Month: September 2025

  • Anım Günü hava necə olacaq?

    Sentyabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava necə olacaq?

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.

  • Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini bıçaqladı

    Bakıda gecə klubunda dava düşüb.

    Hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klubunda baş verib . 2009-cu il təvəllüdlü Mələk Həsənova (adı və soyadı şərtidir) Elnur adlı oğlanla sevgili olub. Elnur bir müddətdən sonra Mələkdən ayrılıb və Mələk Həsən adlı başqa oğlanla sevgili olmağa başlayıb.

    Bir müddət öncə Mələk rəfiqəsi ilə gecə klubunda olarkən, Elnur da ora gəlib və Mələyə yaxınlaşıb nəsə deyib. Mələk gecə klubunda yüksək musiqi səsindən onun danışığını eşitməyib və Elnuru küçəyə çağırıb. Onlar küçəyə çıxarkən Mələyin sevgilisi Həsən onlarla rastlaşıb və məsələni aydınlaşdırmaq istəyib.

    Nəticədə Elnurla Həsən arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Elnur Həsəni yerə yıxaraq ona yumruq və təpik zərbələri endirib. Bunu görən Mələk üzərində gəzdirdiyi bıçaqla Elnuru vurub.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, Mələk Həsənova saxlanılıb.

    Səbail Rayon Məhkəməsinin hökmü ilə Mələk Həsənova 3 il azadlıqdan məhrum edilib.

    Məhkəmə yeniyetmə olmasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib.
    //oxu.az

  • Lənkəranda təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı

    Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib.

     
    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. 
    Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.
    Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır

    Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

    Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Xankəndidə ev yandı

    Xankəndi şəhərində yanğın olub.

    Yanğın hadisəsi Xankəndi şəhər ərazisində yaşayış olmayan evdə baş verib.

    Hadisə yerinə FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qarabağ”ın oyununa 27 500 bilet satılıb

    Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 bilet satılıb.

    Bu barədə Ağdam klubundan məlumat verilib.

    Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

  • Vətən müharibəsi qazisi vəfat etdi

    Vətən müharibəsi qazisi Rəşad Qocayev vəfat edib.

    O, Qazax rayonunda dünyasını dəyişib.

    Qeyd edək ki, R.Qocayev müharibədən sonra bir neçə medalla təltif edilib.

  • Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı açıqlandı –

    Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı açıqlanıb.

    Bu, Dövlət Statistika Komitəsinin Statistik infoqrafikasında qeyd edilib.

    Bildirilib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi, 63 orta-ixtisas təhsil müəssisəsi, 87 peşə təhsil müəssisəsi, 4362 orta məktəb, 1872 məktəbəqədər təhsil müəsisəsi fəaliyyət göstərir.

  • Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

    Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

  • Liposaksiyadan sonra bədəni çürüyür – Ana olmaqdan da məhrum oldu – VİDEO

    Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir.

    Bu barədə “Xəzər” TV-yə danışan şikayətçi bildirib ki, əməliyyatı “Uğur-777” estetik klinikasında həkim Firuzə Əliyeva icra edib.

    Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından o, “Uğur-777” estetik klinikasının rəhbəri Xəyalə İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasını tövsiyə edib. Bu dəfə isə əməliyyat daha ağır fəsadla nəticələnib.

    Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan qadın hazırda çarəsiz vəziyyətdə olduğunu bildirib.

    Xəyalə İsmayılova isə qeyd edib ki, Cəmalə Rüstəmovanın şikayəti ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

    Baş Prokukorluqdan verilən məlumata görə, qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işinin araşdırılması davam etdirilir.