Month: October 2024

  • Xərçəng xəstələrinin saçı tökülməyəcək – YENİ KƏŞF

    Kimyaterapiya zamanı saç tökülməsinin qarşısını alan “Lily” adlı “kasqa” icad edilib.
     
    Bu “kasqa” baş dərisinə zəif təzyiq göstərərək kimyaterapiya zamanı orqanizmə yeridilən kimyəvi maddələrin saç köklərinə çatmasının qarşısını alır.
     
    “Luminate” texnologiya şirkəti tərəfindən yaradılan “kasqa”nın test mərhələsində kimyaterapiya görən pasiyentlərin 75 %-də saç tökülməsinin qarşısını aldığı açıqlanıb.
     
    Testləri daha 7-8 ay davam edəcək “kasqa” növbəti sınaqlardan da keçə bilsə, kütləvi istehsalına başlanılacaq.
    //sfera.az

  • Bu tarixdə Günəş tutulması olacaq

    Oktyabrın 2-də axşam Günəş tutulması müşahidə olunacaq.
     
    Tutulma həlqəvi olacaq, qismən tutulma zamanı Yerin səthi Ayın konusvari kölgəsi ilə kəsişəcək, çünki Ay Günəşi tamamilə örtmək üçün Yerdən çox uzaqdadır.
     
    Günəş tutulmasının həlqəvari fazasını Cənubi Amerikanın cənubunda, eləcə də Sakit Okeanın mərkəzi və cənub-şərqində müşahidə etmək olacaq. 
     
    Tutulmanın maksimal mərhələsi Bakı vaxtı ilə saat 22:45-də Ayın Günəşin diametrinin 93 faizini əhatə edəcəyi zaman baş verəcək və bu, Sakit Okeanın cənub-şərq hissəsində üfüqdən 69° yüksəklikdə baş verəcək.

  • Azərbaycanda sükan arxasında elektron siqaret çəkənlər cərimələnəcək? – AÇIQLAMA

    Hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəqliyyat Nazirliyi təklif edib ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və “vape”lərdən (elektron siqaretin bir növüdür – red.) istifadəyə aid olması gözlənilir. Nazirlik bu kimi davranışlara görə, təxminən 5500 rubl (100 manat) cərimənin tətbiq edilməsini təklif edir.
     
    Bəs bizdə də belə qanun tətbiq edilə bilərmi?
     
    Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində yol təhlükəsizliyi ilə bağlı yanaşmalar dəyişir:
     
    “Məsələn, Avropada, ümumiyyətlə, telefonu əldə saxlamaq özü belə məsuliyyət yaradır. Bizim qanunvericiliyə görə, telefonu istifadə etmək məsuliyyət yaradır, sadəcə əlində saxlamısansa, cərimə nəzərdə tutulmur. Buna görə də mübahisələr yananır. Polis sürücünü saxlayır, vətəndaş isə telefonla danışmadığını, sadəcə əlində tutduğunu iddia edir”.  
     
    Ekspert qeyd edib ki, Azərbaycanda elektron və ya adi siqaretlərlə bağlı bir qanun yoxdur:
     
    “Ən azından, elektron siqaret telefon kimi istifadə olunmur. Həm də digər siqaretə baxanda sükan arxasında heç bir təhlükəsi də yoxdur. Adi siqaretin külü qəflətən sürücünün gözünə düşə, diqqətini yayındıra bilər. Həmçinin sürücülər siqaretin kötüyünü küçəyə atıb yeri zibilləyirlər”. 

  • Eyni anda iki insanı sevmək mümkündürmü? – ARAŞDIRMA

    İnsanın eyni anda ancaq bir insana aşiq olması iddiası artıq mifə çevrilir.
     
    Böyük Britaniyada aparılan tədqiqatlar insanın eyni anda bir neçə şəxsi sevə biləcəyini sübuta yetirib. Tədqiqatçılar aşiq olan zaman orqanizmdə dofamin və oksitosin hormonlarının ifrazının artdığını, nəticədə insanın zövq, şəhvət və həyəcan hisslərinin yüksəldiyini bildiriblər.
     
    Onların fikrincə, əgər insanın bütün fiziki və mənəvi ehtiyacları təmin olunursa, onun sevgilisindən kənar bir şəxsə aşiq olması qeyri-mümkündür. Ancaq psixoloji bir boşluq yaşayan insanlar eyni anda ikinci, hətta üçüncü insanı da sevə bilər.
     
    Araşdırmaçılar cəmiyyətin formalaşması nəticəsində “tək partnyorluq” anlayışının da dəyişdiyini də diqqətə çatdırıblar.
    //sfera.az

  • Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər – SƏBƏB

    Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu işdən imtina edirlər.

