Month: September 2025

  • Qayda pozan “Prius” ağır qəza törətdi – VİDEO

    20 sentyabr 2025-ci il tarixdə saat 23:00 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    “İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4 “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olmuş və bu zaman hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə toqquşmuşdur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.

    Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır”, – deyə məlumatda qeyd olunub.

  • İki gün əvvəl maşın vurmuşdu – Xəstəxanada vəfat etdi

    İki gün əvvəl Şəki şəhər ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Qəzada ağır kəllə-beyin xəsarətləri alan piyada reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq qəzada yaralanan Hasil Əsgərov ötən gecə xəstəxanada ölüb.

    Yol qəzası ilə əlaqədar Şəki Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Güllü eyvandan yıxılıb öldü

    Türkiyə “Arabesk” musiqisinin sevilən simalarından olan Güllü dünyasını dəyişib.

    Bu barədə onun oğlu sosial şəbəkədə məlumat verib.

    Bildirilir ki, müğənni Yalovanın Çınarcık qəsəbəsindəki evinin eyvanından yıxılaraq həyatını itirib.

    Qeyd edək ki, sənətçinin “Her Şeyim Oldun”, “Sabah Olmadan”, “Bendeki Sen” və “Varlığın Yeter” kimi mahnıları var.

  • Tokayev “saxlanıldı” xəbəri ilə məşhurlaşan naziri işdən çıxardı

    Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu vəzifəsindən azad edilib.

    Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

    Tokayevin digər sərəncamı ilə Murat Nurtleu Qazaxıstan Prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib. Bundan əlavə, Tokayev 2020-2023-cü illərdə Rusiyada səfir vəzifəsində çalışmış Ermek Koşerbayevi xarici işlər naziri təyin edib.

    Xatırladaq ki, ötən ay bəzi xarici media orqanlarında Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleunun saxlanılması ilə bağlı məlumatlar yayılmışdı. Qazaxıstan rəsmiləri xəbəri təkzib etmiş, bunun həqiqətə uyğun olmadığını açıqlamışdı.
    //unikal.az

  • Magistral yolda rusiyalı deputatın meyiti tapıldı

    Krasnodar diyarının Tixoretski rayon şurasının deputatı Vitali Kapustinin meyiti magistral yolda tapılıb.

    44 yaşlı deputatın ölümü ilə bağlı araşdırmalara başlanılıb. İstintaq orqanları bildiriblər ki, ilkin məlumat cinayət xarakteri daşımır. Lakin şahidlərinin sözlərinə görə, meyit ağacdan asılmış vəziyyətdə, əlləri arxadan bağlı halda olub.

    Qeyd edək ki, Kapustin deputat kimi işləməklə yanaşı, “Kubanspetsstroy” MMC tikinti şirkətinin direktoru vəzifəsində çalışıb.

  • В Конституции Словакии закрепили положение о двух полах – мужском и женском

    Парламент Словакии закрепил в Конституции страны положение о двух полах – мужском и женском.

    Об этом сообщил телеканал Markiza.

    Большинство представителей оппозиционных партий не участвовали в голосовании. Поправки в конституцию были приняты при поддержке минимального числа парламентариев – 90 из 150 депутатов.

    В январе премьер-министр Словакии Роберт Фицо заявил, что в стране планируют закрепить в конституции положение о признании только двух полов – мужского и женского. Он напомнил, что с такой же инициативой выступил президент США Дональд Трамп. По словам премьера Словакии, данное решение является “возвращением к здравому разуму”.

    До этого глава Белого дома запретил правительственным учреждениям вывешивать флаги ЛГБТ и BLM.

  • Slovakiya Avropada mühüm dəyişiklik etdi: Konstitusiyada iki cins haqqında maddə qəbul edildi

    Slovakiya parlamenti ölkənin konstitusiyasında yalnız iki cinsin – kişi və qadın cinsinin tanınması ilə bağlı maddəni təsdiqləyib.

    Bu barədə “Markiza” televiziya kanalı xəbər yayıb.

    Konstitusiyaya edilən dəyişikliklər parlament üzvlərinin minimal sayının dəstəyi ilə – 150 deputatdan 90-nın səsi ilə qəbul edilib.

