Month: September 2025

  • Sabah Bakıda bu qəsəbədə QAZ OLMAYACAQ

    Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilir ki, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

  • Qubada insan sümükləri tapıldı

    Qubada insan sümükləri tapılıb.

    Son günlər müşahidə olunan güclü yağış nəticəsində Quba rayonunun Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib. Nəticədə kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.

    Faktla bağlı araşdirma aparılir.
    //unikal.az

  • Bu arayışları da “ASAN xidmət” verəcək

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi zəruridir.

    Bu məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunub.

    Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair, habelə narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlanması nəzərdə tutulur.

    Həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik edilməsi gözlənilir. Bundan başqa, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Dövlət Komissiyası haqqında Əsasnamənin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.

  • Bu ərazidə avtmobil yolları əsaslı TƏMİR OLUNACAQ

    İmişli Rayon İcra Hakimiyyəti şəhərin küçələrində avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tender elan edib.

    Layihənin ümumi dəyəri 613 min manatdan çoxdur.

    Təmir işləri ilk olaraq Həzi Aslanov küçəsində aparılacaq. Layihənin həyata keçirilməsi şəhər yollarının keyfiyyətini artıracaq, nəqliyyatın hərəkətini daha rahat və təhlükəsiz edəcək.

  • Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu qırdı

    Bakıda zibil atmaq üstündə qonşu qadınlar arasında dava olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

    26 yaşlı F.Nağıyeva ilə qonşusu arasında həyətə zibil atmaq üstündə mübahisə yaranıb. Mübahisə zamanı F.Nağıyeva qonşusunun başına yumruqla zərbə vurub. Sonra yaxasından tutaraq, onu yerə yıxıb. Nəticədə, zərərçəkənin qolu sınıb, həmçinin gicgah nahiyəsi zədələnib.

    Hadisəyə görə, F.Nağıyeva barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin məhkəmə istintaqı zamanı tərəflər barışıblar. Hər iki tərəf məhkəmədən işə xitam verilməsini xahiş edib.

    Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.

  • Növbəti dəfə narkotik çəkib yola çıxan sürücü saxlanıldı

    Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.

    Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Ford Fusion” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü C.Məlikova “saxla” işarəsi verilib. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Nəticədə C.Məlikovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib. Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

    Qeyd edək ki, həmin sürücü bu ilin fevral ayında da narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində tənbeh tədbir görülüb.
    //unikal.az

  • По факту гибели супружеской пары в Сумгайыте возбуждено уголовное дело

    Прокуратура Сумгайыта возбудила уголовное дело по факту гибели супружеской пары в поселке Кимьячылар.

    Как сообщили в прокуратуре, согласно предварительной версии, Илькин Атакишиев (1987 г.р.) на почве семейного конфликта убил свою супругу Егяну Атакишиеву (1989 г.р.), после чего совершил самоубийство. В качестве орудия убийства и самоубийства Атакишиев использовал кухонный нож.

    Дело возбуждено по статьям 120.1 (умышленное убийство) и 125 (доведение до самоубийства) УК АР, ведется следствие.

  • Sumqayıtda ər-arvadın ölümü ilə bağlı cinayət işi başlanıb – Vİdeo

    Sumqayıtda ər-arvadın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə Sumqayıt rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlü Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Payızda hansı vitaminlərə daha çox ehtiyac var?

    “Payız aylarında havanın soyuması, Günəş şüalarının azalması və orqanizmin dəyişən iqlimə uyğunlaşması vitamin və mineral balansına xüsusi təsir edir”.

    Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

    Onun sözlərinə görə, bu dövrdə ən çox ehtiyac duyulan vitaminlərdən biri də C-dir:

    “O, immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən almaq mümkündür.

    Payızda Günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı daha çox görülür. Bu vitamin sümük və əzələ sağlamlığı üçün vacibdir və əsasən, yumurta sarısı, balıq növləri və süd məhsullarında olur. A vitamini dəri və selikli qişaların möhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rola malikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə, həmçinin qaraciyərdə mövcuddur.

    E vitamini isə güclü antioksidant kimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq, günəbaxan tumu və zeytun yağında çoxdur.

    B qrupu vitaminləri, xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən almaq olar”.

    Mütəxəssis-ekspert bildirib ki, payızda, həmçinin sink, dəmir və maqnezium kimi minerallara xüsusi ehtiyac duyulur ki, bunlar da immuniteti gücləndirir.

  • Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi

    Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Sərəncamla Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün DÖVLƏT PROQRAMI ilə bu linkdən tanış olmaq mümkündür.