Month: November 2024

  • Фатих Терим прибыл в Азербайджан

    Известный турецкий футбольный тренер Фатих Терим прибыл в Азербайджан.

    Почетный гость примет участие в мероприятии по созданию альянса футбольных клубов по борьбе с изменением климата в рамках 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) в Баку.

    Отметим, Ф.Терим достиг значительных успехов в тренерской карьере, в частности, во время работы с клубом “Галатасарай” и сборной Турции.

  • Fatih Terim Azərbaycana gəldi

    Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim Azərbaycana gəlib.

    O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

    Qeyd edək ki, Fatih Terim məşqçi kimi Türkiyə millisində və “Qalatasaray” klubunda böyük uğurlar qazanıb.

  • Bakıda polis faciəli şəkildə öldü

    Noyabrın 15-də Səbail rayonunun Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı

    Azərbaycan təmsilçisi Hüseyn Allahyarov Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

    73 kq çəki dərəcəsində mübarizə aparan tatamı ustası finalda polşalı Yakub Krovskidən güclü olub.

    Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (63 kq) də finala vəsiqə qazanıblar.

  • Ermənistan “TIR”ları Rusiyaya buraxılmadı

    Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyən avtomobillərin üçdə biri Ermənistandandır.

    Bu barədə Şimali Osetiya Trafik Təşkilat Mərkəzinin məlumatlarında qeyd olunub

    Ümumilikdə, növbədə 1832 yük maşını qeydiyyatdadır, onlardan 580-i Ermənistana aiddir.

    Elektron məlumatlara görə, “yaşıl zona”dan (sərhədin özü) gediş-gəliş bağlıdır, lakin bu barədə nə Gürcüstan, nə də Rusiya tərəfdən rəsmi məlumat yoxdur.

    Statistikaya görə, hər gün Yuxarı Larsdan təxminən 150 Ermənistan yük maşını keçir.

    Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.

    ///Milli.Az

  • COP29 çərçivəsində IDEA və “Clean Air Fund” tərəfindən panel müzakirələri təşkil olunub

    IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan pavilyonunda “Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti” mövzusunda panel müzakirəsi təşkil edilib.

    Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verə biləcəyi töhfəni qeyd edib.

    Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki, adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.

    Sonra Leyla Əliyeva Azərbaycan Respublikası tərəfindən görülən tədbirlər, o cümlədən dayanıqlı ictimai nəqliyyat vasitələri, hibrid və elektroavtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

    IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla bərabər, “Məktəb bağları” layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb.

    Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın səhiyyə naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, “Partnership for Maternal, Newborn & Child Health” təşkilatının İdarə heyətinin üzvü Flavia Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.

  • Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Leyla Əliyeva eyni zamanda, vurğulayıb ki, Azərbaycan Respublikası bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

    Sonra Leyla Əliyeva tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.

    Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

    Qeyd edək ki, tədbir çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-nin həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak ediblər.

  • Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb

    Gürcüstan Daxili İşlər Nazirliyinin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəis müavini Levan Sulaşvilinin Tbilisidə meyiti tapılıb.

    Məlumatı Mtavari Arxi telekanalı yayıb. Bildirilib ki, Levan Sulaşvilinin meyiti Tbilisi su anbarında aşkarlanıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.

    Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin intihar maddəsi ilə cinayət işi açılıb. Lakin mərhumun valideynləri versiyaya inanmadıqlarını, Levan Sulaşvilinin qətlə yetirildiyini bildiriblər.
     
    ///Apa

  • Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü

    İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.
     
    Bu barədə nazir özünün “X” hesabında bildirib:
     
    “Ölkələrimizin iqtisadi tərəfdaşlığının prioritet istiqamətləri, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə etdik.
     
    Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikirlərimizi bölüşdük”.

  • Messi hakimi təhqir edib

    ABŞ-nin “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində qarşılaşdıqları Paraqvay ilə matçın baş hakimini təhqir edib.

    37 yaşlı hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.

    Buna qəzəblənən Messi hakimə özünü biabır etdiyini və ondan xoşu gəlmədiyini deyib.

    Qeyd edək ki, görüş Paraqvay yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 11 turdan sonra Argentina 22 xalla turnir cədvəlində ilk pillədədir. Paraqvay yığması isə 16 xalla altıncıdır.

    ///report