    Yanvar ayında Slovakiyanın Baş naziri Robert Fitso bildirmişdi ki, ölkədə konstitusiyada yalnız iki cinsin – kişi və qadının tanınması ilə bağlı maddənin təsbit edilməsi planlaşdırılır. O, ABŞ Prezidenti Donald Trampın da oxşar təşəbbüslə çıxış etdiyini xatırladıb. Slovakiya baş nazirinin sözlərinə görə, bu qərar sağlam düşüncəyə qayıdışdır.

    Bundan əvvəl Ağ Ev rəhbəri hökumət qurumlarına LGBT və BLM bayraqlarını asmağı qadağan etmişdi.

  • Qaradağda ağacəkmə aksiyası keçirilib

    26 sentyabr 2025-ci il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt (Qazax) yolunun 30-cu kilometrliyində ağacəkmə aksiyası keçirilib.

    Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkilləri Aydın Heseynov, Səbinə Xasıyeva, Zaur Şükürov, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayonun fəal sakinləri iştirak edib.

    Daha sonra Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın müavini və şöbə müdirləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, öz çıxışda qeyd etdi ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycana qarşı növbəti təcavüzə başladılar.

    Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Müharibə başlanandan Zəfər Gününə qədər Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Şuşa əraziləri işğaldan azad edildi. 44 günlük Vətən müharibəsindən sonra – Ağdam, Kəlbəcər, Laçın rayonları üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarıldı. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bu qələbədə Ali Baş Komandanın, xalqın və Ordunun birliyi əsas rol oynadı. Çıxış edən Millət vəkili Aydın Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

    Millət vəkili Səbinə Xasayeva iştirakçıların diqqətinə çatdırdı ki, 44 günlük müharibədən sonra 2023-cü il sentyabrın 20-sində Azərbaycan silahlı qüvvələri antiterror əməliyatı ilə ərazilərimizin bütövlüyünü və suverenliyini tam təmin etdi. Hazırda Qarabağ ərazisində tikinti, quruculuq və bərpa işləri yüksək səviyyədə və sürətlə davam etməkdədir. Məcburi köçkünlər də mərhələli şəkildə öz yurdlarına qayıdırlar. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzərində gərgin iş aparılır. Ümidvarıq ki, Ali Baş Komandanın apardığı siyasət sayəsində tezliklə böyük sülhə nail olunacağıq. Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev tarixi keçmişimizi diqqətə çatdıraraq Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə aparan və qələbələrə nail olan sərkərdələrin fəaliyyətindən danışdı. Ümumilli Liderin müstəqillik dövründəki hakimiyyəti illərində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı siyasətindən danışdı. Ali Baş Komandanın bütün tarixi mübarizələrin Zəfər və ərazi bütövlüyü ilə yekunlaşdırdığını bildirdi.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram və diqqət, qayğı göstərdiyini vurğuladı. Çıxış edən şəhid valideynləri və müharibə iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərimizə şəfalar, iştirakçılara cansağlığı və uğurlar arzuladı.

  • Simonyanın əri öldü

    “Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyanın həyat yoldaşı Tiqran Keosayan 59 yaşında vəfat edib.

    Bu barədə məlumatı TASS yayıb.

    Xatırladaq ki, bu ilin yanvarında rejissor və jurnalist olan T.Keosayanın komada olduğu açıqlanmışdı. Keosayan və Simonyan 2022-ci ildən ailəli idilər. M.Simonyan bir müddət əvvəl özünün də onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi.

  • Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev həbs edildi

    Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib.

    Oxu.az-ın məlumatına görə, adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

    İttihama görə, o, 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    M.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

    İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib.

    Məhkəmədə ifadə verən M.Hacıyev ittihamları qəbul etməyib və 3 saylı Uşaq Evində baş verən neqativ hallar barədə açıqlamalar verdiyi üçün şərlənib. O, ittihamlardan xəbərsiz olduğunu bildirib.

    Prosesdə zərərçəkmiş qismində ifadə verən 2012-ci il təvəllüdlü oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

    Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə M.Hacıyev 10 il azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, M.Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb. Məhəmməd Eldəniz oğlu Hacıyev 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb.

    Valideynlərini itirdikdən sonra o, 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, uşaq evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.