Month: December 2024

  • В Гяндже взорвался боеприпас: есть погибший

    В частном доме в Гяндже произошел несчастный случай, передает АПА.

    Согласно данным, в результате неосторожного обращения А.Тагиевым (1974 г.р.) с найденным им миномётным снарядом OF 843 произошел взрыв боеприпаса.

    Мужчина скончался от полученных травм.

    Как стало известно, боеприпас Тагиев обнаружил во время выпаса овец.

    На место происшествия прибыли сотрудники полиции.

  • Gəncədə sursat partlayıb – Ölən var

    Gəncədə bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

    1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə “OF 843 “markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

  • Əhalinin nəzərinə! Bu tarixdə yenidən qar yağacaq

    Dekabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1°şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

  • Azərbaycanın tanınmış maliyyəçi alimi vəfat edib

    Tanınmış maliyyəçi, iqtisad elmləri namizədi, əməkdar müəllim Asif Kərimov vəfat edib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib.

    Bildirilib ki, A.Kərimov 92 yaşında xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Asif Məti oğlu Kərimov 1931-ci il mart ayının 19-da Füzuli rayonunda anadan olub. 1940-50-ci illərdə orta təhsil alıb. 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub və 1954-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1954-57-ci illərdə Moskva Maliyyə İnstitutunun əyani aspiranturasında oxuyub.

    Uzun illər ozamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda və indiki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Maliyyə-kredit fakültəsində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb. O, 2017-ci ildə təqaüdə yola salınmışdı.

    Təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən A.Kərimov UNEC-in fəxri professoru olub.

    O, maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.

  • СК РФ квалифицировал гибель генерала Игоря Кириллова как теракт – ОБНОВЛЕНО

    Следователи СК России квалифицировали как теракт гибель начальника войск РХБЗ Игоря Кириллова.

    Об этом ТАСС сообщила официальный представитель СК РФ Светлана Петренко.

    “Главным следственным управлением СК России по Москве по факту гибели в столице двух военнослужащих расследуется уголовное дело по признакам преступлений, предусмотренных статьями 105, 205 и 222 УК РФ (убийство, террористический акт, незаконный оборот оружия, боеприпасов)”, – сказала она.

    * * * * *

    Взрывное устройство, в заложенное в самокат на Рязанском проспекте Москвы рядом с жилым домом начальника войск РХБЗ генерал-лейтенанта Игоря Кириллова, было приведено в действие дистанционно, а взрыв имел направленный характер.

    Об этом ТАСС сообщили в оперативных службах.

    “Взрывное устройство было сконструировано так, чтобы взрыв был направленным. Взрывная волна была направлена от подъезда, из которого вышел Кириллов. В действие его привели дистанционно”, – сказал собеседник агентства.

    Отмечается, что мощность взрыва составила около 300 граммов в тротиловом эквиваленте.

    * * * * *

    Начальник войск радиационной, химической и биологической защиты (РХБЗ) Вооруженных сил (ВС) Российской Федерации (РФ) генерал-лейтенант Игорь Кириллов и его помощник погибли при взрыве на Рязанском проспекте в Москве.

    Официальный представитель СК РФ Светлана Петренко заявила, что сработало взрывное устройство, заложенное в самокат.

    “По данным следствия, утром 17 декабря на Рязанском проспекте в Москве было приведено в действие взрывное устройство, заложенное в самокат, стоящий рядом с подъездом жилого дома. В результате произошедшего погиб начальник войск РХБЗ ВС РФ Игорь Кириллов и его помощник”, – сказала она.

    Петренко сообщила, что Главным следственным управлением СК России по Москве по факту убийства возбуждено уголовное дело. На месте ЧП работают следователи, криминалисты и оперативные службы. Устанавливаются все обстоятельства преступления.

    Игорь Кириллов, родившийся 13 июля 1970 года в городе Кострома, посвятил свою жизнь защите национальной безопасности России в сфере радиационной, химической и биологической защиты.

    Свой профессиональный путь будущий военачальник начал с получения образования в Костромском высшем военном командном училище химической защиты, которое успешно окончил в 1991 году. Позже, в 2007 году, он существенно повысил свою квалификацию, получив образование в Военной академии РХБ защиты имени Маршала Советского Союза С. К.Тимошенко.

    Карьерный путь Кириллова начался с должности командира взвода в Западной группе войск в Германии и Московском военном округе (1991-1995). Последующие годы ознаменовались стремительным профессиональным ростом – от командира роты до руководителя отдельной бригады РХБ защиты к 2009 году.

    Значимым этапом в карьере военачальника стала служба в Управлении начальника войск РХБЗ ВС РФ, а затем руководство Военной академией РХБЗ (2014-2017). Профессиональные достижения Кириллова были высоко оценены руководством страны, и в апреле 2017 года он был назначен на пост начальника войск РХБЗ ВС РФ.

    * * * * *

    Взрыв произошел на первом этаже жилого дома на Рязанском проспекте в Москве, погибли два человека.

    Об этом сообщили ТАСС в оперативных службах.

    “По предварительной информации, взрыв произошел на первом этаже жилого дома по адресу Рязанский проспект, д. 2/1. Два человека погибли”, – сказал собеседник агентства.

  • Rusiyada güclü partlayış: General və köməkçisi terrorun qurbanı olublar? – YENİLƏNİB

    Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun ölümü terror aktı kimi qiymətləndirilir. Faktla bağlı qətl və silah-sursatın qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

    “Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi paytaxtda iki hərbçinin ölümü ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105, 205 və 222-ci maddələri (qətl, terror aktı, silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi) ilə cinayət işi açılıb, araşdırmalar aparılır”, – deyə o qeyd edib.

    Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayıcı qurğu məsafədən idarə olunub və partlayış istiqamətlənmiş xarakter daşıyıb.

