Month: December 2024

  • Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilib – VİDEO

    2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.

    Hərbi vəzifəlilərdən fiziki hazırlıq üzrə normativlər qəbul edilib, onlarla əlbəyaxa döyüş üsulları, habelə silahsız özünümüdafiə fəndlərinin öyrənilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə məşğələlər keçirilib.

    Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilib.

    Hərbi vəzifəlilər, həmçinin komando hərbi hissələrində şərti düşmən obyektinə yaxınlaşma, yaşayış məntəqəsinin ələ keçirilməsi və digər tapşırıqlar üzrə taktiki-xüsusi məşğələ keçirilib.

    Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

  • Президент Азербайджана встретился с раисом Республики Татарстан РФ – ФОТО

    17 декабря Президент Азербайджанской Республики Ильхам Алиев встретился с раисом Республики Татарстан Российской Федерации (РФ) Рустамом Миннихановым.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının rəisi ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Bakıda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Polis yaxta dələduzlarını saxlayıb, zərərçəkənlər var – FOTO

    Sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.

    Onların əməlləri ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

    N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər:

    “Vətəndaşlara bir daha tövsiyə edirik ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər”.

  • Уголовное дело армянских сепаратистов направлено в суд

    Генеральная прокуратура Азербайджанской Республики направила в суд уголовное дело о незаконных действиях, совершенных против Азербайджана Республикой Армения, ее вооруженными силами, а также самопровозглашенной “Нагорно-Карабахской Республикой” (НКР) и ее незаконными вооруженными формированиями, созданными на оккупированных Арменией территориях Азербайджана при непосредственной всесторонней поддержке Армении.

    Об этом сообщает пресс-служба Генпрокуратуры.

    В Следственном управлении надзорного ведомства Азербайджана расследовалось уголовное дело по фактам агрессии, оккупации, геноцида, преступлений против мира и человечности, военных преступлений, терроризма, финансирования терроризма и многих других преступлений, совершенных против Азербайджанской Республики и ее народа.

    2 мая 2024 года решением генерального прокурора Азербайджана 1 389 уголовных дел, расследовавшихся в Генпрокуратуре и различных следственных органах республики в связи с частью преступлений, совершенных с октября 1987 года по 22 апреля 2024 года, были объединены в одно производство. Расследование вел следственный состав под руководством Генпрокуратуры, включающий следователей Службы государственной безопасности, Министерства внутренних дел, Государственного таможенного комитета и Военной прокуратуры.

    На основании собранных достоверных доказательств по 2 548 эпизодам преступлений, совершенных вооруженными силами Республики Армения и незаконными вооруженными формированиями, 15 человек – Аркадий Аршавири (Аршавирович) Гукасян, Араик Владимири (Владимирович) Арутюнян, Бако Сааки Саакян, Давид Рубени Ишханян, Давид Клими (Климович) Бабаян, Лева Генрихи Мнацаканян, Давид Азати Манукян, Гарик Григори Мартиросян, Меликсет Владимири Пашаян, Давид Нельсони Аллахвердян, Гурген Гомероси Степанян, Левон Ромики Балаян, Мадат Аракели Бабаян, Василий Ивани Бегларян и Эрик Роберти Газарян были привлечены в качестве обвиняемых по статьям 100 (планирование, подготовка, развязывание и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное перемещение населения), 109 (преследование), 110 (насильственное исчезновение людей), 112 (незаконное лишение свободы вопреки нормам международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженного конфликта), 118 (мародерство), 120 (умышленное убийство), 192 (незаконное предпринимательство), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества/организации), 228 (незаконное приобретение, передача, продажа, хранение, перевозка или ношение оружия, его комплектующих частей, боеприпасов, взрывчатых веществ и устройств), 270-1 (действия, создающие угрозу авиационной безопасности), 277 (посягательство на жизнь государственного или общественного деятеля), 278 (насильственный захват власти и насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований и групп) и другим статьям Уголовного кодекса Азербайджанской Республики за периоды их участия в преступном сообществе. Каждому из них обеспечены права на защиту, использование родного языка и другие процессуальные права. Обвиняемые обеспечены адвокатами.

    По ходатайству следственного органа и представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, судебными решениями в отношении обвиняемых избрана мера пресечения в виде ареста.

    Жалобы и ходатайства, поданные обвиняемыми как в ходе предварительного следствия, так и после его завершения, были рассмотрены в соответствии с требованиями уголовно-процессуального законодательства, приняты соответствующие решения. Обвиняемым и другим участникам уголовного процесса сообщено об окончании предварительного следствия, они ознакомлены со всеми материалами уголовного дела.

