Month: October 2024

  • Siqaret çəkənlərin nəzərinə – Cərimələrin məbləği dəqiqləşdi

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.

    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.

    Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

  • Bu şəxslərə 6 min manat veriləcək – Qanuna dəyişiklik edilir

    “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.

    Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.

    Deputat qeyd edib ki, dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub:

    “Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən, onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib”.

    Parlamentarinin sözlərinə görə, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır:

    “Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

    Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

    Bu zaman aşağıdakı sənədlər tələb olunur:

    – şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

    – əmək kitabçasının surəti;

    – valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

    Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

    Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

  • 1970-ci illərdə Cəbrayıl rayonu – AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR (VİDEO)

    AzTV-nin “Qızıl Fond”undan Cəbrayıl rayonunun işğaldan əvvəlki görüntüləri təqdim edilib.

    Bu kadrlar 1970-ci illərə təsadüf edir.

    Daha ətraflı məlumat videoda:

  • Azərbaycanda oyun zamanı xəsarət alan futbolçunun son vəziyyəti açıqlandı

    Azərbaycan I Liqasının IV turunda doğma meydanda “Zaqatala” komandası ilə oyunda başından xəsarət alan “Mingəçevir”in futbolçusu Tural Məmmədzadənin həyati təhlükəsi yoxdur.

    Bu barədə “Report”a bölgə təmsilçisinin baş məşqçisi Ədəhim Niftəliyev məlumat verib.

    Mütəxəssis futbolçunun xəstəxanadan evə buraxıldığını və durumunun müsbətə doğru dəyişdiyini söyləyib:

    “Hər şey qaydasındadır. Həkim ev şəraitində müalicə almağı tapşırıb. Bir neçə gündən sonra başına qoyulan tikişlər söküləcək. Rəqib oyunçu ilə toqquşmadan sonra başından ciddi zədə almışdı və qan açılmışdı. Buna baxmayaraq, meydana qayıtmaq istəyirdi. Lakin həkim icazə vermədi. Xəstəxanada rentgendən keçib, beyni ilə bağlı təhlükə yoxdur. Başına tikişlər qoyulduqdan sonra sakit yerdə dincəlmək tapşırılıb. Həkim infeksiyaya yoluxmanın qarşısını almaq üçün dərman yazıb, müəyyən qadağalar qoyub”.

    Ə.Niftəliyev futbolçunun məşqlərə nə vaxt qayıda biləcəyi barədə sualı da cavablandırıb:

    “Həkimin dediyinə görə, ən azı bir ay futbol oynamamalıdır. Amma 2-3 həftəyə yüngül məşqlərə qoşula bilər. Əsas odur, həyati təhlükəsi, beyin silkələnməsi yoxdur. Özü ilə danışdım, ağrılar var və müəyyən müddət olacaq. Qalan hər şey qaydasındadır”.

    Qeyd edək ki, “Mingəçevir” – “Zaqatala” matçı qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Taksi sürücüləri niyə kartla ödənişi qəbul etmirlər? – Nəqliyyat ekspertindən AÇIQLAMA

    Taksi xidmətində müəyyən dəyişikliklərdən sonra yaşanan problemlərdən biri vətəndaşların sifariş zaman kartla ödənişi seçdikləri anda taksi sürücüsünün ödənişi qəbul etməyərək sifarişi ləğv etməsidir.

    Bunun nəticəsində sərnişinlər saatlarla taksi gözləməyə məcbur olurlar.

    Bəs, sərnişinlər bu halda nə etməlidirlər? Yaxud şikayət və təkliflərini kimə yönləndirməlidirlər?

    Məsələylə bağlı nəqliyyat eksperti Elməddin Muradlı azxeber.com-a açıqlama verib.

    Ekspert açıqlamasında bildirib ki, onlara son zamanlar bu tip şikayətlər çox gəlir, lakin vətəndaşlar da bu prosesdə passiv iştirak edirlər, eyni zamanda öz şikayətlərini dilə gətirə bilmirlər:

    “Son günlər bununla bağlı çox ciddi problemlər ortaya çıxır. Xüsusən də “Bolt” şirkətinin adı çəkilir ki, onun sürücüləri lazımsız şəkildə sifarişi əvvəlcə qəbul edirlər, sonra vətəndaşlara zəng vurub deyirlər ki, ya qiymət artıq olmaldır, ya da xahiş edirlər ki, imtina etsinlər. Bəzən isə özləri birtərəfli qaydada sifarişdən imtina edirlər və vətəndaşları çıxılmaz vəziyyətdə qoyurlar. Elə olur ki, 1 adam 5 dəfə taksi sifariş edir. 5-ci və ya 6-cı sifarişdə onu qəbul edirlər. Bu düzgün hal deyil. Belə hallarla qarşılaşan zaman, mən hesab edirəm ki, vətəndaşlar birbaşa AYNA-ya məlumat verməlidirlər. 141 qaynar xətti vətəndaşlar üçün xidmət mərkəzidir. Ora sifarişlərlə bağlı, eyni zamanda taksi sürücülərinə olunan şikayətlər barədə müraciət etsinlər ki, AYNA da bu şirkətlərlə bağlı məsələ qaldırsın, onları məsuliyyətə cəlb etsin”.