    Qeyd olunur ki, partlayışın gücü trotil ekvivalentində təxminən 300 qram təşkil edib.

    Rusiyanın “Telegram” kanallarının məlumatına görə, müstəntiqlər qatillərin generalı necə izlədiyinə dair bir neçə versiyanı (qarşıdakı binada kirayələnmiş mənzildən, karşerinq avtomobilindən və ya domofon kamerasının sındırılması vasitəsilə) araşdırır.

    General Kirillovun ölümünün əsas versiyası Ukrayna Silahlı Qüvvələrinin təxribatıdır. Hadisə yerinə Federal Təhqiqat Xidmətinin partlayış mütəxəssisləri gəlib və ekspertiza üçün materiallar toplayıblar.

    * * * * *

    Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi Moskvada Ryazan prospektində baş verən partlayış nəticəsində həlak olublar.

    Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko xəbər verib.

    Bildirilir ki, skuterə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

    “İstintaqın məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvada Ryazan prospektində yaşayış binasının girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin RKBM rəisi İqor Kirillov və onun köməkçisi həlak olub”, – deyə o bildirib.

    Petrenko qeyd edib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən qətl faktı ilə bağlı cinayət işi açılıb. Hadisə yerində müstəntiqlər, kriminalistlər və əməliyyat xidmətləri işləyirlər. Cinayətin bütün halları araşdırılır.

    * * * * *

    Rusiya paytaxtında güclü partlayış baş verib, iki nəfər həlak olub.

    Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

    İlkin məlumata görə, partlayış yaşayış binasının birinci mərtəbəsində baş verib.

    Rusiya “Telegram” kanallarında iddia olunur ki, hadisə nəticəsində RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar. Bildirilir ki, əldəqayırma partlayıcı qurğu binanın girişinə qoyulub. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

    Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb.

    Partlayış yerində müstəntiqlər və kriminalistlər əməliyyat xidmətlərinin əməkdaşları ilə birlikdə işləyirlər.

  • Gəncədən Bakıya sərnişin daşıyan sərxoş sürücü həbs olundu

    Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsu saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

    Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtobus idarə edən sürücü ifşa olunub. Belə ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobus 9-cu taqımın əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

    “Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Mehman Məmmədov sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhdid yaradan belə hallara qarşı ən kəsərli tədbirlərin görüləcəyini bildirir və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları çalışdıqları sahədə daha da məsuliyyətli olmağa çağırır”, – məlumatda vurğulanır.

    M.Məmmədov Gəncədən Bakıya və əks istiqamətə sərnişin daşıyırmış.

  • Какие дни в 2025 году будут нерабочими в Азербайджане? – ФОТО

    Коллегия Министерства труда и социальной защиты населения Азербайджана утвердила нормы рабочего времени и производственный календарь на 2025 год.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу ведомства.

    Согласно нормам рабочего времени на 2025 год, нерабочими праздничными днями в Азербайджане будут:

    1, 2 января – Новый год;

    20 января – День всенародной скорби;

    8 марта – Международный женский день;

    20, 21, 22, 23, 24 марта – Новруз байрамы;

    30, 31 марта – Рамазан байрам;

    9 мая – День Победы над фашизмом;

    28 мая – День независимости;

    6, 7 июня – Гурбан байрам;

    15 июня – День национального спасения азербайджанского народа;

    26 июня – День Вооруженных сил Азербайджанской Республики;

    8 ноября – День Победы;

    9 ноября – День Государственного флага Азербайджанской Республики;

    31 декабря – День солидарности азербайджанцев мира.

  • Azərbaycanda 2025-ci ilin qeyri-iş günləri açıqlanıb – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

    1, 2 yanvar – Yeni il bayramı;

    20 Yanvar – Ümumxalq Hüzn Günü;

    8 Mart – Qadınlar Günü;

    20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

    30, 31 mart – Ramazan bayramı;

    9 May – Faşizm Üzərində Qələbə Günü;

    28 May – Müstəqillik Günü;

    6, 7 iyun – Qurban bayramı;

    15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü;

    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

    8 Noyabr – Zəfər Günü;

    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

    2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan 8-i bayramqabağı və 1-i bələdiyyə seçkisi günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 bələdiyyə seçkisi günü və 1 Ümumxalq Hüzn Günü var.

    Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

    2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

    2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır.

    Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

    Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/faydali/istehsalat-teqvimi/2025-ci-ilin-istehsalat-teqvimi) yerləşdirilib.

  • Госслужба опровергла слухи о сокращении срока службы

    Вопрос сокращения срока действительной военной службы не является предметом обсуждения.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Государственной службы Азербайджана по мобилизации и призыву на военную службу.

    “В последние дни в обществе активно обсуждаются предстоящие изменения в законах “О воинской обязанности и военной службе”, “О мобилизационной подготовке и мобилизации”, а также в “Положении о прохождении военной службы”. Однако некоторые новостные сайты и социальные сети распространяют информацию, вводящую граждан в заблуждение.

    Госслужба действительно предложила усовершенствовать ряд положений законодательства и направила проект в парламентский комитет по обороне, безопасности и борьбе с коррупцией. Поправки уже обсуждены депутатами и вынесены на пленарное заседание Милли Меджлиса. Если парламент примет изменения и Президент их подпишет, новые нормы вступят в силу.

    Но пока никаких корректировок в законы не внесено. Нужно просто немного подождать и проявить терпение.

    Планируемые поправки действительно предусматривают ряд новшеств. Однако вопрос сокращения срока действительной военной службы не является предметом обсуждения. Призывники с высшим образованием, как и раньше, будут проходить действительную военную службу в течение 12 месяцев, в остальных случаях – 18 месяцев”, – говорится в заявлении.