Month: December 2024

  • Aİ Suriyaya humanitar yardımı artırmağa hazırdır

    Avropa İttifaqı (Aİ) Suriyaya humanitar yardımı artırmağa hazırdır.

    Median.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Eva Xrnçirova məlumat verib.

    “Suriyadakı humanitar vəziyyətlə bağlı demək istəyirəm ki, biz yardımımızı artırmağa hazırıq. Keçid məntəqələrinə gəlincə, onların bəziləri açıqdır və humanitar yardım daxil ola bilər. Vəziyyət çox qeyri-sabitdir, biz məlumat almağa və bütün mümkün variantları öyrənməyə çalışırıq”, – o bildirib.

  • Завтра в село Баллыджа Ходжалинского района поедет первая группа возвращенцев

    Первая группа бывших вынужденных переселенцев отправится 13 декабря в родное село Баллыджа Ходжалинского района, покинутое более 30 лет назад.

    На первом этапе в село будут переселены временно проживающие в общежитиях, санаториях, бывших пионерских лагерях, недостроенных зданиях и административных зданиях в различных районах республики.

    Отметим, что село Баллыджа находилось под оккупацией Армении с 1992 года. Оно было освобождено в ходе локальной 23-часовой антитеррористической операции, проведенной 19-20 сентября 2023 года.

  • Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

    Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.

    İlk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.

    Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

  • Rusiyanın iki güləşçisi antidopinq qaydalarını pozduqlarına görə cəzalandırılıblar

    Rusiyanın iki güləşçisi – Xizar Durqayev və Kamal Məlikov antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya ediliblər.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi qərar çıxarıb.

    Hər iki idmançının cəzasının müddəti 4 ildir və 2024-cü il iyulun 18-dən hesablanıb.

    Onlar qadağan olunmuş preparatlardan istifadə etdikləri üçün cəzalanıblar. Güləşçilər artıq karyeralarını başa vurublar.

    Qeyd edək ki, 41 yaşlı Xizar Durqayev 2009-cu ildə Rusiya çempionu olub. 37 yaşlı Məlikov isə 2010-cu ildə komandalararası Dünya Kubokunda qızıl medala sahib çıxıb.

  • İranda qadın müğənni hicab taxmadan səhnəyə çıxıb

    İranda karvansaraylardan birində Pərəstu Əhmədi adlı müğənni hicab məcburiyyətini pozaraq konsert proqramı ilə çıxış edib.

    Bu barədə məlumatı “ir.voanews.com” yayıb.

    Bildirilib ki, onun çıxışı yutub kanalı ilə birbaşa yayımlanıb.

    O, konsertlə bağlı belə açıqlama verib: “Mən, Pərəstu, sizi sevən qızlar üçün oxumaq istəyirəm. Mən çox sevdiyim ölkəm üçün oxuyuram. Bu hüquqa heç kim laqeyd qala bilməz”.

    Məlumata görə, Pərəstu Əhmədi 2022-ci ildə İranda baş verən ümumi etiraz aksiyalarında “Gənclərin qanından qurulan ölkə” kompozisiyasını da ifa edib.

    Xatırladaq ki, bu ilin yayında Azərbaycan Respublikasında tanınan müğənni Damla (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində İran hakimiyyətinin tətbiq etdiyi hicab məcburiyyətinə əməl etmədən konsert verib.

    Qeyd edək ki, İranda qadınlar bu həftə qüvvəyə minəcək yeni məcburi əxlaq qanunlarını pozduqları halda ölüm cəzası və ya 15 ilədək həbslə cəzalandırıla bilərlər. “Mədəni iffət və hicab” haqqında yeni qaydalar İran hakimiyyəti tərəfindən dekabrın əvvəlində qəbul edilib. Sənəddə “çılpaqlığı, əxlaqsızlığı, açıqlığı və ya qeyri-münasib geyimi təbliğ edənlər” üçün sərt cəzalar nəzərdə tutulur. Bu qanunun pozulması 15 min 900 dollara qədər cərimə, qamçılama və 5 ildən 15 ilədək həbslə cəzalandırılır.

