Month: December 2024

  • Bakıda iri ticarət mərkəzi CƏRİMƏLƏNDİ

    “Moskva Ticarət Mərkəzi” QSC (“Moskva” univermağı) əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

    Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş QSC ilə bağlı müraciətə baxılıb.

    Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

    Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilirlər.

    Qeyd edək ki, “Moskva” univermağı 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 283 758 manat, qanuni təmsilçisi isə Anar Sabir oğlu Babayevdir.

  • Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq

    Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədar açılacaq.

    Bu səbəbdən, dekabrın 11-də saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

  • В Сирии на городской площади повесили двоюродного брата Башара Асада

    В сирийском городе Латакия повешен Сулейман Хилал Асад – двоюродный брат бежавшего президента Сирии Башара Асада.

    В социальных сетях распространяются шокирующие кадры, на которых видно, как разъяренная толпа хватает родственника экс-президента и вешает его на городской площади.

    Напомним, что 27 ноября Вооруженные силы сирийской оппозиции начали масштабное наступление на правительственные войска в провинциях Алеппо и Идлиб. К 7 декабря повстанцы взяли под контроль несколько крупных городов, включая Алеппо, Дейр-эз-Зор, Дараа, Хаму и Хомс. 8 декабря, после вступления оппозиционных сил в столицу, подразделения сирийской армии покинули Дамаск. Президент Башар Асад бежал из страны, Россия предоставила ему убежище.

    Оставшийся в Сирии премьер-министр Мухаммед Гази аль-Джаляли заявил о намерении вести переговоры с оппозицией и мирно передать власть.

  • Suriyada sakinlər Bəşər Əsədin əmisi oğlunu küçənin ortasında asdılar

    Suriyanın Lazqiyyə şəhərində Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd asılıb.

    Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

    Kadrlarda Əsədin əmisi oğlunun insanlar tərəfindən tutulduğu və şəhər meydanında asıldığı görünür.

    Xatırladaq ki, noyabrın 27-də Suriyanın silahlı müxalifət qüvvələri Hələb və İdlib vilayətlərində hökumət qüvvələrinə qarşı hücuma keçiblər. Dekabrın 7-nə qədər onlar Hələb, Deyr əz-Zor, Dəraa, Həma və Homs daxil olmaqla bir neçə böyük şəhəri ələ keçiriblər. Dekabrın 8-də müxalifət qüvvələrinin şəhərə daxil olmasından sonra Suriya ordusunun bölmələri Dəməşqi tərk ediblər. Bəşər Əsəd prezident postunu və ölkəni tərk edib. Ona Rusiya sığınacaq verib. Suriyada qalan Baş nazir Məhəmməd Qazi əl-Cəlali müxalifətlə danışıqlar və hakimiyyətin dinc yolla təhvil verilməsi niyyəti barədə məlumat verib.

  • В Гедабейском районе 18-летняя девушка потеряла ребенка во время родов

    В Гедабейском районе скончался новорожденный.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, инцидент произошел минувшим днем около 06:00.

    В Центральную районную больницу по поводу 24-недельной беременности обратилась жительница села Зехметкенд Нурана Нагиева (2006 г.р.). Малыш умер во время родов.

    По данному факту ведется расследование.

  • 18 yaşlı ana doğuş zamanı körpəsini itirdi

    Gədəbəydə doğuş zamanı körpə ölümü qeydə alınıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 6 radələrində baş verib.

    Belə ki, Zəhmətkənd kənd sakini, 2006-cı il təvəllüdlü Nuranə Hafiz qızı Nağıyeva 24 həftəlik hamiləliklə bağlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

    Doğuş zamanı körpə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Скандал в гянджинской школе №1: что известно о получившей строгий выговор директоре школы? – Видео (Обновлено)

    Как сообщалось ранее, распространились утверждения о многочисленных нарушениях и денежных поборах с учащихся под разными предлогами в средней школе №1 имени Исмета Гаибова в городе Гянджа. В ходе проведенного в связи с этим расследования Гянджа-Дашкесанское региональное управление образования выявило ряд недостатков в учебном заведении, соответствующим приказом директору указанного образовательного учреждения был объявлен строгий выговор с последним предупреждением.

    Как выяснил modern.az, директором упомянутой школы является Гюльбениз Байрамова.

    На эту должность она была назначена в марте текущего года. Г.Байрамова окончила Гянджинский государственный университет по специальности “Азербайджанский язык и литература”, с 2004 года преподавала этот предмет в средней школе №4 имени Мехди Мехдизаде с углубленным изучением иностранных языков.

    Отметим, что упомянутая школа является одним из самых скандальных учебных заведений Гянджи. Предыдущий директор школы Метанет Гараева оказалась в центре скандала, разразившегося в 2022 году. По информации, опубликованной в СМИ, она пыталась покончить с собой, приняв 14 таблеток. Однако официальные структуры заявили, что это утверждение не соответствует действительности. Позднее она была уволена с должности.

    * * * * *

    В азербайджанском сегменте Сети распространились обвинения в многочисленных нарушениях в отношении средней школы №1 имени Исмет Гаибова в городе Гянджа.

    Об этом говорится в аудиозаписи одного из родителей учеников.

    По словам родительницы пятиклассника, в общеобразовательном учреждении процветает коррупция:

    “Школу №1 имени Исмета Гаибова превратили в “базар”. Собирают деньги в фонд школы, на уборку, за суммативные оценивания и прочее. От имени управления образования в портфель моего ребенка насильно положили билет испытательного экзамена за 7 манатов”.

    Она также рассказала, что обращалась с жалобой к начальнику Гянджа-Дашкесанского регионального управления образования Эльчину Керимову, но тот заявил, что не знает о таких билетах.

