Month: October 2024

  • Naxçıvanda əmək intizamını pozan müəllim vəzifəsindən azad olundu

    Sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılıb.

    Araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda, müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub.

    Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.

    Eyni zamanda, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib.

  • İsmayıllıda at əti satan şəxslər saxlanılıblar

    İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.

    V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu üzə çıxıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Qaxda it 11-ci sinif şagirdini ağır yaraladı

    Qaxda it 11-ci sinif şagirdinə hücum edərək ağır xəsarətlər yetirib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib.

    Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə.Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb.

    Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nahiyələrinə ağır xəsarətlər yetirib.

    Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.

  • Ильхам Алиев: Враждебная политика против нас не прекращается

    60 проармянских американских конгрессменов обратились к правительству США, призвав ввести очередные санкции против Азербайджана. Утром я пролистал это обращение. Отвратительное обращение, которое не может повлиять на нашу волю. Однако о чем это говорит? О том, что враждебная политика против нас не прекращается.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 4 октября на встрече с жителями Джебраила.

    “Посмотрев это обращение, я предположил, что и автор, и адресат его одни и те же. Потому что оно адресовано госсекретарю США. Но у меня нет ни малейших сомнений, что оно написано там же – в Госдепартаменте США. То есть они сами себе пишут письма, чтобы угрожать нам, обвинять нас”, – сказал глава государства.

  • Prezident İlham Əliyev: “Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”

    “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir – bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

    Dövlətimizin başçısı deyib:

    “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

  • Где похоронили лидера “Хезболлы” Хасана Насруллу?

    Генеральный секретарь ливанской организации “Хезболла” Хасан Насрулла, убитый 27 сентября в результате израильского удара по Бейруту, был похоронен тайно во временном секретном месте.

    Об этом сообщил телеканалу Sky News Arabia источник, близкий к организации.

    По его словам, такое решение было принято из опасений, что церемония похорон Насруллы может стать целью израильского авианалета.

    “Хасан Насрулла был похоронен во временном месте до тех пор, пока не появятся обстоятельства, позволяющие провести народные похороны”, – отметил источник.

  • Həsən Nəsrullah harada dəfn edilib?

    Livanın “Hizbullah” hərəkatının keçmiş rəhbəri Həsən Nəsrullah müvəqqəti olaraq məxfi yerdə dəfn edilib.

    Bu barədə “Sky News Arabia” telekanalı təşkilata yaxın mənbəyə istinadla xəbər verib.

    “Həsən Nəsrullah ümumxalq dəfn mərasiminin keçirilməsi üçün uyğun şərait yaranana qədər müvəqqəti olaraq gizli yerdə dəfn edilib”, – deyə mənbə bildirib.

    Onun sözlərinə görə, bu qərar H.Nəsrullahın dəfn mərasiminin İsrail hava hücumunun hədəfinə çevrilə biləcəyi təhlükəsi üzündən qəbul edilib.

    Xatırladaq ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində həlak olub.

  • Президент: Франция и подобные ей западные государства делали всё, чтобы эта оккупация была вечной

    Армения нарушила все нормы и принципы международного права, оккупировала около 20% наших земель, провела политику этнической чистки, совершила Ходжалинский геноцид, разрушила все наши города и села. Официальный представитель какого-либо западного государства хоть раз сделал им замечание? Нет.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 4 октября на встрече с жителями Джебраила.

    Отметив, что Минская группа занималась прикрытием этих дел, оправданием в определенной степени армянской оккупации и подталкиванием Азербайджана к унизительному миру, глава государства сказал: “Когда мы возвышали свой справедливый голос на всех международных платформах, нам говорили, что ваши слова слишком резки. Эта резкая риторика не приближает мир, а отдаляет его. Военного решения этого конфликта нет. То есть Франция и подобные ей западные государства делали всё возможное, чтобы увековечить эту оккупацию”.

  • Prezident: “Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər”

    “Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, torpaqlarımızın təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuşdu. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

    Minsk qrupunun ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul olduğunu söyləyən Prezident deyib:

    “Biz bütün beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər”.

  • Президент: Работы, проводимые на освобожденных землях, по своему масштабу носят особый характер

    Работы, проводимые на освобожденных землях, по своему масштабу носят особый характер.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 4 октября на встрече с жителями Джебраила.

    “Нигде до сегодняшнего дня ни одна страна, пострадавшая от оккупации и войн, не проводила восстановительные работы такими темпами и с таким качеством”, – сказал глава государства. По его словам, это связано с тем, что эти работы проводятся на основе широкомасштабных и очень точных планов.

    Коснувшись работ, проводимых в селе Хоровлу Джебраильского района, Президент Ильхам Алиев сказал: “Как вы знаете, Хоровлу также был освобожден в один день с городом Джебраил. Через несколько месяцев, наверное, в первой половине следующего года, граждане вернутся и в Хоровлу”.