Month: İyul 2025

  • Dənizdən meyiti tapılan şəxs tələbə imiş…

    İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib. Ətraflı O, ADDA-da “gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi olub.
    A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Tiktoker Roşka ev dustaqlığına buraxılmadı

    Tiktokda “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanzadənin məhkəməsi keçirilib. 


    Median.az – ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması təqdimatına baxılıb. 
    Məhkəmənin yekun qərarına əsasən, Rövşən Süleymanov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. 
    Onun barəsində ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvarın sonunda həbs edilib və məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülmüşdü daha sonra istintaqın gedişatında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsinə tövsiyə edilib.

    Orxan Rasifoğlu

  • Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

    Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı “WhatsApp” qruplarına bildirişlər gəlib.
     
    Bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.
     Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.
     
    İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.
    Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb
     //oxu.az

  • Türkiyədə zəlzələ oldu

    İstanbulda hiss olunan zəlzələ baş verib.

    Bu barədə AFAD məlumat yayıb.

    Məlumata görə, zəlzələnin episentri Bursanın Gemlik rayonunda yerləşib. Zəlzələ bu gün saat 12:47-də qeydə alınıb.

    Yeraltı təkanların dərinliyi 9.82 kilometr olaraq ölçülüb. Zəlzələ İstanbulda da aydın şəkildə hiss edilib.

  • Karantin rejiminin müddəti uzadıldı – Bu gündən

    Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.

    Baş nazir Əli Əsədov müvafiq qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

    Qeyd edək ki, bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

  • Xalq artistinə ağır itki

    Ötən gün Xalq artisti Miri Yusifə ağır itki üz verib.

    Azxeber.com xəbər verir ki, müğənninin atası Mirheydər Mirbabayev vəfat edib.

    Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

  • Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz

    “Bu gündən etibarən məktəbli formalarının qiymətində endirim olacaq”.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov Oxu.az-a açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.

    “İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir – qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Həmin qiymətlərin siyahısı bu gündən bizim bütün mağazalarımızın divarlarından asılacaq.

    2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq və artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır”, – deyə E.Əzimov söyləyib.

  • Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır

    Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.

    İştirakçıların nəzərinə çatdırırıq ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal

    Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.

  • Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb

    Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

    Söhbət Nijnekamsk, Saratov, Ulyanovsk və Kazan hava limanlarından gedir. Bildirilir ki, hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

    Bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

  • Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb

    Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

    A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb olunub.

    Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.