Month: November 2024

  • Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib

    Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi formalaşıb.

    “Report”un məlumatına görə, Naxçıvan MR Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında muxtar respublika MSK üzvlüyünə Orxan Rza oğlu Bağırov, Asim Yediyar oğlu Əliyev, Elşən Sadıq oğlu Heydərli, Çingiz Namizəd oğlu Həsənli, Ramil Əli oğlu Orucəliyev, Məlahət Oruc qızı Rüstəmova və Nicat Əsgər oğlu Yaqubovun namizədliyi irəli sürülüb.

    Aparılan müzakirələrdən sonra irəli sürülən şəxslərin namizədliyi səsə qoyularaq təsdiq edilib.

  • Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək

    Yeni salınacaq intensiv armud bağlarına görə fermerlərə hər hektara 8000 manat dövlət dəstəyi veriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.

    Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə, fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.

    Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur.

    Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir.

    Qeyd olunan tarixlərdə salınan, lakin qeyd olunan tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.

    2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.

    Qeyd edək ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyvə ixracında da artım qeydə alınır.

    Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.

  • Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi

    Gürcüstanın hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası parlament seçkisində 53.93 faiz səslə qalib gəlib və bununla da qanunverici orqanda 150 mandatdan 89-nu qazanıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, yekun nəticələr komissiyanın katibi Georgi Cavaxişvili tərəfindən iclasda səsləndirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatları hakim partiyanın qələbəsini təsdiqləyib.

    Yekun iclasda Cavaxişvili bütün partiyaların aldığı səslərin faizini açıqlayıb.

    Gürcü Arzusu ilə yanaşı, dörd müxalifət partiyası 5%-lik baryeri keçib. Dəyişiklik Koalisiyası 11.03% səs toplayaraq parlamentdə 19 mandat, Birlik Milli Hərəkat Partiyası 10.17% səs toplayaraq 16 parlamentdə mandat, Güclü Gürcüstan Partiyası 8.81% səslə parlamentdə 14 mandat, Gürcüstan üçün Qaxariya Partiyası isə 7.78% səslə 12 mandat əldə edib.

  • В Азербайджане полицейский погиб по неосторожности

    В Тертерском районе полицейский получил ранение в результате неосторожного обращения с табельным оружием.

    Как сообщили в региональной группе пресс-службы МВД, несмотря на усилия врачей, спасти жизнь сержанту полиции Вюсалу Мамедову не удалось.

    По данному факту ведется расследование.

  • Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi

    Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • В колледжах Азербайджана произведены новые назначения

    Согласно соответствующим приказам председателя Государственного агентства по науке и высшему образованию, Мирвари Агаева назначена директором Агдашского государственного гуманитарного колледжа, а Ульвия Назарова – заместителем директора по учебно-воспитательной работе Исмайыллинского государственного колледжа управления и технологий.

    Как передает Median.Аz, об этом сообщили в госагентстве.

    Мирвари Агаева получила высшее образование по специальности “учитель биологии” в Азербайджанском государственном педагогическом университете в 1995-1999 годах. Она работала преподавателем в Агдашском государственном гуманитарном колледже в 2015-2021 годах, с 2021 года занимала должность практического руководителя, а с июля 2024 года временно исполняла обязанности директора указанного учебного заведения. За эффективную деятельность в период работы М.Агаева была награждена почетной грамотой Исполнительной власти Агдашского района и районной организации партии “Ени Азербайджан”.

    Ульвия Назарова получила высшее образование по специальности “учитель истории” в Азербайджанском институте учителей в 2002-2006 годах. Она работала преподавателем в средней школе села Баш Дашагыл Огузского района в 2006-2023 годах, а с 2023-го занимала должность директора указанного учебного заведения. У.Назарова в 2023 году была участницей программы повышения квалификации “Манифест одного учителя”, организованной Университетом АДА, и прошла стажировку в Соединенных Штатах Америки в рамках программы.

  • Kolleclərə yeni təyinatlar olub

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

    Median.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Mirvari Ağayeva 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb. O, 2015-2021-ci illərdə Ağdaş Dövlət Humanitar Kollecində müəllim, 2021-ci ildən təcrübə rəhbəri vəzifəsində çalışıb, 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. M.Ağayeva çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.