    E. Muradlı qeyd edib ki, indiki halda bu cür sürücülərlə mübarizə metodu yoxdur:

    “Belə olan halda, sözsüz ki, şirkətlər də öz sürücülərinə bunu çatdıracaqlar. İndiki halda bir mübarizə metodu yoxdur. Vətəndaşlar da proseslərdə passiv iştirak edirlər. “Mən kiminsə çörəyinə bais olmaq istəmirəm” kimi şablon cümlələrlə özlərinə bəraət qazandırırlar, məlumat vermək istəmirlər. Sonra da şikayət edirlər ki, bizim sifarişimizə baxılmadı, sürücü bizi əziyyətə salır və s. Mübarizə tədbirlərində mən hesab edirəm ki, bütün cəmiyyət üzdə olmalıdır, öz mövqeyini ortaya qoymalıdır. Bununla belə yaxşı nəticə əldə edə bilərik. Bəzən tətbiqdə göstərir ki, taksi 5 dəqiqəyə çatır. 2,3 dəqiqə keçdikdən sonra isə imtina edir. Nə zəng etmir, nə də xəbər vermir. Vətəndaş isə girinc vəziyyətdə qalır. Bu artıq özbaşnalıqdır. Belə xidmət olmaz”.

  • Estetik əməliyyatın QURBANI – “Yasamal Hospital”ın baş həkimi qadını ölümcül hala salıb

    Sosial şəbəkələrdə son dönəmlər bədən şəkilləndirmə əməliyyatları ilə bağlı xəbərlər xüsusilə çox yayılıb. Bu cür əməliyyatların qorxusuz, ağrısız, risksiz olduğunu deyən həkimlər insanları şirnikləndirir.

    Təəssüflər olsun ki, bədən şəkilləndirmə əməliyyatları arasında uğursuz nəticələnənləri də çoxdur.

    Fidan İsmayılqızı da uğursuz nəticələnən estetik əməliyyatın qurbanıdır. O, Bizim.Media-ya qarın gərmə əməliyyatı nəticəsində necə ölümlə üz-üzə gəldiyini danışıb.

    “Əməliyyatdan sonra qanaxma başladı”

    O, komplekslərindən qurtulmaq üçün aprelin 16-sı “Yasamal Hospital”a üz tutub. Fidan İsmayılqızı deyir ki, klinikanın estetik cərrahı, baş həkim Elvin Əliyev və komandası ona abdominoplastika, yəni qarın gərmə əməliyyatı ediblər. Əməliyyatdan 1 saat sonra isə Fidan xanımın halı pisləşib.

    “Təzyiqim düşdü, gözüm qaraldı, məni bumbuz tər basdı, ürəkbulanma, qusma başladı. Bunlar daxili qanaxma əlamətləridir. Məni yenidən əməliyyat stoluna qaytardılar. 2-ci əməliyyatım çox uzun çəkdi. Bir gün içində iki dəfə əməliyyat olundum. Sağ çıxanda sevindim. Sən demə, 1 həftə sonra daha ağır günlərim başlayacaqdı…”

    “Klinika məni qəbul etmədi”

    Fidan İsmayılqızı ikinci əməliyyatla sadəcə canını qurtara bildiyini, amma 6 ay ərzində hər gün əziyyət çəkdiyini deyir:

    “Çoxlu qan itirmə, eyni nahiyənin 2 dəfə açılıb, tikilməsindən sonra yaramda dərin nekroz (toxuma ve hüceyrələrin qidalanmasının pozulması) başladı. Bir müddət sonra isə yaralarım tamam açıldı, yaradan çoxlu miqdarda seroz maye axdı, bədənim bir yandan qan, bir yandan da maye itirdi. Ağır vəziyyətdə “Yasamal Hospital”a getdim, amma məni qəbul etmədilər. Dərhal başqa özəl xəstəxanaya getdim. 1 həftə orada müalicə aldım”.

    Qeyri-estetik əməliyyat…

    Fidan İsmayılqızının sözlərinə görə bu qədər əziyyətin nəticəsində bədənində dərin yara izləri, arzuolunmaz görüntü yaranıb:

    “Bədənim vizual olaraq çox pis vəziyyətdədir, hələ daha nə qədər əməliyyat olmalıyam. Artıq tükənmişəm. Bu 5 ayı evdən çölə çıxmadım, ancaq yaralarıma sarğı qoymaqla məşğul idim. Təsəvvür edin ki, bitişməyən yara, yarada axıntı, sarğı qoy, üstündən bu istidə korset bağla, bütün psixologiyam çöküb”.

