Month: December 2024

  • Prezident İlham Əliyevin doğum günüdür

    Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

    Dövlət başçısının 63 yaşı tamam olur.

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkilərdə İlham Əliyev 92,12 faiz səs toplayaraq, ölkə prezident seçilib.

    İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.
    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini icra edərək, Qarabağ və ətraf rayonları qısa zamanda yağılardan təmizlədi. Bütün bunlar isə İlham Əliyevin uzaqgörən siyasətinin, sərkərdəlik qabiliyyətinin, ölkəmizdə həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatların, uğurlu xarici siyasətin nəticəsidir.

    2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

    23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
    Dövlət başçısı 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.
    Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir:
    Ordenlər:
    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
    “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)
    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
    Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)
    Fəxri elmi adlar:
    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
    İdman təşkilatlarının mükafatları:
    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)
    Median.Az kollektivi cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

  • “TikTok”dakı yarışa görə saxlanıldılar – Aralarında Azər Zahid də var

    “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

    Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

  • İlin ən yaxşı milli məşqçisi bəlli oldu

    İspaniya milli komandasına rəhbərlik edən Luis de la Fuente Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən 2024-cü ilin ən yaxşı milli məşqçisi seçilib.

    Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

    İspaniyalı çalışdırıcı sorğuda 274 xal toplayaraq, 148 xal toplayan argentinalı Lionel Skaloni və 35 xalla fransalı məşqçi Didye Deşamı qabaqlayıb.

    Digər namizədlər arasında İngiltərə yığmasının keçmiş baş məşqçisi Qaret Sautqeyt, Fil Dişi Sahilindən Emers Fahe, Culian Nagelsmann (Almaniya), Nestor Lorenzo (Kolumbiya), Vinçenzo Montella (Türkiyə), Villi Sanyol (Gürcüstan) və Marselo Bielsa (Uruqvay) yer alıblar.

    Qeyd edək ki, de la Fuentenin 63 yaşı var. Onun rəhbərliyi altında İspaniya yığması 2024-cü ilin Avropa çempionu olub. Komanda 2024-cü ildə 17 oyun keçirib, 14 qələbə qazanıb, iki heç-heçə edib və bir məğlubiyyətlə üzləşib.

  • Bakıda yarımtikili uçub, ölən var

    Bakının Sahil qəsəbəsində yarımtikili uçub, ölən var.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilinin uçması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş – 1989-cu il təvəllüdlü Bəhruz Əbülfət oğlu Babayevnin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI

    Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.

    Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonunun Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.

    Bildirilir ki, “JEK” rəhbəri infarktdan həyatını itirib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Министерстве здравоохранения проводится операция: есть задержанные – ФОТО

    Сотрудники правоохранительных органов проводят операцию в Министерстве здравоохранения Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, в ходе оперативных мероприятий есть задержанные.

    Согласно информации, операция связана с делом о фальшивых пластических хирургах, которое вызвало широкий резонанс в стране.

    Отметим, что в деле о выдаче поддельных сертификатов пластическим хирургам упоминались имена высокопоставленных чиновников Минздрава – заместителя министра Ильгара Гасымова и начальника отдела кадров, науки и образования Саиды Рустамовой.

  • SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir – SAXLANILANLAR VAR (FOTO)

    Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

    Median.Az Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı saxlanılanlar var.

    Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

    Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının – nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

  • В Баку вспыхнул сильный пожар

    В связи с пожаром на улице Гусейна Сеидзаде в 4-м микрорайоне Насиминского района Баку введено ограничение на движение транспортных средств в направлении улицы Мир Джалала Пашаева.

    Об этом проинформировал Центр интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел.

  • Bakıda obyektdə yanğın baş verib

    Bakıda obyektdə yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

  • İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi

    İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə brifinqdə açıqlama verib.

    O, bildirib ki, Suriyada son günlərdə baş verən hadisələrlə bağlı olaraq İslam Respublikasının vətəndaşları Suriyaya səfər etməməlidirlər.

    “Dəməşq və Livandakı səfirliklərin uğurlu səyləri, koordinasiyası sayəsində Tehran ölkə vətəndaşlarını vaxtında təxliyə edə bilib”, – deyə sözçü əlavə edib.