    Ülviyyə Nəzərova 2002-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda Tarix müəllimi ixtisası üzrə ali təhsil alıb. O, 2006-2023-cü illərdə Oğuz rayonunun Baş Daşağıl kənd tam orta məktəbində müəllim, 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. Ü.Nəzərova 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan “Bir müəllimin manifesti” ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.

  • Майк Тайсон отказался уходить из бокса после поражения от Джейка Пола

    Боксер Майк Тайсон не собирается уходить из бокса.

    Как передает Median.Az со ссылкой на РБК, об этом он заявил в эфире Netflix после поражения от блогера Джейка Пола.

    “Я так не думаю”, – сказал Тайсон, отвечая на вопрос о том, является ли его бой против Пола последним.

    “Все будет зависеть от ситуации. Возможно, [вызову на бой] его брата”, – сказал Тайсон и посмотрел на Логана Пола, брата Джейка. Тот сразу ответил Тайсону: “Черт, я убью тебя Майк”.

    Также Тайсон добавил, что счастлив от того, как выступил. “Трудный бой, он хороший боец, абсолютно заслуживает уважения от публики”, – добавил он.

    В субботу бывший абсолютный чемпион мира в супертяжелом весе 58-летний Тайсон проиграл боксерский бой 27-летнему американскому блогеру Полу. Поединок проходил на арене “Эй-ти-энд-ти Стэдиум” в Арлингтоне (штат Техас) и продлился восемь раундов, Пол победил единогласным решением судей.

  • Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi

    Əfsanəvi boksçu Mayk Tayson boksdan getmək niyyətində deyil.

    Median.Az-ın verdiyi məlumata görə, o, bloqer Ceyk Pola məğlub olduqdan sonra “Netflix” efirində bunu bəyan edib.

    Jurnalist ondan Pola qarşı döyüşünün sonuncu olub-olmadığını soruşub.

    “Mən belə düşünmürəm. Hər şey vəziyyətdən asılı olacaq. Bəlkə də onun qardaşını döyüşə çağıracağam”, – deyə Tayson Ceyk Polun qardaşı Loqan Pola baxaraq deyib.

    Loqan Pol isə dərhal Taysona cavab verib:

    “Lənət olsun, mən səni öldürəcəyəm, Mayk”.

    Tayson həmçinin döyüşdən məmnun olduğunu əlavə edib.

    “Çətin döyüş idi, Ceyk yaxşı döyüşçüdür, tamaşaçıların hörmətinə tamamilə layiqdir”, – deyə o əlavə edib.

    Xatırladaq ki, bu gün super ağır çəki kateqoriyasında keçmiş mütləq dünya çempionu 58 yaşlı Tayson 27 yaşlı amerikalı bloqer Ceyk Pola qarşı boks döyüşündə məğlub olub. “AT&T Stadium”da (ABŞ, Texas ştatı, Arlinqton) keçirilən döyüş səkkiz raund davam edib və Pol hakimlərin yekdil qərarı ilə qalib elan olunub.

    Bu görüş dünyanın ən bahalı döyüşü olaraq tarixə düşüb. Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.

  • Центральный банк оштрафовал трех должностных лиц

    Центральный банк Азербайджана (ЦБА) оштрафовал должностных лиц организаций BOKT AZPUL, PARA BOKT и MJ Financial Services BOKT.

    Об этом Median.Аz сообщает со ссылкой на ЦБА.

    В рамках текущих процессов контроля, проводимых Центробанком, за нарушение требований статьи 22.1 закона Азербайджанской Республики “О небанковских кредитных организациях” и пункта 3.3 “Правил предоставления информации о заемщиках кредитных организаций в Централизованный кредитный реестр”, в соответствии со статьей 440.1 Кодекса об административных проступках, должностное лицо PARA BOKT было оштрафовано на 2 000, MJ Financial Services BOKT – на 1 500 манатов, а BOKT AZPUL – на 6 000 манатов.