Month: October 2024

  • Лейла Алиева приняла участие в акции по посадке деревьев в Лерике – ФОТО

    В Лерикском районе с участием вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой состоялась акция по посадке деревьев.

    Как сообщает АЗЕРТАДЖ, в ходе акции с участием волонтеров Общественного объединения “Региональное развитие” было высажено более 500 платанов.

    Акция по посадке деревьев в селе Монидигях стала еще одним вкладом в увеличение площади зеленых насаждений и охрану окружающей среды в нашей стране в рамках Года солидарности во имя зеленого мира.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib – FOTO

    Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

    AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.

    Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.

    Qeyd edək ki, Leyla Əliyeva aksiya ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

  • Coca-Cola отзовет десятки миллионов бутылок из-за опасных частиц

    Coca-Cola отзовет из продажи в Австрии 28 млн пластиковых бутылок объемом 0.5 л.

    Как сообщает Median.Az со ссылкой на агентство Austria Presse Agentur, причиной стали риски попадания внутрь опасных частиц.

    “Есть вероятность, что в небольшое количество бутылок могли попасть фрагменты металла”, – приводит издание комментарий компании.

    Такие риски возникли из-за сбоя на производстве: судя по всему, в процессе розлива лимонада сломалось сито.

    Употребление такой продукции может нанести вред здоровью, поэтому компания решила изъять всю партию. Под отзыв попали напитки Coke, Fanta, Sprite и MezzoMix со сроком годности от 4 февраля по 12 апреля 2025 года. Это первый настолько масштабный отзыв продукции в Австрии. На данный момент пострадавших вследствие употребления напитка нет.

  • “Coca-Cola” onmilyonlarla şüşəni geri çağırır – Tərkibində təhlükəli hissəciklər var

    “Coca-Cola” Avstriyada satışdan çıxarılan 28 milyon 0.5 litrlik plastik şüşəni geri çağıracaq.

    Median.Az “Austria Press Agentur”a istinadən xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin şüşələrin içinə daxil olması riskidir.

    Qeyd olunur ki, az sayda şüşəyə metal fraqmentlərinin daxil olma ehtimalı var. Bu risklər istehsal zamanı xətanın baş verməsi səbəbindən yaranıb.

    Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri çağırmaq qərarına gəlib. Bu partiyaya yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan “Coca-Cola”, “Fanta”, “Sprite” və “MezzoMix” içkiləri daxildir. Avstriyada belə böyük miqyasda məhsulun geri çağırılması ilk dəfə baş verir. Hazırda həmin içkilərə görə zərər çəkən qeydə alınmayıb.

  • Росатом построит вторую АЭС в Турции

    Государственная корпорация по атомной энергии “Росатом” получила от президента Турции Реджепа Тайипа Эрдогана предложение построить вторую АЭС в Турции, на площадке “Синоп”.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил глава госкорпорации Алексей Лихачев.

    “Сейчас ведем на правительственном уровне консультации о возможном расширении нашего присутствия в Турции на площадке “Синоп”, которая находится на Черном море”, – добавил он.

    Он также подчеркнул, что Эрдоган обсуждал данный вопрос с президентом России Владимиром Путиным.

  • Rusiya Türkiyədə ikinci AES-i tikəcək

    Rusiyanın “Rosatom” dövlət korporasiyası Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək təklifi alıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.

    “Hazırda Qara dənizdə yerləşən “Sinop” meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, – o qeyd edib.

    A.Lixaçov R.T.Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də vurğulayıb.

    Qeyd edək ki, Rusiyanın Türkiyədə tikintisini həyat keçirdiyi birinci AES olan “Akkuyu”nun 2025-ci ilin ortalarında işə salınması nəzərdə tutulur.

  • В Баку няня избила ребенка прямо на улице: шокирующие кадры распространились в соцсетях

    В социальных сетях распространилось видео, на котором запечатлено, как няня жестоко избивает ребенка, предположительно 3-4 лет. Согласно информации, инцидент произошел в Баку.

    На кадрах отчетливо видно, что няня не только наносит удары ребенку, но и всячески истязает его, проявляя жестокость.

    Данное видео вызвало волну возмущения среди пользователей соцсетей. Они потребовали принять самые жесткие меры в отношении няни.

    Как заявил Oxu.Az сотрудник пресс-службы Министерства внутренних дел, старший лейтенант полиции Ибрагим Амирасланлы, в настоящее время по данному факту территориальным органом полиции проводится расследование.

    Общественности будет предоставлена дополнительная информация.

  • Bakıda dayənin körpəyə qarşı işgəncə görüntüləri yayıldı – VİDEO (Yenilənib)

    Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq göstərməsi ilə bağlı araşdırma aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib.

    O qeyd edib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

    * * * * *

    Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq tətbiq etdiyi anların videosu yayılıb.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə dayənin uşağı döydüyü və ona fiziki işgəncə verdiyi açıq-aşkar görünür.

    Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və sosial media istifadəçiləri dayəyə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.

    Təqsirkarın kimliyi və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

  • В Огузе автомобиль сбил трехлетнего ребенка и его дедушку

    В Огузе автомобиль сбил дедушку и его трехлетнего внука.

    Как сообщает АПА, житель села Джалут Исраил Халафзаде, управлявший автомобилем ВАЗ-21015, наехал на уроженца села Мухас Этибара Фархадова (1959 г.р.) и его трехлетнего внука Гасана Фархадова (2021 г.р.).

    Получившие травмы различной степени тяжести пожилой мужчина и ребенок были доставлены в Огузскую центральную районную больницу (ЦРБ).

    После оказания первой помощи Э.Фархадов был направлен в Габалинскую ЦРБ для дальнейшего обследования и лечения.

    Г.Фархадова выписали домой после оказания первой помощи.

    По данному факту проводится расследование.

  • Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurub

    Oğuzda avtomobil baba və azyaşlı nəvəsini vurub.

    APA-nın məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhəri, H. Əliyev prospektində baş verib.

    Rayonun Calut kənd sakini İsrail Xələfzadə idarə etdiyi VAZ-21015 markalı avtomobillə rayonun Muxas kənd sakini, 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəsi, 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu vurub.

    Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan baba və nəvə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

    Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

    Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.