Month: December 2024

  • Azərbaycan millisinin cüdoçusu Avropa çempionatından imtina edib

    Azərbaycanlı cüdoçu Uşanqi Kokauri (+100 kq) Monpelyedə (Fransa) keçiriləcək klublararası Avropa çempionatında iştirakdan imtina edib.

    Onun adı dekabrın 21-də start götürəcək turnirin iştirak ərizəsində yoxdur.

    Qeyd edək ki, Uşanqi Kokauri 2018-ci ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.

  • 2024-cü ilin ilk 10 ayı: Nikahların, doğulanların və ölənlərin sayı açıqlandı

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 min 800 əkiz doğulub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, doğulanlardan 108-i üçəm və 4-ü isə dördəmdir. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53%, qız uşaqlarının xüsusi çəkisi isə 47% olub.

    Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

    Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i üçəm, 4-ü isə dördəm doğulub.

    Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49 min 36 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

    Həçminin bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42073 nikah və 17907 boşanma halları qeydə alınıb.

    Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

  • Sənədsiz evlər söküləcək? (AÇIQLAMA)

    Azərbaycanda 400 minə yaxın qanunsuz tikili qeydə alınıb. Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bu rəqəmin yaxın zamanda dəqiqləcəyini açıqlayıb.

    O, həmçinin ölkədə neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupunun yaradıldığını da xatırladıb: “İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir”.

    Əmlak eksperti Elnur Azadov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hüquqi normativ bazalar və bu istiqamətdə qanunsuz evlərin leqallaşdırılması ilə bağlı müvafiq qanunvericilik hazırlanmalıdır:

    “Bizdə bu qanunvericilik yoxdur. Ölkə başçısının 2015-ci ildə imzalanmış fərmanı var. Bu fərmana istinadən Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti müəyyən olunmuş qaydalar və sənədlər üzrə daşınmaz əmlakın qeydiyyatını apara bilir, vətəndaşları çıxarışla təmin edir, mülkiyyəti tanınır. Fikirimcə, müxtəlif vaxtlarda ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. İlkin sənədləri olan əmlaklar var və onların tanınması istiqamətində işlər aprılacaq. Bu isə o deməkdir ki, ilkin sənədləri olan əmlaklara yaxın vaxtlarda çıxarış veriləcək, yəni leqallaşdırılacaq”.

    Elnur Azadov hesab edir ki, heç bir sənədi olmayan qanunsuz tikilərin sənədləşdirilməsi böyük prosessdir:

    “100 ildən çoxdur ki, müxtəlif dövlət qurumları tərəfindən müxtəlif sənədlər verilib. Siyahı böyükdür. Onların əsasında daşınmaz əmlakın leqallaşdırılması istiqamətində iş aparıla bilər. Yəni, 400 minə yaxın qanunsuz tikilinin ən yaxşı halda yarısına şamil olunacaq. Heç bir sənədi olmayan evlərin leqallaşdırılması isə qəliz məsələdir. Bu zaman aparacaq”.

    Elnur Azadov sənədləşdırilməmiş evlərin statistikası ilə bağlı səslənən rəqəmin 400 min deyil, daha böyük olduğunu xatırladıb:

    “Bu rəqəmlərin arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət xüsusi mühafizə olunan ərazilərdə, kommunikasıya xəttlərinə yaxın ərazilərdə tikilən evlərdən gedir. Bu başdan həmin evlərin sahiblərinə xəbərdarlıq etmək lazımdır ki, həmin evlər leqallaşdırılmayacaq”.

    Əmlak eksperti Ramil Osmanlı isə deyir ki, neft ərazilərində inşa olunan fərdi yaşayış evlərin bir hissəsi faktiki olaraq aktiv mədən ərazisində yerləşir:

    “Yəni, orada bu gün neftin çıxarılması davam edir. Amma elə evlər ki, var onların yerləşdiyi ərazilər artıq istismarı dayanıb, orada artıq neft yoxdur. Bununla bağlı dəqiq kordinatlar müəyyən olunmalıdır. Hökumətin prioritetləri ondan ibarətdir ki, mühafizə zolaqlarına düşən qanunsuz tikililər istisna olmaqla digər tikililərin sənədləşməsi qanun lahiyəsində öz əksini tapmalıdır. Problem o qədər şaxəlidir ki, onu qərar verilənə qədər bu məsələ tənzimlənməlidir, həllini tapmalıdır”.

  • Trampın andiçməsindən sonra dollar bahalaşacaq – Proqnoz

    Amerikalı analitiklər ABŞ dollarının daha da, hətta avro ilə paritet səviyyəsinə qədər (yəni 1:1) möhkəmlənəcəyini proqnozlaşdırır, baxmayaraq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dolların ucuz olmasının tərəfdarıdır.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Financial Times” yazır.

