Month: October 2024

  • У берегов Филиппин произошло землетрясение магнитудой 5,9

    Землетрясение магнитудой 5,9 зарегистрировано в районе Филиппин.

    Как передает report, об этом сообщила Геологическая служба США.

    По его данным, эпицентр располагался в 96 км к северо-востоку от города Вирак, где проживают порядка 76,5 тыс. человек. Очаг залегал на глубине 10 км.

    Информация о пострадавших и разрушениях не поступала. Угроза цунами не объявлялась.

  • Filippin sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

    Filippində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

    Report-un məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri təxminən 76,5 min insanın yaşadığı Virak şəhərindən 96 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

  • Şəkidə narkokuryerlik edən şəxs tutulub

    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal Eyubov saxlanılıb.

    Bu barədə report-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Ondan 1 kiloqram 270 qram heroin və 2 kiloqram 300 qram marixuana aşkar olunub. Araşdırmalarla R.Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş.

    Məhkəmənin qərarı ilə R.Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Bakıda və Abşeron yarımadasında leysan olacaq – XƏBƏRDARLIQ

    Bakı və Abşeron yarımadasında oktyabrın 2-si səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə report-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

  • Ələt qəsəbəsində qaz olmayacaq

    Sabah Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə report Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilir ki, Qaradağ, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

    Qaz təchizatı dayandırılan müddətdə rayonun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

    Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un məlumatına görə, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

    Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Əli Şahin oğlu Babayev xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar

    Son zamanlar bank sektorunda müşahidə olunan narahatedici tendensiyalardan biri də kredit borclarının gecikməsi səbəbindən borclu şəxslərin ailə üzvlərinə və ya zaminlərinə banklar tərəfindən edilən zənglərdir.

    Oxu.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cür hərəkətlər bank sirrinin və müştərilərin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

    Məsələ ilə bağlı  açıqlama verən hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.

    Kredit borcu yalnız birbaşa borclu şəxsin özündən tələb olunmalıdır. Burada bir incə nüans var, əgər müştəri kredit müqaviləsi bağlayarkən onunla əlaqə yaratmaq mümkün olmadığı təqdirdə yaxınlarına zəng etməklə bağlı banka icazə veribsə, onu tapa bilmədikdə bank onun göstərdiyi şəxslərlə əlaqə saxlaya bilər. Əks halda, bu, bank sirrinin pozulması hesab edilir və müştəri mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər.

    Azərbaycanda artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur. Banklar müştərinin razılığı olmadan kredit məlumatlarını üçüncü şəxslərə verməklə faktiki olaraq bank sirrini yaymış olurlar. Borclu şəxsin yaxınlarının isə tam hüququ var ki, bankdan gələn zənglərə etiraz etsinlər və bir daha narahat edilməməyi tələb etsinlər. Əks təqdirdə, onlar da mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər.

    Beləliklə, banklar kredit borclarının gecikməsi zamanı yalnız borclu şəxsin özü ilə əlaqə saxlamalı, ailə üzvləri və ya zaminləri narahat etməməlidirlər. Bu, həm qanunvericiliyin tələbi, həm də bank-müştəri münasibətlərində etimad və məxfiliyin qorunması baxımından vacibdir”, – deyə hüquqşünas vurğulayıb.

  • “Qarabağ” oyunçuları Londonda tıxaca düşdü: Matç gecikir

    Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.

    Median.Az xəbər verir ki, bu barədə CBC Sport-un məlumatında deyilib.

    Bildirilib ki, bu səbəbdən “Tottenhem” – “Qarabağ” matçının gec başlayacağı ehtimal olunur.

    Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Tottenhem” (İngiltərə) – “Qarabağ”la qarşılaşacaq. Oyun “Tottenhem Hotspur” stadionunda keçiriləcək.

    Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.

  • ABŞ YouTube-u məhkəməyə verdi

    ABŞ-ın Arkanzas ştatı psixi sağlamlıq problemlərini artırdığı üçün YouTube-u məhkəməyə verib.
     
    Arkanzas ştatı YouTube-a və platformanın ana şirkəti Alphabet-ə qarşı iddia qaldıraraq bunun bilərəkdən asılılıq yaratdığını və gənclər arasında psixi sağlamlıq problemlərini artırdığını iddia edib.
     
    Dövlət Baş Prokurorluğu platformanı dövlət biznes təcrübələrini və ictimai maraq qanunlarını pozmaqda ittiham edərək YouTube-u məhkəməyə verib.
     
    Ofisin müraciətində deyilir ki, platforma asılılıq yaradır və dövlət gənclər üçün psixi sağlamlıq, digər xidmətlərə milyonlar xərcləyir.
     
    Alphabet isə iddiada deyilənləri təkzib edib.

  • Rusiya Xersonda avtobus dayanacağını vurdu – Ölənlər və yaralananlar var

    Rusiya Ukraynanın Xerson vilayətində avtobus dayanacağını vurub.
     
    Bu barədə Ukrayna lideri Volodimir Zelenski açıqlama verib. O qeyd edib ki, Rusiyanın hücumu nəticəsində bölgədə avtobus dayanacağında gözləyən 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
     
    “Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Xəsarət alanlara isə lazımi yardım göstərilir. Biz rus terrorunu, onların insanların həyatını məhv etmək cəhdlərini dayandıra bilərik.  Bunun üçün davamlı sülhü təmin etməliyik. Ukraynanın gücü və tərəfdaşlarımızın qətiyyəti Putinin terror etmək istəyindən daha çox olmalıdır”, -Zelenski bildirib.
     
    O həmçinin çıxışında qeyd edib ki, Rusiyaya təzyiqlər artırılmalı və Ukraynaya yardım davamlı, hərtərəfli olmalıdır. 
    //sfera.az