Month: October 2024

  • Lionel Messi həmkarlarını növbəti dəfə məyus etdi

    Lionel Messi IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən 2024-cü ildə “Dünyanın ən yaxşı oyun qurucusu” mükafatını alıb.

    15 nəfərdən ibarət futbolçunun adı olan siyahıda “Dünyanın ən yaxşı oyun qurucusu” mükafatı Lionel Messiyə verilib.

    Qeyd edək ki, argentinalı ulduz bu mükafatı artıq beşinci dəfədir qazanır.

  • “Azərişıq” ASC-nin əməkdaşı faciəli şəkildə ÖLDÜ

    Bakıda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

    Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

    Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub.

    Hadisə nəticəsində o, yerindəcə keçinib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Xəzər Lənkəran”ın keçmiş məşqçisi ÖLDÜ

    “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

    Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.

    Mütəxəssis 52 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, E.Məmmədov müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, Sumqayıt”ın əvəzedici komandası və “İrəvan” klublarında baş məşqçi vəzifələrində çalışıb.

  • Polis Bakının bu rayonlarında ƏMƏLİYYAT KEÇİRDİ – Saxlanılanlar var

    Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
     
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 min manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 min manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.
     
    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Bəzi valideynlər uşaqlarına qəribə adlar qoymaq istəyiblər – VİDEO

    Bu il ölkəmizdə 3 nəfər övladına “X”, 1 nəfər isə “D” adı qoymaq üçün müraciət edib.

    Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, övladına “X” və “D” adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.

    Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.

    Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

    Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının “Nindza” ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israr edərək məhkəməyə müraciət edib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat etdi

    Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.

    Bu barədə “Report”a onun yaxınları məlumat verib.

    O, unun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

    O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.

  • Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 1,74 % artaraq 76,63 ABŞ dolları təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbə məlumat verib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 76,05 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

  • 42 yaşlı qadın toyda öldü

    Şəkidə toyda ölüm hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu 1982-ci il təvəllüdlü L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın oradaca vəfat edib.

    Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.

    Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.

  • Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanıldı

    Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 min manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 min manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Bakıda bu MTK yaşıllıqları məhv etdi, cərimələndi

    “Hüseynoglu Residence” MTK yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozduğu üçün cərimələnib.
     
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4 (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
     
    Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.
     
    Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin məbləği açıqlanmayıb.
     
    Qeyd edək ki, “Hüseynoglu Residence” MTK 2019-cu ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Fuad Bağış oğlu Məmmədovdur. MTK-nın paytaxtın Binəqədi rayonunda çoxmənzilli yaşayış kompleksi mövcuddur. (İqtisadiyyat.az)