Month: September 2025

  • Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar

    Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirib.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilib ki, Mingəçevir su anbarında keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb. Yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinlərindən 2 ədəd dəmir qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8 ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi sübut kimi götürülüb. Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə 8 715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti – elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinlərindən bir ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1 023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.

    Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9 198 manat zərər dəyməsi müəyyən edilib.

  • Bakıda restoranda heyvanların qanunsuz saxlanıldığı aşkarlanıb

    Vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı Bakı şəhəri Xətai rayonunda yerləşən “Kolorit” restoranında monitorinq keçirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

    Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

  • В Загатале произошло ДТП

    В Загатале произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Oxu.Az, на одной из улиц города столкнулись автомобили Opel и ВАЗ-21015.

    В результате ДТП водитель ВАЗа Парвин Ибрагимов (1991 г.р.) и его пассажир Лазым Ибрагимов (1976 г.р.) были госпитализированы с травмами.

    По данному факту ведётся расследование.

  • Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib

    Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, küçələrin birində “Opel” və VAZ-21015 avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1991-ci il təvəllüdlü Pərvin İbrahimov və sərnişini, 1976-cı il təvəllüdlü Lazım İbrahimov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Laza kəndinə gələn palçıq seli 10 ev üçün təhlükə yaradıb – Sakinlər təxliyə ediliblər

    Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.

    “Üç gündür çaya sel gəlir. Kənddə bir neçə evi, çörək bişirən yeri, mağazanı su basıb. Bəzi evlərin sakinləri təxliyə olunub, evdəki avadanlıqları çıxarıblar”, – deyə Laza kənd sakini Sərxan Ağakişiyev bildirib.

    Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun sözlərinə görə, sellə gələn palçıq qatı 10 ev üçün təhlükə yaradıb. Bununla əlaqədar 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülüb. Əraziyə texnikalar cəlb olunaraq, çay məcrasının təmizlənməsi, bəndlərin qurulması və palçıq axının istiqamətləndirilməsi işləri aparılıb.

    “Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri nəzarət edir və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür”, – deyə o əlavə edib.

    Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

  • В здании Гянджинского городского суда произошел пожар

    Сегодня утром в подвале Гянджинского городского суда, расположенного на проспекте Ататюрка, произошел пожар.

    Как сообщает teleqraf.az, на место происшествия были направлены четыре пожарные машины.

    Пожар, возникший в результате возгорания одного из устройств в подвале, был потушен.

  • Gəncə Şəhər Məhkəməsinin binasında yanğın olub

    Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə yerinə dörd yanğınsöndürən cəlb olunub.

    Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.

  • Александр Вучич: Президент Ильхам Алиев – настоящий друг

    Азербайджан и Президент Ильхам Алиев – наши стратегические партнеры и настоящие друзья, в современном мире нелегко сказать это о ком-либо.

    Об этом АЗЕРТАДЖ заявил президент Сербии Александр Вучич.

    Он отметил, что Президент Азербайджана Ильхам Алиев – не только известный в Сербии лидер, но и человек, любимый сербским народом.

    “В то же время мы расширили наше сотрудничество на различных уровнях. Накануне в Баку, в вашей стране, был наш спикер парламента, и мы сотрудничаем в различных областях и по различным вопросам, от сельского хозяйства до военно-технического сотрудничества. Мы будем делать это и в будущем, будем повышать и совершенствовать уровень сотрудничества. Передаю наилучшие пожелания нашим азербайджанским друзьям и моему брату, Президенту Ильхаму Алиеву”, – добавил президент Сербии.

  • Aleksandar Vuçiç: “Prezident İlham Əliyev əsl dostdur”

    “Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımız və hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil”.

    Median.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

    O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də Serbiya xalqının sevdiyi şəxsdir.

    “Eyni zamanda, biz müxtəlif səviyyələrdə əməkdaşlığımızı genişləndirdik. Bir gün əvvəl parlament sədrimiz Bakıda, sizin ölkənizdə oldu və biz kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə, müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Biz bunu gələcəkdə də edəcəyik, əməkdaşlığın səviyyəsini yüksəldəcəyik və təkmilləşdirəcəyik. Azərbaycanlı dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”, – deyə Serbiya Prezidenti əlavə edib.

  • Из Сирии возвращены семь граждан Азербайджана

    17 сентября 2025 года с территории лагерей в Сирийской Арабской Республике в Азербайджан были возвращены семь граждан страны, среди которых одна женщина и шестеро детей.

    Об этом сообщили в Аппарате уполномоченного по правам человека (омбудсмен) Азербайджана.

    Сотрудники аппарата провели встречу с указанными лицами, размещенными в учреждении социального обслуживания Агентства социальных услуг при Министерстве труда и социальной защиты населения, и изучили состояние обеспечения их прав.

    На встрече женщине и детям рассказали о мандате, деятельности и возможностях обращения к омбудсмену, а также дали рекомендации по социальной адаптации детей, их образованию, оформлению документов и другим вопросам.

    Кроме того, состоялась беседа с руководством и сотрудниками учреждения, в ходе которой была получена информация о проводимой работе с размещенными лицами.