Month: October 2024

  • Bəzi rayonlara yağış yağıb, külək güclənib – FAKTİKİ HAVA

    Oktyabrın 26-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.
     
    Median.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb. 

    Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.
    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

  • “Ən yaxşı kişi qolkiper” adına iddia edən namizədlərin adları açıqlandı

    IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) “Ən yaxşı kişi qolkiper” adı uğrunda mübarizə aparan iddiaçıların adlarını açıqlayıb.

    Mükafata 20 qolkiper iddialıdır.

    Bunlar Giorgi Mamardaşvili, Dioqo Kosta, Canluici Donnarumma, Qreqor Kobel, Mayk Meiyan, Quqlielmo Vikario, David Raya , Unay Simon, Yan Oblak, Tibo Kurtua, Mark-Andre ter Şteqen, Cordan Pikford, Aleks Remiro, Andrey Lunin , Ederson, Emiliano Martines, Alisson, Luis Malaqon, Andre Onana və Metyu Rayandır.

    Qeyd edək ki, mükafatın sahibi IFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

  • Livan İsrail ərazisinə 15 raket atıb

    İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə tutulub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raketin atıldığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib.

    “Mərmilərin bir hissəsi zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

  • İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıblar

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb.

    Həmin şəxslərdən iki ov tüfəngi, həmin silaha aid patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qarabağ” UEFA reytinqində geriləyib

    Klubların UEFA reytinqi açıqlanıb.

    Median.Az İdman.biz-ə istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında III, Konfrans Liqasında II turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

    Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə “Ayaks”a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası “Ferentsvaroş”la birlikdə Avropanın 58-ci adına şərikdir.

    Hər iki komandanın hesabında 32,000 xal var. “Qarabağ” bir pillə geriləyib.

    Təmsilçimizi “Bodo Qlimt” keçib. Avropa Liqasının növbəti turunda “Qarabağ”ı qəbul edəcək Norveç klubu 33,000 xala malikdir.

    Qeyd edək ki, “Qarabağ” “Top-100″də yeganə Azərbaycan klubudur.

  • Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar

    Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən “Shacman” markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədilə qaçırdıqlarını bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • MSK-nın nümayəndə heyəti bu seçkiləri müşahidə edəcək

    Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.
     
    Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
     
    Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Respublikasının Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.
     
    Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.
     
    Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.
     
    Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

  • Rusiyanın energetika nazirinin müavinin cinayət əməllərində ermənilər də iştirak ediblər

    Moskvanın Nikulin rayon məhkəməsi Rusiyanın energetika nazirinin müavini Sergey Moçalnikova qarşı cinayət işində daha iki nəfəri həbs edib.

    Bu barədə TASS məlumat yayıb.

    Qeyd olunur ki, Mədənlərin Yenidən Təşkili və Ləğvi müəssisəsinin iki rəsmisi iki ay müddətinə həbs olunub.

    Bu cinayət işi üzrə energetika nazirinin müavini Sergey Moçalnikov, sabiq müavini Anatoli Yanovski, Robert Şaqinyan, Federal Dövlət Büdcə Təşkilatının rəsmisi Andrey Moiseyenkov, Sergey İqnatov, “Şaxtastroy” şirkətinin sahibi Oleq Fokin, “Yevrostroy” şirkətinin direktoru və təsisçisi Civan Barbaryan da var.

    İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər perspektivsiz kömür mədənlərinin fəaliyyətinin dayandırılması üçün ayrılmış büdcə vəsaitlərini sistematik şəkildə mənimsəyiblər. İlkin hesablamalara görə, onlar 76,6 milyon rublu (təxminən 1,35 milyon manat) ələ keçiriblər.

  • Назван простой способ восполнить нехватку витаминов осенью

    С наступлением холодов организму требуется больше витаминов и полезных веществ для поддержания иммунитета.

    Российский врач-диетолог, кандидат медицинских наук Елена Соломатина в беседе с “Радио 1” рассказала, как восполнить их недостаток с помощью натуральных продуктов.

    Одним из таких суперфудов является квашеная капуста. Этот традиционный для русской кухни продукт богат витамином С, пищевыми волокнами и полезными веществами, образующимися в процессе брожения. “Давайте своему организму все, он выберет то, что нужно, сам. Не надо его долбать”, – советует Елена Соломатина.

    Диетолог подчеркивает, что самостоятельно назначать себе витаминные добавки не рекомендуется. Избыток некоторых веществ, например, витамина С, может привести к образованию камней в почках. Поэтому лучше отдавать предпочтение натуральным продуктам, разнообразя свой рацион.

  • Payızda orqanizmi vitaminlə təmin edən və xəstəlikdən qoruyan qida – Kələm turşusu

    Payız mövsümündə orqanizmimizdə çatışmayan vitaminləri bərpa etmək və xəstəliklərdən qorunmaq üçün qidalanma rasionumuzu zənginləşdirməliyik. Bu məqsədlə kələm turşusu ən yaxşı seçimdir.

    Median.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-dietoloq, tibb elmləri namizədi Yelena Solomatina bildirib.

    Onun sözlərinə görə, kələm turşusunda çoxlu faydalı maddələr və qida lifləri var.

    “Orqanizminizə lazım olan hər şeyi verin, o özü nəyə ehtiyac olduğunu seçəcək. Orqanizmi məcbur etməyə ehtiyac yoxdur. Məsələn, payızda turşuya qoyulmuş kələm yemək məsləhətdir. Kələm turşusunda “C” vitamini, faydalı maddələr və zəruri qida lifləri boldur”, – deyə həkim izah edib.

    Dietoloq qeyd edib ki, özbaşına vitaminlər təyin etmək məsləhət deyil, çünki əlavələr artıq ola bilər.

    “Məsələn, askorbin turşusu ilə (“C” vitamini) ifrata varmaq böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Bunun əvəzinə təbii məhsullar qəbul edin”, – deyə o sözlərini yekunlaşdırıb.
    //oxu.az