    Tramp uzun müddətdir ki, güclü dolların ABŞ iqtisadiyyatına həddindən artıq təzyiq göstərdiyi qənaətindədir. O, bunu öz məhsullarını xaricə satmağa çalışan Amerika şirkətləri üçün “böyük yük” adlandırır.

    Bununla belə, Goldman Sachs, Morgan Stanley və UBS kimi qəzetin müsahibə verdiyi ekspertlər və investorlar Trampın dolları devalvasiya edə biləcəyinə şübhə ilə yanaşırlar. Onun öz siyasəti (vergilərin azaldılması, idxala yüksək tariflər) inflyasiyaya və Federal Ehtiyatın faiz dərəcələrini yüksək saxlamasına səbəb ola bilər, bu da dolları xarici kapital üçün daha da cəlbedici edir və dəyərini gücləndirir.

    Qeyd olunur ki, Deutsche Bank hətta 2025-ci ildə avro ilə paritet əldə olunacağını gözləyir.

    Dollar artıq oktyabrın əvvəlindən 6,1% möhkəmlənərək 2022-ci ildən bəri ən güclü rübünü qeyd edib. Çünki bazar Respublikaçı namizədin qalib gəlməsi və ticarət tarifləri və vergilərin azaldılması planlarını həyata keçirməsi ilə bağlı “stavka” etməyə başlayıb.

    Analitiklər bazarın artıq Trampın prezidentliyinin əhəmiyyətli təsirini qiymətləndirdiyini qeyd etsələr də, çox az adam bunun artımın sona çatdığının əlaməti olduğunu və ya respublikaçıların ritorikasının valyutanı aşağı salacağını ehtimal edir.

    “O, dollara təsir göstərməyə cəhd edə bilər. Amma sonda adətən fundamental faktorlar qalib gəlir”, – AllianceBernstein-ın baş iqtisadçısı Erik Vinoqrad bildirib.

  • ДТП на проспекте 8 Ноября: образовался затор

    В Хатаинском районе Баку, на пересечении проспекта 8 Ноября с улицей Рамиза Гулиева, произошло дорожно-транспортное происшествие (ДТП).

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Центром интеллектуального управления транспортом Министерства внутренних дел.

    Из-за ДТП в направлении Зыхского шоссе образовался транспортный затор. Ведутся работы по его устранению.

  • 8 Noyabr prospektində qəza olub – Sıxlıq yaranıb

    Xətai rayonu, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Qəza səbəbindən Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

  • Рустам Минниханов награжден орденом “Достлуг”

    Глава Республики Татарстан Российской Федерацией (РФ) Рустам Нургалиевич Минниханов награжден орденом “Достлуг”.

    Как сообщает АЗЕРТАДЖ, соответствующее распоряжение подписал Президент Азербайджанской Республикой (АР) Ильхам Алиев.

    Согласно документу, Р.Минниханов награжде за особые заслуги в развитии отношений дружбы и сотрудничества между АР и РФ.

  • İlham Əliyev Rüstəm Minnixanovu ordenlə təltif etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının rəisini ordenlə təltif edib.

    Median.Az President.az-a istinadən bildirir ki, bununla bağlı Prezident müvafiq sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Nurqaliyeviç Minnixanov “Dostluq” ordeni ilə təltif edilir.

  • Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub

    Dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifolunma mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

  • Состоялись очередные учебные сборы с военнообязанными – ВИДЕО

    В соответствии с планом подготовки на 2024 год, в рамках совместных мероприятий с Государственной службой по мобилизации и призыву на военную службу в воинских частях были проведены очередные учебные сборы с участием группы военнообязанных, призванных из запаса.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    После прохождения соответствующей регистрации и врачебного осмотра военнообязанные были обеспечены военной формой и другими видами обеспечения.

    В ходе учебных сборов были выполнены задачи по различным темам.

    Военнообязанные сдали нормативы по физической подготовке, были проведены занятия по осваиванию приемов рукопашного боя, а также приемов самообороны без оружия и оказанию первой медицинской помощи.

    В ходе сборов военнообязанные были обучены тактико-техническим характеристикам, правилам применения современного вооружения и военной техники, имеющихся в арсенале азербайджанской армии, и элементам строевой подготовки.

    В воинских частях коммандос с военнообязанными были проведены занятия по тактико-специальной подготовке, в ходе которых были выполнены задачи по подходу к объекту условного противника, захвату населенного пункта и другие задачи.

    Задачи, поставленные в ходе учебных сборов с военнообязанными запаса, были успешно выполнены.