Month: December 2024

  • Sloveniya İsrailin “Avroviziya”dan çıxarılmasını tələb etdi

    Sloveniya İsraili “Avroviziya” Mahnı Müsabiqəsindən kənarlaşdırmaq üçün Avropa Yayım Birliyinə rəsmi müraciət edib.

    Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya 7 oktyabr 2023-cü ildən Qəzza zolağına davam edən hücumlara görə İsrailin yarışmadan xaric edilməsini tələb edib.

    Sloveniya bəyan edib ki, tələbləri qəbul olunmazsa, etiraz əlaməti olaraq müsabiqədən özü kənarlaşacaq.

  • Vladimir Putin İlham Əliyevi təbrik edib

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm.

    Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram.

    Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

  • Лукашенко зарегистрирован кандидатом на выборах президента Беларуси

    Президент Беларуси Александр Лукашенко зарегистрирован кандидатом на пост главы государства на очередных выборах, которые пройдут 26 января 2025 года.

    Такое решение принято на заседании Центризбиркома (ЦИК) республики.

    По данным ЦИК, в поддержку выдвижения Лукашенко кандидатом в президенты достоверными признано 2 млн 518 тыс. 145 подписей избирателей при 100 тыс. необходимых.

    Лукашенко уже в седьмой раз будет баллотироваться на пост главы белорусского государства. На предыдущих выборах в 2020 году он получил 80.1% голосов избирателей.

  • Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu

    Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkisində namizəd kimi qeydə alınıb.

    Bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

    Beləliklə, A.Lukaşenko yeddinci dəfə Belarus dövlətinin başçısı postuna namizədliyini irəli sürüb.

    Qeyd edək ki, Belarusda növbəti prezident seçkisi 2025-ci il yanvarın 26-da keçiriləcək.

  • Prezident minimum aylıq əməkhaqqı ilə bağlı SƏRƏNCAM imzaladı

    Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bundan başqa, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

  • Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək

    Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.

    Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

    Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər.

    Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

    Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər.

    Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

    – Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;

    – Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;

    – qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

    Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiyaya səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər.

    Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan Respublikası vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir.

    Azərbaycan vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya DİN-in miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.

    Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşları Rusiya ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

    Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

    Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan Respublikası vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

    Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.

  • Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

    Nazirlər Kabineti “Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)”ni təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb və maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərini, ümumi dövriyyəsinin həcmini) müəyyən edir. Bu sənəddə istifadə olunan anlayışlar məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

  • Еще одно село в Донецке перешло под контроль российских сил

    Населенный пункт Сторожевое в Донецкой области Украины перешел под контроль Вооруженных сил (ВС) Российской Федерации.

    Об этом 23 декабря сообщили в Минобороны России.

    Потери украинской армии на данном направлении составили до 155 военных, четыре автомобиля, 155-миллиметровая французская самоходная артиллерийская установка (САУ) Caesar, 152-миллиметровая САУ “Акация”, 152-миллиметровое орудие Д-20, а также станция радиоэлектронной борьбы (РЭБ).

    Сообщается, что группировки войск ВС России нанесли удары по военной инфраструктуре Украины. Нанесено поражение складам хранения ударных беспилотников, а также скоплениям военной техники и живой силы противника в 143 районах.

    Также российские силы нанесли поражение формированиям ВС Украины в районах населенных пунктов Раздольное, Разлив Донецкой области и Гуляйполе Запорожской области.

    Ранее российские военные взяли под контроль населенные пункты Веселый Гай и Пушкино в Донецкой области Украины.

  • Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb

    Rusiya silahlı qüvvələri Ukraynanın Donbas əyalətində (Donetsk vilayəti) Storojevoye kəndini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda, həmçinin qeyd olunur ki, strateji baxımdan əlverişli ərazidə yerləşən kənd Velikaya Novosyolkadan bir neçə kilometr cənubda, Mokrıye Yalı çayı üzərində yerləşir.

    Hələlik Ukrayna tərəfi yaşayış məntəqəsinin itirilməsi ilə bağlı məlumat yaymayıb.

    Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin 12 iyulunda keçirdiyi əməliyyat nəticəsində Rusiya ordusunu Donetsk əyalətində yerləşən Storojevoye kəndinə çıxarmışdı. Kənd 2022-ci ilin martından Rusiya ordusunun nəzarətinə olub.

  • Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş

    İki gün öncə Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhərində yaşayan Kəlbəcər sakini Asəf Xanmuradov Goranboyun Nizami kəndinə gedərək oradakı evin həyətində özünü asıb.

    Araşdırmalar zamanı hadisənin baş verdiyi həyətin Asəfin qayınatasına məxsus olması müəyyənləşib.

    Onun qayınatası Kamal Əkbərov və qayınanası Aidə Əkbərova 50 gün əvvəl burada dəm qazından boğularaq ölüblər.

    Şənbə günü isə Asəf evdən işə getmək adı ilə çıxıb. Lakin işə getməyərək qayınatasıgilin evinə yola düşüb və oradan qohumlarının telefonuna lokasiya göndərib. Bundan sonra A.Xanmuradovdan xəbər almaq mümkün olmayıb. Qohumları və ailə üzvləri Goranboyun Nizami kəndindəki ünvana gedərək Asəfin həyətdəki çardaqdan asılı halda qalmış meyitini aşkar ediblər.

    Bildirilir ki, 40 yaşlı Asəf Xanmuradovun bir qardaşı da illər öncə işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.