    Məhkəmə prosesi

    Fidan İsmayılqızı həkim səhlənkarlığı iddiası ilə Elvin Əliyev barəsində Baş Prokurorluğa şikayət etdiyini bildirib. Prokurorluq isə işi məhkəməyə göndərib. Yasamal Rayon Məhkəməsi cinayət işi başlatmasa da, prokurorluq bu qərarı əsassız sayıb və işin yenidən araşdırılmasını istəyib.

    Məsələ ilə bağlı “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, əməliyyatı o etməyib, iddiaları isə əsassız hesab edir.

    Onun sözlərinə görə, əməliyyatı vaxtilə “Yasamal Hospital”da onun rezidenti olmuş Mehdi Həsənzadə edib. Hazırda isə Mehdi Həsənzadə həmin klinikada çalışmır. Amma əməliyyat edən vaxt rezident vəzifəsində olub. Rezidentin isə əməliyyatı tək etməsi qadağandır. Həkim nəzarəti mütləq olmalıdır.

    Fidan İsmayılqızı deyir ki, kameraların prokurorluğa təhvil verilməsi gecikdirilir, əməliyyatı kimin etdiyi də sual altındadır.

    Məhkəmə sənədlərində nə yazılıb?

    “Fidan İsmayılqızı “Abdominoplastika” əməliyyatı üçün 07.04.2024-cü il tarixində “Yasamal Hospital”da rezident Mehdi Həsənzadənin qəbulunda olub. Mehdi Həsənzadə ona Sabunçu xəstəxanasında ümumi cərrahiyyə üzrə 4-cü kursda rezident olduğunu bildirib. Fidan İsmayılqızı rezident olduğu üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşub. Mehdi Həsənzadə isə əməliyyatların müstəqil deyil, “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra edildiyini və əməliyyatlara birlikdə girdiyini deyib. Daha sonra Mehdi ona ümumi qan analizindən keçməyi təklif edib və əməliyyat günü təyin olunub. Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən onu Elvin Əliyevin xəstəsi kimi qeydə alıblar”.

    Bu, Elvin Əliyevin karyerasındakı ilk qalmaqal deyil

    2018-ci ildə onun etdiyi abdominoplastika əməliyyatından sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. Zərərçəkən mediaya verdiyi açıqlamalarında deyib ki, Elvin Əliyevin etdiyi əməliyyat onun həyatını cəhənnəmə çevirib. Həmin dövrdə Elvin Əliyev “İnternational-2” adlı özəl klinikada baş həkim olub.

    “Əməliyyat zamanı mənim orqanizmimə infeksiya düşüb. İnfeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir.

    Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin Əliyev isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin”.

    Elvin Əliyevin qeyri-peşəkar işi və səhvi ucbatından bu halda düşdüyünü vurğulayan Fidan İsmayılqızı qarşı tərəfin ona təzminat ödənməsini və sağlamlığını itirməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.

  • Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK

    Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

    Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ.Ələsgərov tərəfindən zorla diləndirilib.

    İ.Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəli həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.

    Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da, yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən İ.Ələsgərov isə onların qonşusu olub.

    Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ.Ələsgərovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

  • Qripdən qorunmağın 5 yolu

    Havaların soyuması ilə qrip mövsümü başlayır.
    Türkiyəli epidemioloq mütəxəssis Dr. Berna Botan Yıldırım qripdən qorunmaqla bağlı məsləhətlərini paylaşıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım Qripdən qorunmağın ən vacib qaydasının şəxsi gigiyenaya riayət etmək olduğunu vurğulayıb.

    1. Əllərimizi bol su və sabunla yumalıyıq.
    2. Uzun müddət qapalı və insanların çox olduğu mühitlərdə dayanmayın.
    3. Çirkli əllərlə ağız, burun və gözlərə toxunmaq olmaz.
    4. Bol su içməli və vitamin qəbul etməlisiniz.
    5. Eyni zamanda, immuniteti gücləndirəcək qidalar yemək tövsiyə olunur.
    //azxeber

  • В зоне российско-украинского конфликта погиб азербайджанец – ВИДЕО

    В зоне российско-украинского конфликта погиб уроженец Зардабского района Азербайджана Джейхун Гасымов (1995 г.р.).

    Об этом сообщает Qafqazinfo.

    Отмечается, что он участвовал в боях в составе российской армии.

    Тело Дж.Гасымова было доставлено на родину, мужчину похоронили в Зардабском районе.

  • Ukraynada daha bir azərbaycanəsilli şəxs həlak oldu – VİDEO

    Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub.

    “Qafqazinfo” xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

    Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib.