Month: October 2024

  • Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək

    Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.

    “Report” Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan komanda bu dəfə ilkin mərhələdən yarışacaq.

    Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə oktyabrın 31-də keçiriləcək. Millimiz öz qrupunun birinci komandası olacaq. Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər. Səbətlərdən ikisində 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

    İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək.

    Yekunda qrup qalibləri final mərhələsinə yüksələcəklər. Final mərhələsinin oyunları gələn il sentyabrın 28-dən oktyabrın 5-nə qədər Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

    1-ci səbət

    Gürcüstan

    Azərbaycan

    Şimali Makedoniya

    2-ci səbət

    Kosovo

    Litva

    Cəbəllütariq

    3-cü səbət

    Malta

    Almaniya

    San Marino

    Estoniya

  • Gədəbəydə kişi atdan yıxılıb öldü

    Gədəbəydə bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 42 yaşlı Habil Süleymanov atdan yıxılıb. Nəticədə kişi hadisə yerində ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Делегация талибов прибыла в Москву на консультации по Афганистану

    Делегация талибов во главе с и.о. министра иностранных дел Афганистана Амиром Ханом Муттаки прибыла в Москву на “московский формат” консультаций по афганской проблематике.

    Об этом сообщают российские СМИ.

    В ходе консультаций, которые станут шестыми по счету, участники обсудят вопросы содействия процессу расширения взаимодействия государств региона с Кабулом в политической, экономической, контртеррористической и антинаркотической областях.

    Формат был создан в апреле 2017 году, в нем участвуют 10 стран – Россия, Индия, Иран, Казахстан, Кыргызстан, Китай, Пакистан, Таджикистан, Туркменистан, Узбекистан.

  • Taliban nümayəndə heyəti məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib

    Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqinin rəhbərlik etdiyi “Taliban” nümayəndə heyəti Əfqanıstan məsələləri üzrə “Moskva formatı” məsləhətləşmələri üçün Moskvaya səfər edib.

    Bu barədə Rusiya KİV-i məlumat yayıb.

    Məsləhətləşmələr zamanı iştirakçılar region dövlətləri ilə Kabil arasında siyasi, iqtisadi, terrorla və narkotiklərlə mübarizə sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

    Qeyd edək ki, format 2017-ci ilin aprelində yaradılıb, orada 10 ölkə – Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan iştirak edir.

  • На востоке ДР Конго 78 человек погибли при крушении судна на озере

    На озере Киву на востоке Демократической Республики Конго (ДРК) опрокинулось судно, погибли 78 человек.

    Об этом сообщило агентство Reuters со ссылкой на губернатора провинции Северное Киву.

    По его словам, на борту судна находились 278 человек, погибли 78 человек, поиск остальных продолжается.

    В свою очередь радиостанция Okapi передает, что на судне находились не менее 300 человек, а в живых остались единицы.

    Уточняется, что судно перевернулось на подходе к порту города Гома. На его борту находились торговцы, которые перевозили продовольственные товары. Ведутся широкомасштабные спасательные работы.

  • Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub

    Konqo Demokratik Respublikasının (KDR) şərqində Kivu gölündə bir gəmi aşıb, 78 nəfər həlak olub.

    Bu barədə “Reuters” agentliyi Şimali Kivu əyalətinin qubernatoruna istinadən bildirib.

    Onun sözlərinə görə, gəmidə 278 nəfər olub, 78 nəfər həlak olub, digərlərinin axtarışı davam edir.

    Öz növbəsində Okapi radiostansiyası xəbər verir ki, gəmidə ən azı 300 nəfər olub və yalnız bir neçə nəfər sağ qalıb.

    Bildirilir ki, gəmi Qoma şəhərinin limanına yaxınlaşarkən aşıb. Gəmidə ərzaq məhsulları daşıyan tacirlər olub. Genişmiqyaslı xilasetmə işləri aparılır.

  • 136 nömrəli məktəbdə Müəllimlər Günü ilə bağlı pul yığılır? – İDDİA (AUDİO)

    Hər il olduğu kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə yenə pul yığılması prosesinə başlanılıb.

    Halbuki Elm və Təhsil Nazirliyi bu il də əlamətdar günlə bağlı məktəblərə təlimat göndərib.

    Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.

    Bu dəfə Beynəlxalq Müəllimlər günü ilə bağlı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi R.M.Sadıqov adına 136 nömrəli məktəbdə şagirdlərdən 20 manat pul yığılması tələb olunub. Pullar isə məktəbin 1B sinfinin valideyn komitəsi tərəfindən “WhatsApp” qrupu vasitəsilə yığılır.

    Bununla bağlı Bizim.Media-ya həmin sinfin valideynləri şikayətlənib.

    Bildirdiklərinə görə, məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. Onlar məktəbdə hər il Müəllimlər Günü ilə bağlı pul yığıldığını iddia ediblər. Üstəlik bu yaxınlarda təmirlə əlaqədar da onlardan pul istənilib.

    Maraqlısı isə odur ki, valideyn komitəsinin sədri “WhatsApp” qrupunda göndərdiyi səs yazısında pul verməyən valideynləri qısnayaraq, 20 manatın əslində çox az məbləğ olduğunu deyib, hətta buna etiraz edənləri utandıracaq və aşağılayacaq tonla təhqir edib.

    Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaratdıq. Qurumdan məsələnin araşdırılacağı bildirilib.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    4. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    9. “20 Yanvar” dairəsində;

    10. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Babək prospekti, mərkəz istiqamətində;

    13. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    15. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

  • Adobe şirkətinin proqramlarını işlədənlərə ŞAD XƏBƏR!

    Amerikanın Adobe şirkəti Photoshop və Premiere proqramlarının yenilənmiş versiyalarını Elements brendi altında təqdim edib. Adobe Photoshop və Premiere-ə süni intellekt tətbiq olunacaq.

    Median.Az “Kommersant”a istinadən xəbər verir ki, onlar süni intellektə əsaslanan bir sıra təkmilləşdirmələr əldə ediblər.

    Photoshop və Premiere Elements müvafiq olaraq şəkil və videonun redaktəsi üçün nəzərdə tutulub. Photoshop-da fotoşəkilləri redaktə etməyə imkan verən süni intellekt xüsusiyyətləri əlavə edilib: rəng sxemini dəyişdirmək, çoxsaylı təsvirləri birləşdirmək, sahənin bulanıqlığını azaltmaq və arzuolunmaz obyektləri silmək.

    Adobe Premiere isə sadələşdirilmiş qrafikə, audio və video trekləri qruplaşdırmaq imkanına malik olacaq. Proqramın funksiyaları üçün yeni sürətli giriş menyusu əlavə edilib. İstifadəçilər yeni media brauzeri sayəsində başlıqlarda fərdi mətn üslublarını tətbiq edə, videoları birdən çox yerə ixrac edə, faylları rahat şəkildə idxal edə bilərlər.
    //Baku.ws

  • AYNA: Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda 350 avtomobil gözləyir.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 14, “Biləsuvar” gömrük postunda 38, “Astara” gömrük postunda isə 18 yük maşını var.

    “Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.