər istehsal olunur. Son illər satışlarda müəyyən artış nəzərə çarpsa da, bazarda yerli istehsal maşınlar xaricdən tədarük edilən nəqliyyat vasitələrinə uduzmaqdadır.

    Bəs görəsən, yerli avtomobillərin satışının stimullaşdırılması üçün bəzi güzəştlər tətbiq edilə bilərmi?

    Mövzü ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yerli istehsal maşınlarla bağlı gömrük xərcləri və əlavə dəyər vergisi aradan qaldırılmalıdır:

    “Ümumiyyətlə, əgər bir ölkədə hansısa sahə üzrə yerli istehsal varsa, bunun satışının təşkili üçün daxildə müəyyən dərəcədə stimullaşdırıcı şərtlər də tətbiq edilməlidir. Bu bazarda tələbatın saxlanması və alıcılıq qabiliyyətinin itməməsi üçün olduqca vacibdir. Hesab edirəm ki, gömrük xərcləri, əlavə dəyər vergiləri kimi rüsumlardan yerli istehsal avtomobilləri azad etmək olar. Bu qiymətin daha ucuz olmasına və alıcılıq qabiliyyətinin artmasına kömək edəcək. Avtomobilin maya dəyərinin üzərinə hər hansı bir faiz gəlirləri əlavə etmədən, birbaşa kredit yolu ilə satışını təşkil etmək də alıcılar üçün cəzbedici faktordur. Burada xüsusən keyfiyyətin yüksəldilməsi məsələsi əsas amillərdən biridir”.

    Ekspertin fikrincə, bu kimi addımlar daxili bazarda yerli maşınların daha yüksək rəqabət etməsinə şərait yaradacaq:

    “Bildiyim qədəri ilə istehsal olunan son model avtomobillərdə ən çox özünü göstərən problemlərdən biri, komplektasiya ilə bağlıdır. Maşının müasir standartlara cavab verməsi, dizayn məsələləri, onun ötürücü mexanizmlərinin avtomatlaşdırılması ilə bağlı problemlər var. Bu tipli problemlər aradan qaldırılarsa, təbii ki, Azərbaycanda istehsal olunan avtomobillər həm bazarda mövqeyini möhkəmləndirər, həm də rəqabətdə önə çıxar. Bu, eyni zamanda avtoparkın yenilənməsi üçün əlverişli olar. Əgər eyni keyfiyyətdə və tələbələrə cavab verən avtomobil daxili bazarda istehsal olunarsa və digər rüsumlardan azad edilərsə, az qala yarıbayarı qiymət fərqi yaranacaq. Eyni zamanda yerli istehsal avtomobillərin ehtiyat hissələri də aksiz rüsumlarından azad olunmalıdır”.