Month: October 2024

  • Kartdan pul oğurlayan kişi və qadın ələ keçdi

    Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı M.Kərimov və 23 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

    Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı V.Möhsümzadə saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • “Tesla” 27 min “Cybertruck” pikapını geri çağıracaq

    “Tesla” şirkəti ABŞ-də “Cybertruck” elektrikli pikaplarının əksəriyyətini geri çağıracağını elan edib.

    Bunun səbəbi arxa kameralarından görüntülərin alınmasında gecikmənin olmasıdır ki, bu da sürücünün görmə qabiliyyətini zəiflədə və beləliklə qəza riskini artıra bilər.

    “Tesla”nın ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə təqdim etdiyi hesabatda 27 000 elektromobilin geri çağırılması barədə məlumat verilir. Şirkət bildirir ki, problem proqram təminatının yenilənməsi ilə həll olunacaq.

    Bu avtomobillərdə geriyə hərəkət başladıqdan sonra görüntü iki saniyə gecikə, ekran altı-səkkiz saniyə ərzində boş qala bilər.

  • Nərimanovda 45 yaşlı qadını avtomobil vurub

    Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Sarıyeva Samirə Mehman qızını vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • “Tesla” ən ucuz avtomobilini satışdan çıxarıb

    Amerikanın “Tesla” korporasiyası ən ucuz elektrikli avtomobilini satışdan çıxarıb.

    Median.Az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

    Məlumata görə, şirkətin “Model 3 Standard Range” avtomobili “Tesla”nın saytından çıxarılıb.

    Elektromobil 39 min dollar dəyərində qiymətləndirilir. Bu, markanın ən ucuz elektrikli avtomobili olub.

    Şirkət onu satışdan çıxardıqdan sonra ən sərfəli avtomobil 42,5 min dollar olan “Model 3 Long Range Rear-Wheel-Drive” olub.

  • Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi – Yeni təyinat (FOTO)

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayonu idarəsinin rəisi Faiq İsmayılov vəzifəsindən azad edilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

    Xidmət rəisinin digər əmri ilə Nasir Qurbanov SHXÇDX-nin Qaradağ rayon idarəsinin rəisi təyin olunub.

    Fotoda Nasir Qurbanov

  • Metroda bu qaydaları pozsanız – 200 manat cərimələnəcksiniz

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.

    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.

    Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.

    Hazırda stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir. Bu cərimənin məbləği 200 manata qaldırılır.

    Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə də 200 manata qaldırılır.

    ///apa

  • Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

    Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minskdəki Azərbaycan Ticarət Evində olub.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, onlar Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.

    Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədovun və Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

    Tədbir çərçivəsində Kəlbəcər “İstisu” mineral su zavodu və Belarus Respublikasında “Azərbaycan Ticarət Evi” MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.

    Əsas məqsəd “İstisu” mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. “Azərbaycan Ticarət Evi” MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.

  • Скончался известный азербайджанский ученый

    Вчера в возрасте 75 лет скончался доктор философии по физике, заведующий отделом патентного дела и Фонда научно-технической литературы Гасан Аскеров.

    Отметим, что Гасан Мамед оглы Аскеров родился 9 декабря 1949 года в городе Баку.

    В 1972 году окончил факультет химической технологии Азербайджанского института нефти и химии. С 1972 года начал работать в Национальной академии наук Азербайджана. При его участии и под его руководством в институте в короткие сроки была создана патентная служба.

    Своей научной деятельностью Г.Аскеров внес значимый вклад в развитие азербайджанской науки.

    Его научные исследования и труды получили высокую оценку не только среди азербайджанской научной общественности, но и в международном масштабе. Исследования и инновационные подходы Г.Аскерова в области патентного дела оказали большое влияние на обогащение научно-технического наследия Азербайджана, а также на укрепление международных позиций страны в этой области.

    Успехи ученого в научной деятельности на протяжении многих лет и воспитанные им молодые ученые оказали неоценимую поддержку развитию новых поколений. Под его руководством выросло не одно поколение молодых азербайджанских ученых, которые сегодня продолжают его дело и развивают отечественную науку.

    Распоряжением Президента Азербайджанской Республики Ильхама Алиева от 18 октября 2011 года №1775 Г.Аскеров был награжден медалью “Терегги”.

    Аллах рехмет элясин!

  • Azərbaycanda tanınmış alim vəfat etdi

    Fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsinin müdiri Həsən Əsgərov vəfat edib.

    Alim 3 oktyabr 2024-cü il tarixində, 75 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, tanınmış alim Həsən Məmməd oğlu Əsgərov 1949-cu il dekabrın 9-da Bakı şəhərində dünyaya gəlib.

    O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun iştirakı və rəhbərliyi altında institutda qısa bir müddətdə patent xidməti yaradılıb.

    Həsən Əsgərov öz elmi fəaliyyəti ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib.

    Onun elmi araşdırmaları və əsərləri, təkcə Azərbaycan elmi ictimaiyyəti arasında deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. H.M.Əsgərovun patent işi sahəsindəki tədqiqatları və innovativ yanaşmaları Azərbaycanın elmi və texniki irsinin zənginləşməsinə, həmçinin bu sahədə ölkənin beynəlxalq mövqeyinin güclənməsinə böyük təsir göstərib.

    Alimin uzun illər ərzində elmi fəaliyyətindəki uğurları və yetişdirdiyi gənc alimlər yeni nəsillərin inkişafına əvəzsiz dəstək olublar. Onun elmi rəhbərliyi və fədakarlığı ilə yetişən alimlər bu gün də Azərbaycan elmini yeni zirvələrə yüksəltməkdə davam edirlər.

    Həsən Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 18 oktyabr tarixli 1775 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

  • В Азербайджане ужесточают наказание за выброс окурков: штрафы могут вырасти в 6 раз

    Размер штрафа за выброс в окружающую среду отходов табачных изделий повышается с 50 до 300 манатов.

    Как сообщает Median.Az, это нашло отражение в предлагаемой поправке к Кодексу об административных проступках.

    При этом за повторное нарушение лицом в течение года после вступления в силу постановления о взыскании, на него налагается штраф в размере 700 манатов. Альтернативой денежному взысканию, в зависимости от обстоятельств дела и личности виновного, могут стать от 60 до 100 часов общественных работ.