    Bildirilib ki, hətta bu cür davranışa görə qadınlar İran Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən, ölüm cəzasına da məhkum edilə bilər.
    //report

  • Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək

    Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək.

    Yarış dekabrın 22-də Azərbaycan Voleybol Federasiyasının idman zalında qarışıq cütlər arasında təşkil olunacaq.

    Reqlamentə əsasən, komandalar bir qadın və bir kişi voleybolçudan ibarət olmalıdır.

    Qeyd edək ki, çimərlik voleybolu qaydaları üzrə keçiriləcək yarışda iştirak üçün 16 yaşdan yuxarı qız və oğlanlar müraciət ünvanlaya bilərlər.

  • ПО “Телерадио” вышло в прибыль по итогам 2023 года

    Производственное объединение (ПО) “Радиотелевизионное вещание и спутниковая связь” (“Телерадио”) при Министерстве цифрового развития и транспорта Азербайджана завершило 2023 год с чистой прибылью в 163 тыс. манатов против убытка в размере 959 тыс. манатов по итогам 2022 года.

    Как сообщает Report, в 2023 году доходы объединения составили 11,188 млн манатов (на 3,95% больше, чем в 2022 году), общие и административные расходы – 3,834 млн манатов (-24,2%), операционные расходы – 5,956 млн манатов (+13,7% ), расходы на амортизацию – 1,655 млн манатов (-8,2%).

    По состоянию на 1 января 2024 года активы ПО равны 36,606 млн манатов (+85,2%), обязательства – 17,171 млн манатов (+34,4 раза), капитал – 19,435 млн манатов (+0,85%).

    ПО “Телерадио” создано в 2004 году. Его уставный капитал составляет 8,359 млн манатов.

  • “Teleradio” İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi 2023-cü ili 163 min manat xalis mənfəət başa vurub. Halbuki, qurum 2022-ci ildən 959 min manat xalis zərərlə çıxmışdı.

    Ötən il “Teleradio” İstehsalat Birliyinin gəlirləri 11,188 milyon manat (əvvəlki ilə nisbətən 3,95 % çox), ümumi və inzibati xərcləri 3,834 milyon manat (24,2 % az), əməliyyat xərcləri 5,956 milyon manat (13,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 1,655 milyon manat (8,2 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərinin qaytarılmasından gəlirləri 773 min manat (3,7 dəfə çox), köhnəlmiş və istifadəsi az olan mal-materiallar üzrə ehtiyatlara ayırmaları 231 min manat (12,2 dəfə çox), bina və avadanlıqların silinməsi üzrə zərəri 22 min manat (70 % az), xarici valyuta gəlirləri 5 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 106 min manat (əvvəlki ilə qənaət edib) təşkil edib.

    Bu il yanvarın 1-nə “Teleradio” İstehsalat Birliyinin aktivləri 36,606 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 85,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 34,4 dəfə artaraq 17,171 milyon manata, balans kapitalı isə 0,85 % artaraq 19,435 milyon manata çatıb.

    Xatırladaq ki, “Teleradio” İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
    //report

  • Salyanda 6,5 min hektardan çox payızlıq bitkilər əkilib

    Salyan rayonunda bu ilin payızında gələn ilin məhsulu üçün 6,5 min hektardan çox payızlıq bitkilər əkilib.

    Bu barədə Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu ilin dekabrın 1-nə kimi rayonda 15 min 904 hektar sahədə şum aparılıb, 6 min 576,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

    Payızlıq səpinlərin 75 hektarını xəsil, 2 min 446,7 hektarını dən üçün buğda, 4 min 055 hektarını dən üçün arpa təşkil edir.

    Hazırda gələn ilin məhsulu üçün payızlıq bitkilərin səpini davam edir.

  • Qubada yol qəzası olub, xəsarət alan var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonunun Digah kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.