Month: December 2024

  • “Həqiqi hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil” – RƏSMİ

    “Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil”.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    “Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlara, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur.

    Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.

    Bəli, SHXÇDX qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək.

    Ona görə də bir daha bildiririk ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib. Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır.

    Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar, əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər”, – deyə məlumatda bildirilir.

  • Beyləqanda ərlə arvadı zəhərləndilər, kişi öldü

    Beyləqanda ər və arvadı dəm qazından zəhərləniblər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov dəm qazından zəhərlənərək ölüb, arvadı, 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şagirdinin valideyninə qarşı dələduzluq edən müəllim cinayət məsuliyyətindən azad edildi

    Sumqayıt Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səmayə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və S.Həsənova cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

    İttihama görə, Səmayə Həsənova əvvəlcədən tanıdığı və normal münasibəti olduğu, qonşuluqda yaşayan zərərçəkmiş şəxs M.M.-in (şərti) universitetə qəbul ola bilməyən oğlunu Gəncə Dövlət Universitetinə tələbə kimi qəbul olunmasını təşkil edə biləcəyi barədə yalan vəd verib. O, 2023-cü ildə həmin işin görülməsi müqabilində zərərçəkmişdən özünün yaşadığı evdə 8000 manat pul vəsaitini alaraq dələduzluq edib.

    Məhkəmə iclasında Səmayə Həsənova elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, ixtisasca ingilis dili müəllimidir və uşaq hazırlığı ilə məşğul olur.

    O, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, M.M.-ə vurduğu ziyanı tamamilə ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

  • Ata qızının dırnağını kəlbətinlə çəkdi, sobada çiynini yandırdı, yerə çırpdı – CƏZA

    Sumqayıt Şəhər Məhkəməsində əzab vermədə, xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Vahid Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə V.Fərəcov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, Vahid Fərəcov 2023-cü il oktyabrın ortasında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə qızı, 2012-ci il təvəllüdlü Nəzrin Fərəcovanın (şərti) baş nahiyəsini heç bir əsaslı səbəb olmadan odun sobasına salmaq istəyib. Bu zaman qızın sağ çiyni sobaya dəyib. Nəticədə Nəzrinin sağ çiyin nahiyəsi yanıb.

    Təqsirləndirilən şəxs həmin il noyabrın sonunda yaşadığı evdə qızının sağ ayağının baş barmağındakı dırnağı kəlbətinlə çəkib övladına əzab verib.

    Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə köməksiz vəziyyətdə olan Nəzrinin baş nahiyəsini heç bir əsaslı səbəb olmadan su dolu vedrəyə salıb-çıxarıb. Daha sonra Vahid onu hündürə qaldırıb yerə çırparaq sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib.

    Daha sonra Vahid Fərəcov saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb.

  • В Баку усилился ветер, в горных районах зафиксировано 10 градусов мороза – ФАКТИЧЕСКАЯ ПОГОДА

    На территории страны осадков не наблюдается.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В соответствии с оранжевым предупреждением порывы северо-западного ветра в Шеки усилились до 28 м/с, Лачыне – 24 м/с, Огузе – 23 м/с, Тертере – 22 м/с.

    В соответствии с желтым предупреждением порывы ветра в Баку и на Абшеронском полуострове усилились – 19 м/с, Кельбаджаре – 21 м/с, Зангилане, Барде – 20 м/с, Мингячевире, Нафталане, Дашкесане – 18 м/с, Агдаме, Шамкире, Гёйгёле, Гедабее – 16 м/с.

    По данным станции “Нефтяные камни”, максимальная высота волн в открытом море достигала 4 м.

    Минимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 3 градуса тепла, низменных районах – 2, Нахчыванской АР – 7, горных районах – 10 градусов мороза.

  • Bakıda külək güclənib, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

    Narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygöl, Gədəbəydə 16 m/s-dək güclənib.

    “Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü dörd metrə çatıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

  • Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı

    Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən S.Mustafayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və iş yeni apellyasiya baxışına təyin edilib.

    İttihama görə, S.Mustafayeva Sumqayıt şəhərində yerləşən avtomobil sürtkü yağları və akkumulyatorların satışı ilə məşğul olan şirkətlərin birində mühasib vəzifəsində işləyib.

    O, 12 iyun 2023-cü il tarixdə, saat 16:30-da çalışdığı şirkətin inzibati binasında, həmin şirkətin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan zərərçəkmiş V.Hüseynovanın oturduğu otağa daxil olub. Təqsirləndirilən şəxs ona əməkhaqqının verilməsini gecikdirdiyini bəhanə edərək irad tutub. Sonra S.Mustafayeva otaqda olan digər işçilərin gözü qarşısında V.Hüseynovanı nalayiq ifadələrlə təhqir edib və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib.

    Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə S.Mustafayeva 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkünlüyü yoxlanılaraq apellyasiya şikayətinə baxılmasına xitam verilib, Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə baxışının təyin edilməsinə dair qərar ləğv edilib. S.Mustafayevanın cinayət işinin Sumqayıt Şəhər Məhkəməsinə məhkəmənin hazırlıq iclasına qaytarılması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilib.

  • В Баку девочка-подросток пострадала при наезде автомобиля

    В поселке Локбатан Гарадагского района Баку 15-летняя девочка-подросток пострадала при наезде автомобиля.

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу Фатиму Алыеву (2009 г.р.).

    Пострадавшую с различными травмами доставили в больницу.

    По данному факту ведется расследование.

  • Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

    Bakının Qaradağ rayonunda 15 yaşlı qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.

    “Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Fatimə Faiq qızı Alıyeva yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В зоне российско-украинского конфликта погиб еще один азербайджанец

    Еще один азербайджанец погиб в боях в зоне российско-украинского конфликта.

    Информация об этом распространилась в социальных сетях.

    Согласно сведениям, 36-летний Тимур Алиев погиб в Луганской области Украины. Он участвовал в боевых действиях в Донецкой и Луганской областях с июля 2022 года.

    Отмечается, что покойный проживал во Львовской области Украины. Он был женат и воспитывал двоих детей.

    Напомним, что 15 декабря в зоне российско-украинского конфликта погиб еще один азербайджанец – Захид Рзаев.