    “В этой школе пропагандируют не образование, а коррупцию. Почему мой ребенок в этом возрасте должен знать, что такое взятка?” – возмущается родительница.

    В ответ на запрос редакции сайта в Гянджа-Дашкесанском региональном управлении образования ответили следующее:

    “На обращения родителей и граждан, поступающие в управление, оперативно регистрируют, и на их основании проводятся соответствующие проверочно-контрольные мероприятия.

    Недопустимо побуждение родителей приобретать дополнительные учебные средства, а также принудительный сбор денег на различные испытательные экзамены в образовательных учреждениях.

    Сообщаем, что Гянджа-Дашкесанским региональным управлением образования проведено расследование в связи с распространенной аудиозаписью о деятельности средней школы №1 имени Исмет Гаибова в Гяндже. В результате проверки выявлен ряд недостатков. Согласно соответствующему приказу управления образования, директору школы вынесен строгий выговор с последним предупреждением.

    Отмечаем, что в целях повышения качества учебного процесса и обеспечения прозрачности в деятельности учреждений в образовательных учреждениях систематически и последовательно проводятся проверочно-контрольные мероприятия”.
    //oxu.az

  • Gəncədə 1 nömrəli məktəbdə biabırçı QALMAQAL: Şiddətli töhmət alan məktəb direktoru kimdir? – Video (Yenilənib)

    Xəbər verdiyimiz kimi, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi, müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması ilə bağlı iddialar yayılıb. Yayılan iddialarla bağlı aparılan araşdırmalar zamanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisəsində bir sıra nöqsanlar aşkar edilib və Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    Modern.az araşdırıb ki, sözügedən məktəbin direktoru Gülbəniz Bayramovadır.

    O, bu ilin mart ayında sözügedən məktəbə direktor təyin edilib. Gülbəniz Bayramova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirib, 2004-cü ildən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edib.

    Qeyd edək ki, sözügedən məktəb Gəncənin ən qalmaqallı təhsil müəssisələrindən biridir. Məktəbin əvvəlki direktoru Mətanət Qarayeva 2022-ci ildə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Mətbuatda yayılan məlumatlara görə, o, 14 ədəd dərman həbi içərək özünü öldürmək istəyib. Ancaq rəsmi qurumlar bu iddianın doğru olmadığını bildirib. Daha sonra direktor vəzifəsindən azad edilib.

    * * * * *

    Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddia səsləndirilib.

    Səs yazısında valideynlərdən biri sözügedən məktəbdə rüşvətin pik həddə çatdığını bildirib.

    “İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbi rüşvətlə idarəolunan təhsil sisteminə çeviriblər. Fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır. Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar.

    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun vətəndaş qəbulunda oldum. Baş verən bütün nöqsanları özünə çatdırdım. Elçin Kərimova bildirdim ki, bizi məcbur edirlər ki, bu sınaq biletlərini alın, guya yarımillik qiymətləndirmə bunun əsasında yazılacaq. O isə cavabına qeyd etdi ki, bu biletlərdən xəbəri yoxdur.

    Həmin məktəbdə təhsil yox, rüşvət təbliğ olunur. Mənim övladım bu yaşında niyə rüşvətin nə olduğunu bilməlidir?” – deyə beşinci sinif şagirdinin valideyni şikayət edib.

    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məsələ ilə bağlı sorğumuzu belə cavablandırıb:

    “İdarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

    Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir.

    Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    Qeyd edirik ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir”.
    //oxu.az

  • Сирийская оппозиция берет власть в свои руки: планы на будущее страны

    Новая администрация Сирии после переходного процесса объявит “дорожную карту”, которая подразумевает проведение переписи населения, одобрение новой Конституции и проведение свободных выборов.

    Об этом пишет турецкая газета Hürriyet со ссылкой на собственные источники.

    “Теперь настало время строительства новой Сирии. После создания временной администрации будет объявлена “дорожная карта”. Будет организован процесс создания новой конституции, переписи населения и свободных выборов”, – пишет издание.

    Напомним, вооруженные отряды оппозиции и джихадистов во главе с исламистской группировкой “Хайят Тахрир аш-Шам” (ХТШ) в ночь на 8 декабря взяли под контроль столицу Сирии Дамаск.

    После этого премьер-министр Мухаммед Гази аль-Джалали заявил, что согласен передать власть в стране лидерам антиправительственных сил, которые свергли президента Башара Асада.

    Президент Башар Асад после переговоров с рядом участников сирийского конфликта принял решение уйти с поста и покинул Сирию. Сообщается, что он находится в России.

  • Suriyanın yeni hökumətinin “yol xəritəsi” açıqlandı

    Suriyanın yeni administrasiyası keçid prosesindən sonra əhalinin siyahıyaalınmasını, yeni konstitusiyanın təsdiqlənməsini və azad seçkilərin keçirilməsini nəzərdə tutan “yol xəritəsi”ni elan edəcək.

    Bu barədə Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb.

    “İndi yeni Suriyanın qurulmasının növbəsi gəlib. Müvəqqəti idarəetmənin qurulmasından sonra “yol xəritəsi” açıqlanacaq. Yeni konstitusiyanın hazırlanması prosesi, əhali siyahıyaalınması və azad seçkilərin keçirilməsi kimi mərhələlərə keçiləcək”, – deyə nəşr yazıb.

    Xatırladaq ki, dekabrın 8-i səhər Suriyanın silahlı müxalif qruplaşmaları Dəməşqi nəzarətə götürüblər. Bundan sonra Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bəyan edib. Bir müddət sonra Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra Suriya prezidenti vəzifəsindən getmək qərarına gəlib və ölkəni tərk edib. Onun Rusiyada olduğu bildirilir.