Month: October 2024

  • В регионах Азербайджана ожидается сильный ветер

    В регионах Азербайджана объявлен желтый уровень погодной опасности в связи с ожидаемой 2-3 октября ветреной погодой.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В соответствии с желтым уровнем погодной опасности в Ордубаде, Джульфе, Лерике, Ярдымлы, Геранбое, Гяндже, Гёйгёле, Евлахе, Мингячевире, Дашкесане, Шеки, Шахдаге, Хыналыге, Губе, Гусаре, Хызы, Нефтчале, Джалилабаде, Гобустане скорость западного ветра будет достигать 13,9-20,7 м/с.

  • Növbəti iki gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın bölgələrində oktyabrın 2-3-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Внесены изменения в размеры ежемесячных должностных окладов военнослужащих СГБ

    Утверждены изменения в “Размерах месячного должностного (тарифного) оклада военнослужащих Службы государственной безопасности Азербайджанской Республики”.

    Премьер-министр Али Асадов подписал соответствующее постановление.

    Данное постановление вступило в силу с 5 июня.

  • DTX-nin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik edilib

    “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib.

    Baş nazir Əli Əsədov bu barədə müvafiq Qərar imzalayıb.

    Qeyd edilib ki, bu Qərar 2024-cü il iyunun 5-dən tətbiq edilir.

  • Sentyabr ayında 27 aptekdə yoxlama aparılıb

    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparıb.

    Bu barədə “Report”a mərkəzdən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb:

    “24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.”

  • İranın cənub-şərqində xeyriyyə mərasiminə silahlı hücum olub, korpus komandiri ölüb

    İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətininin Nikşəhr dairəsinin Bennet rayonunda xeyriyyə tədbirinə silahlı hücum nəticəsində üç nəfər ölüb, ikisi yaralanıb.

    Median.Az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Nikşəhr valisi Mucib Hüsni məlumat verib.

    Bildirilib ki, ölənlərdən biri Sepahın Bennet korpusunun komandiri Pərviz Kodxodaidir.

  • Новым главой МИД Японии стал Такэси Ивая

    Новым министром иностранных дел Японии назначен Такэси Ивая.

    Список членов нового правительства, сформированного премьером Сигэру Исибой, озвучил генсек Кабмина Ёсимаса Хаяси, сохранивший свой пост, сообщает Median.Az cо ссылкой на ТАСС.

    Кроме того, Гэн Накатани возглавил Минобороны страны.

    Министром финансов станет бывший генсек Кабмина Кацунобу Като, а министром экономики, торговли и промышленности – Ёдзи Муто, который ранее был замглавы этого ведомства.

    Отметим, что сегодня председатель правящей в Японии Либерально-демократической партии (ЛДП) Сигэру Исиба избран в парламенте 102-м премьер-министром страны.

  • Yaponiyanın yeni xarici işlər naziri təyin olunub

    Takeşi İvaya Yaponiyanın yeni xarici işlər naziri təyin olunub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, baş nazir Siqeru İsiba tərəfindən formalaşdırılan yeni hökumət üzvlərinin siyahısını Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi açıqlayıb.

    Bundan əlavə, Hen Nakatani ölkənin müdafiə naziri vəzifəsini tutub.

    Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato maliyyə naziri, iqtisadiyyat, ticarət və sənaye naziri isə əvvəllər bu qurumda nazir müavini olmuş Yodji Muto təyin edilib.

    Qeyd edək ki, bu gün Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Siqeru İsiba ölkənin 102-ci baş naziri seçilib.

  • Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verilib

    Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölmələri quraşdırılıb.

    Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “bufer zonalar”da 1 160-dən çox təhlükəsizlik səddi çəkilib.

    Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri də təşkil edilib.

  • “Lənkəran” klubu bir basketbolçu ilə yollarını ayırıb

    “Lənkəran” klubu bir basketbolçu ilə yollarını ayırıb.

    “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli Çınar Çakmakın zədə səbəbindən bu mövsüm komandaya kömək edə bilməyəcəyi bəlli olub.

    Bu səbəbdən 18 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

    Qeyd edək ki, 193 sm boya malik hücumçu ilə müqavilə 1 illik nəzərdə tutulmuşdu. Çınar Çakmak Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a qoşulmuşdu.