Abşeronda qəza – ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Median.Az  xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *