Month: October 2024

  • Maaş artımı ilə bağlı yeni xəbər: Təkliflərlər noyabrın 1-dək təqdim ediləcək

    “Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir”.

    Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hammısını əhatə edir:

    “Gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarısa minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır”.

    Deputat əlavə edib ki, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:

    “Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir.

    Daha yüksək maaş alanların əmək haqqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyyə olunandır”.

  • Bazarda balıq boldur, amma… – Həştərxandan Azərbaycana nə qədər məhsul gəlib?

    Bazarda balıq bolluğu var, amma qiymətlər yenə bahadır.

    Qaynarinfo MK.ru-ya istinadən xəbər verir ki, 2024-cü il sentyabrın 20-dən 26-dək Həştərxan vilayətindən Azərbaycana 9,9 ton balıq ixrac edilib.

    Belə ki, “Rosselxoznadzor”un regional idarəsinin əməkdaşları ixrac partiyasının Həştərxan baytarlıq stansiyasında nəzarət və qeydiyyatını həyata keçirdikdən sonra ölkəmizə göndəriblər.

    Laboratoriya tədqiqatları qanun pozuntularının olmadığını təsdiqləyib ki, bu da ixrac olunan malların yüksək keyfiyyət standartlarını göstərir.

    Azərbaycanın özündə də artıq balıq ovuna icazə verildiyi və balıqyetişdirmə müəssisələrinin öz məhsullarını satışa çıxardığını nəzərə alsaq, məntiqlə bazarda bolluq olmalı, qiymətlərdə enmə müşahidə edilməlidir. Lakin balıq və balıq məhsullarının satışında ciddi ucuzlaşma müşahidə edilmir.

  • 4 gün ərzində düşmənin 2300-dən artıq canlı qüvvəsi necə məhv edildi? (VİDEO)

    30 sentyabr – vətən müharibəsinin 4-cü günü…

    Xezerxeber.az xəbər verir ki, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib.

    Qaraxanbəyli istiqamətində bütün nəzarətin ordumuzda olmasını düşmən qəbullanmaq istəmirdi.

    Kənd uğrunda yenidən saatlarla davam edən döyüş başlayır.

    Mühəndis-istehkam bölmələrinə isə Füzuli cəbhəsində bu istiqamətin ən çətin sədlərindən biri olan və “40 metr” kimi tanınan ərazinin açılması üçün tapşırıq verilir.

    Keçid açmaq üçün tətbiq edilən ən yeni vasitələr isə Ermənistan hərbçilərini çaşbaş salır.

    Sentyabrın 30-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatları zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan hərbçilərlə görüşürlər. Dövlət başçısı vətən uğrunda döyüşən qəhrəmanlara təşəkkür edir.

    İlk 4 gündə Ermənistan ordusunun 130-dək zirehli, 55-dən çox avtomobil texnikası, 200-dən artıq artilleriya qurğuları məhv edili. Təkcə sentyabrın 30-da isə 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.

  • Biləsuvarda 56 məktəbəhazırlıq qrupunda tədris başlayıb

    Biləsuvar rayonu üzrə bu gündən 56 məktəbəhazırlıq qrupunda tədris başlayıb.

    Bu Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu qruplarda 1 057 nəfər uşaq təhsil alacaq.

    Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il (2019-cu ildə) tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.

  • Пашинян проинформировал вице-президента Ирана о ходе мирных переговоров между Арменией и Азербайджаном

    Премьер-министр Никол Пашинян принял первого вице-президента Ирана Мохаммада Резу Арефа, который находится с визитом в Армении.

    Об этом сообщают армянские СМИ.

    Согласно информации, Ареф отметил готовность Ирана к развитию многовекторного сотрудничества с Арменией.

    Пашинян в свою очередь проинформировал о ходе мирных переговоров между Арменией и Азербайджаном, а также рассказал о проекте “Перекресток мира”, направленном на разблокирование региональных коммуникаций, говорится в сообщении.

    “Развитие отношений с Ираном является одним из приоритетов правительства Армении… Армения готова содействовать развитию торгово-экономических связей с заинтересованными странами на основе принципов суверенитета, универсальной юрисдикции, равенства и взаимности”, – подчеркнул армянский премьер.

    Отмечается, что на встрече также обсуждались двусторонние торгово-экономические отношения, сотрудничество в сферах энергетики, инфраструктуры, строительства дорог и туризма.

  • Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkdədə səfərdə olan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.

    Məlumata görə, Aref İranın Ermənistanla çoxqütblu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.

    Paşinyan, öz növbəsində, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə danışıb, həmçinin regional kommunikasiyaların açılmasına yönəlmiş “Sülhün kəsişməsi” layihəsi haqqında məlumat verib.

    “İranla əlaqələrin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biridir. Ermənistan suverenlik, universal yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında maraqlı ölkələrlə ticari-iqtisadi əlaqələrin inkişafına yardım etməyə hazırdır”, – o deyib.

    Qeyd olunur ki, görüşdə həmçinin ikitərəfli ticari-iqtisadi əlaqələr, enerji, infrastruktur, yol tikintisi və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.

  • Çempionlar Liqasının oyunu ləğv edilib

    Asiya Çempionlar Liqasının II turunun “Traktor” (Təbriz) – “Mohun Baqan” (Hindistan) oyunu ləğv edilib.

    Oktyabrın 2-si baş tutmalı olan görüş qonaq komandanın Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.

    Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.
    //report

  • Экс-редактора Doxa Армена Арамяна внесли в реестр экстремистов и террористов

    Бывший редактор российского студенческого онлайн-издания DOXA Армен Арамян включен в реестр экстремистов и террористов.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщили в Федеральной службе по финансовому мониторингу.

    Ранее он был объявлен в международный розыск.

    В 2022 году мировой суд в Москве признал редакторов издания Doxa Армена Арамяна, Наталью Тышкевич, Аллу Гутникову и Владимира Метелкина виновными в агитации среди несовершеннолетних и приговорил их к двум годам исправительных работ. Согласно материалам дела, они призывали несовершеннолетних принимать участие в несанкционированных акциях, чем подвергали их жизни опасности.

  • Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb

    Rusiyanın tələbə onlayn-nəşri – DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb.

    Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

    Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları – Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

    İş materiallarına görə, onlar yetkinlik yaşına çatmayanları icazəsiz aksiyalarda iştirak etməyə çağırıb və bununla onların həyatını təhlükəyə atıblar.

  • Türkiyə Ordusu Suriya və İraqda əməliyyat keçirib, 13 terrorçu öldürülüb

    Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində 11, Suriyanın şimalındakı “Barış Pınarı” əməliyyat bölgəsində isə 2 PKK terrorçusu öldürülüb.

    Bildirilib ki, Türkiyə ordusu terrorçulara qarşı mübarizəni davam etdirir.