    Sfera.az bildirir ki, insanlar internetə çıxışı olmadan qoyun otarmaqdan imtina edir. Sürü sahiblərindən hər ay əlavə ən azı 30 GB internet pulu da ödəmələrini istəyirlər.
    Belə ki, Elazığda qoyun sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Aylıq 70 min türk lirəsi (təxminən 3500 Azn) maaş və pulsuz yemək, içki, mənzil və geyim təklif etmələrinə baxmayaraq, bu vəzifəyə işçi tapmaq faktiki olaraq mümkün deyil.

    Yerli sürü sahibi Nurettin Çelenk bir vaxtlar 500 qoyunu olduğunu, lakin çoban tapa bilmədiyi üçün heyvanlarının çoxunu satmaq məcburiyyətində qaldığını deyib. Çoban tapmayan Çelenk qalan heyvanlara özü baxır. O deyir ki, əvvəllər çobanlar sadəcə maaş istəyirdilər, indi isə internet tələb edirlər.

    Çobanlar internetə çıxış olmadan qoyun otarmaqdan imtina edirlər. Əsasən də sürü sahiblərindən “Tik Tok” izləmək üçün ən azı 30 GB mobil internet ödəmələrini istəyirlər.

    Onu da əlavə edək ki, 70 min lirə maaş Türkiyə üçün kifayət qədər yüksəkdir. Belə ki, məsələn, bir hüquqşünas orta hesabla 15-56 min lirə, müəllim isə 13-15 min lirə maaş alır. Prokurorun maaşı 40-45 min lirə, əczaçının maaşı isə 30-100 min lirədir.

  • Milyonda bir: Qadın bu halında əkiz uşaqlar dünyaya gətirib

    İki uşaqlıq yolu olan qadın sağlam uşaq dünyaya gətirib.

    Sfera.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb .

    Şensi əyalətinin sakini sentyabrın əvvəlində Sian şəhərindəki xəstəxanada qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpəni dünyaya gətirən həkimlər qeyd ediblər ki, xəstənin özəlliyi planetdəki bütün qadınların 0,3 faizində müşahidə olunur. Mütəxəssislərin fikrincə, xəstə ilə olduğu kimi təbii təsadüf nəticəsində hamilə qalmaq və daha da çox, oxşar patologiyası olan sağlam uşaqlar yetişdirmək çox nadirdir.

    Xəstə hamiləliyin səkkizinci ayında çəkiləri müvafiq olaraq 3,3 və 2,4 kq olan bir oğlan və bir qız dünyaya gətirib.

    “Bu xüsusiyyətə malik qadınlar hamiləliyin 37-ci həftəsindən sonra nadir hallarda uğurlu doğuş edirlər. Bu hal milyonda

  • 70-ci illərdə Kanada polisinin ölümlə bitən qəddar təcrübəsi: Starlayt Turları

    İddialara görə, 1970-ci illərin əvvəllərində Kanada polisləri tez-tez sərxoş və ya sərgərdan insanları öz istəklərinə uyğun olaraq saxlayıb şəhərdən kənarda ucqar yerlərə aparır, soyuqda qalmağa məcbur edirdilər. Hadisələrin üstü isə 1990-cı il noyabrın 29-da 17 yaşlı Neil Stonechildin (Nil Stounçald) Saskatoon şəhərinin kənarında donmuş halda tapılması ilə açılıb.

    Sfera.az sizə bu yazıda 70-ci illərdə Kanada polisinin ölümlə bitən və Starlight (Starlayt) turları adı verilən qəddar təcrübəsi haqqında məlumat təqdim edir.

    Nil Stounçaldın ölümü ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, o əvvəllər oğurluğa görə polis əməkdaşlarının nəzarətində olub və polis əməkdaşları tərəfindən Starlayt turuna (“ulduzlu tur”) aparılıb. Saskaçevanda polis məmurunun qanunsuz hərəkətləri ilə bağlı araşdırmalara başlanılıb.

    Araşdırmalar nəticəsində Rodney Naistus və Laurens Vaqner adlı daha iki qurbanın 2000-ci ildə hipotermiyadan (aşağı temperatura çox məruz qaldıqda baş verir. Soyuq mühitdə uzun müddət qalan insanların orqanizmi sürətlə istilik itirməyə başlayır) öldüyü məlum olub. 2000-ci ilin yanvarında Darrell Nayt adlı başqa bir qurban Saskatunun kənarında qalıb, lakin Gecə yaxınlıqdakı elektrik stansiyasına çataraq dondurucu soyuqdan xilas ola bilib. Hadisədə iştirak edən iki polis məmuru, Dan Hacken və Ken Munson, Naytı evinə ötürdüklərini iddia ediblər. 2001-ci ilin sentyabrında onlar 8 ay həbs cəzasına məhkum edilsələr də, Vaqner və Naistusun ölümləri ilə bağlı araşdırmalar nəticəsiz qalıb. 2003-cü ildə polis rəisi Russell Sabo, Saskaçevan Polis Departamentinin illərdir insanları şəhərdən kənara atdığını etiraf edərək, hətta 1976-cı ildə bir polis məmurunun yerli qadını şəhərdən kənara apardığı üçün intizam cəzası aldığı barədə açıqlama verib.

    Hadisə ictimaiyyətdə böyük əks-səda yaradıb. 2012-2016-cı illər arasında Saskatun polis idarəsinin Starlayt turları haqqında yazısı bir neçə dəfə vikipediyadan silinib. Agentliyin sözçüsü Alyson Edvards bəzi redaktələrin onlara məxsus kompüterdə edildiyini, lakin məzmunun silinməsinin rəsmi olaraq təsdiqlənmədiyini bildirib. Bunu kimin etdiyini müəyyən etmək mümkün olmayıb. Hadisələr sonda siyasət dəyişiklikləri, cərimələr və polislə ictimaiyyət arasında əlaqələri gücləndirməyə yönəlmiş təşəbbüslər vasitəsilə həll edilsə də, bu turlar Kanadada polis fəaliyyətinə kölgə salmağa davam edib.

  • Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı böyüyür – Qarabağ qazisi ölkə rəhbərliyinə üz tutdu

    Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun ona məxsus torpaq sahəsini ələ keçirdiyini deyən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov ölkə rəhbərliyinə müraciət edib.

    Həmin müraciətin bir surəti də Qaynarinfo-ya daxil olub.

    Nazim Əmirov müraciətində yazır ki, Abel Məhərrəmov Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq keçmiş rektor ərazidə qanunsuz olaraq tikinti aparıb.

    Həmçinin məlum olub ki, zəbt edilən torpaq sahəsi Abel Məhərrəmovun xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib.

    Nazim Əmirov bir neçə dəfə Abel Məhərrəmova tikilini sökməyi və onun ərazisindən çıxmaq barədə müraciət etsə də nəticəsi olmayıb.

    Polkovnik-leytenant məhkəməyə müraciət edib. Lakin Xızı Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş hazırda Ali Məhkəmədədir.

    Nazim Əmirov hesab edir ki, məhkəmələrin məsələyə ədalətsiz yanaşması Abel Məhərrəmovun onlara təsir göstərməsi ilə əlaqədardır: “Məhkəmələrə bütün sənədlər təqdim olunub. Bu sənədlər dövlət sənədləridir. Saxta deyil, ekspertiza keçirilib. Torpaq sahəsinin mənə məxsus olması tam sübuta yetirlib. Buna baxmayaraq, məhkəmə mənim iddiamı təmin etməyib. Hesab edirəm ki, Abel Məhərrəmov nüfuzundan istifadə edərək məhkəmələrə təsir edir. Əks halda məhkəmələr belə açıq-aydın şəkildə ədalətsiz qərar qəbul etməzidlər”, deyə Nazim Əmirov bildirib.

    Polkovnik-leytenant inanır ki, müraciəti nəzərə alınacaq və ona qarşı həyata keçirilən qanunsuzluqlara son qoyulacaq.

  • Azərbaycanda əhali yenidən siyahıya alınacaq

    Azərbaycanda əhalinin növbəti – dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

    “Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

  • Məktəblərdə rüşvətə necə son qoyaq? – TƏKLİF

    “Valideyn və şagirdlərin müəllimləri təbrik etməsinin qarşısı alınmalıdır. Bunun üçün ilk növbədə valideynləri çəkindirmək lazımdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli 5 oktyabr Müəllimlər günü ilə bağlı hədiyyə kompaniyasının təşkilindən danışarkən deyib.

    Onun sözlərinə görə, müəllim günü ilə bağlı hədiyyə seçimləri və təklifləri valideynlərin yaratdığı “WhatsApp” qruplarında təşkil edilir:

    “Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi xüsusi tapşırıqlar verib. Bakı Şəhər Təhsil İdarəsi də ayrıca bir çağırış edib. Bu qədər çağırışdan sonra müəllimlərin bu məsələ ilə bağlı həsə umacağını düşünmürəm”.

    Məzahir Məmmədli vurğulayıb ki, valideynlər bu hərəkəti ilə müəllimlərin adını qara siyahıya salırlar:

    “Valideynlər durun artıq, siz bununla müəllimlərə problem yaradırsınız”.

    Qeyd edək ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri – maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.