Month: December 2024

  • Masallıda yanğın: Xəsarət alan var

    Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 90 kvadratmetr olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 62 kv.m sahədə və dam örtüyünün taxta atmaları 50 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

    Evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Валентина Матвиенко поздравила Ильхама Алиева

    Председатель Совета Федерации Федерального Собрания Российской Федерации Валентина Матвиенко направила Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Ильхам Гейдарович!

    Примите мои самые теплые поздравления с днем рождения.

    Многие годы Вы как признанный лидер нации ведете народ Азербайджана по пути прогресса, достигая впечатляющих результатов в укреплении страны. Процесс гармоничного развития государства опирается на Ваш высочайший авторитет руководителя, политическую мудрость и дальновидность, умение видеть проблемы с разных сторон и находить для них оптимальное решение.

    В Совете Федерации Федерального собрания Российской Федерации отмечают Ваш неоценимый вклад в упрочение российско-азербайджанского стратегического партнерства, включающего многоплановое сотрудничество по парламентской линии.

    Признательна Вам за то внимание, которое Вы уделяете диалогу законодателей России и Азербайджана. Уверена, что при Вашей поддержке этот важный канал взаимодействия будет всегда оставаться эффективным инструментом для интенсификации всего комплекса двусторонних союзнических отношений.

    Желаю Вам, уважаемый Ильхам Гейдарович, крепкого здоровья и успехов на высшем государственном посту. Пусть Ваши опыт и знания, твердость и целеустремленность служат надежным фундаментом плодотворной работы на благо Азербайджанской Республики.

    Примите уверения в моем самом высоком уважении”.

  • Valentina Matviyenko İlham Əliyevi təbrik edib

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Siz müdrik lider kimi uzun illərdir ölkənin möhkəmləndirilməsində böyük nəticələr əldə edərək Azərbaycan xalqını tərəqqi yolu ilə irəli aparırsınız. Dövlətin ahəngdar inkişafı prosesi Sizin ən yüksək rəhbər nüfuzunuza, siyasi müdrikliyinizə, uzaqgörənliyinizə, problemləri müxtəlif tərəflərdən görmək və onların optimal həllini tapmaq bacarığınıza əsaslanır.

    Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə, o cümlədən parlament xətti ilə çoxplanlı əməkdaşlığa verdiyiniz əvəzsiz töhfəni xüsusi qeyd edirlər.

    Rusiya və Azərbaycan qanunvericiləri arasında dialoqa göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Əminəm ki, Sizin dəstəyinizlə bu mühüm qarşılıqlı fəaliyyət kanalı həmişə ikitərəfli müttəfiqlik münasibətlərinin bütün kompleksinin intensivləşdirilməsi üçün səmərəli vasitə olaraq qalacaq.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Qoy təcrübə və biliyiniz, qətiyyət və məqsədəyönlülüyünüz Azərbaycan Respublikasının rifahı naminə səmərəli fəaliyyətiniz üçün həmişə etibarlı bünövrə rolunu oynasın!

    Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

  • Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb

    Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

    Vurğulanıb ki, paytaxtın Suraxanı, Sabunçu, Xətai, həmçinin Saatlı, Samux, Şabran və Qəbələ rayonlarında keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

    Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

  • Глава МИД: Требование президента Грузии лишено легитимации

    Требование президента Грузии Саломе Зурабишвили о проведении в стране новых парламентских выборов не имеет никакой легитимации и лишено всяких оснований.

    Как передает Median.Az со ссылкой на Sputnik Грузия, об этом заявила министр иностранных дел Грузии Мака Бочоришвили.

    Зурабишвили 22 декабря на акции протеста в Тбилиси пригласила на встречу руководство страны, включая основателя и почетного председателя “Грузинской мечты” Бидзину Иванишвили, для согласования до 29 декабря даты новых парламентских выборов. “Те, кто хочет, чтобы в стране все хорошо закончилось, пусть придут”, – добавила она.

    “Ее требование не может иметь никакой легитимации, для этого, конечно, нет никаких оснований. Однако мы знаем, что Саломе Зурабишвили не интересуют никакие правовые и конституционные основания, когда дело касается ее действий против интересов Грузии”, – сказала Бочоришвили.

    Для этого Зурабишвили не нужна ни Конституция, ни закон или какие-либо правила в целом, добавила глава грузинского внешнеполитического ведомства.

    “Она действует совершенно бесконтрольно и не смотрит ни на закон, ни на Конституцию”, – подчеркнула Бочоришвили.

  • Gürcüstan XİN: “Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir”

    “Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkədə yeni parlament seçkisinin keçirilməsi tələbi legitim deyil və heç bir əsası yoxdur”.

    Median.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün ölkədə yeni parlament seçkisinin keçirilməsi ilə bağlı bəyanatına cavabında deyib.

    “Salome Zurabişvilinin Gürcüstanın maraqlarına zidd hərəkətlərinə gəldikdə, o, tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya əhəmiyyət verir”, – deyə Gürcüstanın XİN rəhbəri vurğulayıb.

  • Bakıda mənzildən çürümüş meyit tapıldı

    Bakıda mənzildən çürüməyə məruz qalmış meyit tapılıb.

    Hadisə Nəsimi rayonu 3-cü mikrorayon Alı Mustafayev küçəsində baş verib.

    Belə ki, həmin küçədəki 29 saylı binada yaşayan sakinlər kəskin qoxu gəlməsi ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

    Binadakı mənzillərdən birinə baxış keçirilərkən orada yaşayan 1932-ci il təvəllüdlü Tatyana Fyodrovna Kupinanın çürüməyə məruz qalmış meyiti tapılıb.

    Onun bir neçə gün əvvəl vəfat etdiyi məlum olub.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

  • Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı

    Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.
    Qərarı şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilib:

    “Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

    Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

    Bu zaman aşağıdakı sənədlər tələb olunur:

    – şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

    – əmək kitabçasının surəti;

    – valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

    Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

    Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

  • Будет дано разрешено на разработку золоторудного месторождения Сёюдлю

    Будет дано разрешение на разработку золоторудного месторождения Сёюдлю (Зод).

    Как сообщает АПА, это нашло отражение в законопроекте “О принятии, утверждении и реализации Соглашения о долевом разделе добычи, разведке и разработке золоторудного месторождения Сёюдлю (Зод)”, которое будет обсуждаться сегодня на заседании комитета Милли Меджлиса по международным отношениям и межпарламентским связям.

  • Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək

    Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək.

    Median.Az APA-a istinadla xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsində əksini tapıb.