• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Avto

“Yaşı 20-dən artıq olan nəqliyyat vasitələrinin çoxu utilizasiyaya getməlidir” – MÜTƏXƏSSİS

by
Aprel 26, 2025
in Avto
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Dünyada avtomobil utilizasiyası sahəsində fərqli modellər olsa da, məqsəd eynidir. Daha təmiz, təhlükəsiz və dayanıqlı gələcək qurmaq.

Beynəlxalq ekoloji qurumların araşdırmasına görə, istismardan çıxarılan avtomobillərin düzgün utilizasiyası illik 100 milyon tondan artıq tullantının qarşısını ala bilər. Bu, həm təbii resursların qorunması, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

Ötən ildən Azərbaycanda da utilizasiya prosesinə start verilib. Bəs, görəsən, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiya prosesi necə gedir? Vətəndaşların prosesə marağı varmı? İndiyədək nə qədər nəqliyyat vasitəsi utilizasiya edilib? Bu məqsədlə ödənilən vəsaitin həcmi nə qədər olub?

Median.Az
“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vətəndaşa iki seçim verilir

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir: “Qanunvericiliyə uyğun olaraq, ilk növbədə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılır, daha sonra ərizəçi www.nvu.gov.az portalı vasitəsilə müraciət edərək utilizatorda növbə tutur.

Təyin olunmuş vaxtda nəqliyyat vasitəsi utilizatora akt əsasında təhvil verilir və iki iş günü ərzində ərizəçiyə təsdiqedici sənəd verilir.

Təsdiqedici sənədi əldə etmiş şəxs öz istəyi ilə ya birdəfəlik ödəniş almaq üçün operatora, ya da yerli istehsal yeni nəqliyyat vasitəsini endirimlə əldə etmək üçün yerli nəqliyyat vasitəsi satıcılarına müraciət edir”.

2 916 nəqliyyat vasitəsi utilizasiyaya verilib.

Qurumdan vətəndaşların sözügedən prosesə maraq göstərdiyi vurğulanıb: “Proqrama maraq kifayət qədər yüksəkdir. Son statistikaya əsasən, 290 təsdiqedici sənəd üzrə birdəfəlik ödəniş üçün, 1903 təsdiqedici sənəd üzrə isə ümumilikdə 142 yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı üçün müraciət edilib. Ümumiyyətlə, prosesdə 2025-ci ildən etibarən ciddi şəkildə sürətlənmə müşayiət olunur. Belə ki, 2024-cü il ərzində yalnız 51 nəqliyyat vasitəsi utilizasiyaya verilmişdirsə, 2025-ci ilin təqribən dörd ayı ərzində bu say 60 dəfəyə yaxın artıb”.

İndiyədək nə qədər nəqliyyat vasitəsinin utilizasiya edildiyinə gəlincə, ASC-dən bildirilib ki, bu günə qədər 2 916 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Eyni zamanda, ərizəçilərə verilən təsdiqedici sənədlər üzrə 304 500 manat məbləğində birdəfəlik ödəniş edilib. Yerli istehsal yeni nəqliyyat vasitələrinin satışı üzrə 1 049 000 manat məbləğində güzəşt tətbiq olunub.

İşlər ləng gedir

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov isə utilizasiya prosesinin ləng aparıldığı qənaətindədir. Onun fikrincə, bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var: “Azərbaycanda təxminən 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsi var. Onların cəmi 25-30 faizinin yaşı 10 ildən azdır. Qalan avtomobillərin 20-30, hətta 40 yaşı var. Halbuki hər bir avtomobilin istismarda effektivlik əmsalı mövcuddur. Onlar elmi cəhətdən “alfa” deyilən əmsalla nəzərdə tutulur. Elə avtomobillər var ki, istismar müddətini 5-7 ilə başa vurmalıdır. Sonra istismar üçün ya yenidən əsaslı təmir olunmalı, ya da istismardan çıxarılmalıdır. Amma şəxsi avtomobil sahibləri belə avtomobillərindən əl çəkmək istəmirlər. Çünki proses könüllüdür. Bu da işləri ləngidir”.

İcra mexanizminin təkmilləşdirilməsinə ehtiyac var

Ekspert vurğulayıb ki, bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir. Hətta istismar müddətini başa vurmuş nəqliyyat vasitəsi vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur: “Bu gün vətəndaşlar yalnız xarab, hərəkət edə bilməyən nəqliyyat vasitələrindən imtina edirlər. Bunlar qeydiyyatdadır, bəzilərinin dövlət nömrə nişanları da var. Birinci mərhələdə istəyirlər ki, bunları versinlər. Amma görülən işlər kifayət deyil. Prosesi tez yerinə yetirmək üçün icra mexanizmi təkmilləşdirilməlidir. Bunun xüsusi mexanizmləri var. Azərbaycanda da həmin mexanizmlər nəzərə alınmalıdır. Məsələn, sahibkarlara müəyyən imtiyazlar verilə bilər ki, onlar da bu işlə məşğul olsunlar. Eyni zamanda, proses yarıkönüllü və məcburi xarakter daşımalıdır”.

Həm sosial ədalət, həm də texniki şərtlər

Mütəxəssis qeyd edib ki, utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması baxımından da vacibdir: “Yol-nəqliyyat hadisələri daha çox köhnə avtomobillərin iştirakı ilə baş verir. İstismara yararsız avtomobillə istismar müddəti keçmiş avtomobil tamamilə fərqli şeylərdir. Ola bilsin ki, avtomobil yaxşıdır, amma müddəti keçdiyi üçün onu utilizasiya edirlər. Bir də istismara yararsız avtomobillər var. Texniki müayinədə avtomobillərin reqlamenti, xüsusi standartları var ki, hansı avtomobillər istismara yararlı hesab olunur. Hansı nəqliyyat vasitələri istismarda təhlükə yaradırsa, onları aradan çıxarmaq lazımdır. Həm sosial ədalət gözlənilməli, həm texniki şərtlər ödənilməli, həm də insanlar narazı olmamalıdırlar. Ümumi ortaq məxrəcə gəlib bunları həll etmək lazımdır”.

F.Eyyubov bildirib ki, ölkədə yaşı 20-dən artıq olan nəqliyyat vasitələri tam şəkildə yoxlanılmalı və onların xeyli hissəsi utilizasiyaya getməlidir.

Previous Post

Robot taksilər fəaliyyətə başladı

Next Post

İranda partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb

Next Post

İranda partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.