    В то же время уголовное дело в отношении других лиц, обвиняемых в совершении многочисленных преступлений, выделено в отдельное производство, предварительное следствие продолжается.

    Генеральная прокуратура Азербайджанской Республики, руководствуясь серьезными основаниями того, что многие лица, подозреваемые по указанным эпизодам данного следственного дела, а также свидетели находятся на территории Республики Армения, приглашает соответствующие органы Республики Армения к сотрудничеству.

    Обвинительное заключение по уголовному делу утверждено генеральным прокурором Азербайджанской Республики 16 декабря 2024 года и направлено по подсудности в Бакинский военный суд для рассмотрения.

  • Erməni separatçılarının işi məhkəməyə göndərilib

    Ermənistan Respublikası və onun Silahlı Qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çox sayda cinayətin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

    Bildirilib ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1 389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

    Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan (Ğukasyan), Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Sahaki Saakyan, Davit Rubeni İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi Mnatsakanyan, Davit Azati Manukyan, Qarik Qriqori Martirosyan, Melikset Vladimiri Paşayan, Davit Nelsoni Allahverdiyan, Qurqen Homerosi Stepanyan, Levon Romiki Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani Beqlaryan və Erik Roberti Qazaryana cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.

    Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

    Eyni zamanda, çox sayda cinayət törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

    Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • Məhkəmə arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

    Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Fərid Hüseynlinin şikayəti təmin edilməyib.

    Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

    İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

  • В Бейлаганском районе от отравления скончался директор: состояние его супруги тяжелое (ОБНОВЛЕНО)

    Состояние отравившейся угарным газом в селе Буньядлы Бейлаганского района Шалалы Мамедовой (1974 г.р.) оценивается как тяжелое.

    Об этом в ответ на запрос oxu.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что 16 декабря в 20:30 с подозрением на отравление в Бейлаганскую районную центральную больницу была госпитализирована женщина 1974 года рождения.

    “У нее диагностировано отравление угарным газом, после чего она была эвакуирована в Клинический медицинский центр (КМЦ) в Баку для оказания необходимой медицинской помощи. Пациентка, госпитализированная в отделение токсикологии КМЦ, продолжает лечение. Ее состояние оценивается как тяжелое”, – говорится в сообщении.

    Согласно другой информации Oxu.Аz, скончавшийся от отравления угарным газом Бекир Мамедов (1966 г.р.) был директором дома культуры села Буньядлы.

    * * * * *

    В селе Буньядлы Бейлаганского района произошел случай отравления.

    Как сообщает Report, местный житель Бакир Мамедов (1966 г.р.) скончался от отравления угарным газом, его жена Шалала Мамедова (1974 г.р.) была госпитализирована.

    По данному факту ведется расследование.

  • Beyləqanda vəzifəli şəxs zəhərlənərək öldü: Həyat yoldaşının VƏZİYYƏTİ AĞIRDIR (YENİLƏNİB)

    “Beyləqanın Bünyadlı kəndində dəm qazından zəhərlənən 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir”.

    Bu məlumat oxu.az-n sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

    Qeyd olunur ki, 16 dekabr saat 20:30-da zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    “Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasiyentin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

    Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, dəm qazından zəhərlənərək həyatını itirən 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədovun isə Bünyadlı kənd mədəniyyət evinin müdiri olduğu məlum olub.

    * * * * *

    Beyləqanda ər və arvadı dəm qazından zəhərləniblər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov dəm qazından zəhərlənərək ölüb, arvadı, 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yer kürəsində maqnit qasırğası başladı

    Dekabrın 17-də səhər saatlarından Yer kürəsini zəif maqnit qasırğası bürüyüb.

    Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz “Telegram” kanalında paylaşım edib.

    Meteoroloq bildirib ki, maqnit qasırğası Moskva vaxtı ilə saat 8:21-də (Bakı vaxtı ilə 9:21 – red.) başlayıb və G1 sinfinə aid edilib.

    Eyni zamanda, əvvəlki paylaşımda mütəxəssis qeyd edib ki, Yerdə maqnit qasırğasının yaranmasına sıx və sürətli Günəş küləyi axını səbəb olur. O, həmçinin, bunun uzun sürməyəcəyinə əminliyini də ifadə edib.

    “Maqnit qasırğasının intensivliyi zəif səviyyəni keçməyəcək”, – deyə Leus əlavə edib.