Month: September 2025

  • Suriyadan biri qadın, altısı uşaq olmaqla yeddi nəfər ölkəmizə gətirildi

    17 sentyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan biri qadın, altısı uşaq olmaqla yeddi nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilib ki, aparatın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçiriblər, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.

    Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıblar, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.

    Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.

  • Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: “Qonşunun oğlu ilə gəzirsən”

    Gəncə şəhərində 1978-ci il təvəllüdlü Xəlil qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Güllünü (adlar şərti verilib – red) öldürməyə cəhd edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, o, 2000-ci ildən nikah münasibətində olduğu arvadı Güllünün onunla yaxınlıq etməkdən imtinasını xəyanət eləməsi ilə əlaqələndirib.

    Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. O, bıçaqla qadına zərbələr vurub. Anasının köməyinə gələn övladı atasına aktiv müqavimət göstərib və yaralı anasını dərhal xəstəxanaya çatdırıb.

    Vaxtında tibbi yardım alan qadının həyatını xilas etmək mümkün olub.

    İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    “Davranışı mənə pis təsir etdi”

    İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, arvadı ilə 2000-ci ildə rəsmi nikaha daxil olub, iki övladları var:

    “Güllü ilə aramızda tez-tez mübahisə olurdu. 2022-ci il sentyabrın sonunda evdə mərhum atam Zahidin ölümünün ikinci ildönümü ilə bağlı ehsan süfrəsi açıldı. Bacım Səbinə və qohumlar işdən gələn Güllüyə ehsan yeməyi tövsiyə etsələr də, o imtina etdi. Güllünün bu davranışı mənə pis təsir göstərdi.

    Bir neçə gün sonra Güllü işdən gələndə yenidən mübahisə etdi, əsəbiləşərək evin əşyalarını sındırdı, küsərək Məhsəti qəsəbəsinə getdi. Onunla barışdım və evə gətirdim. Təxminən bir həftə sonra Güllü oğlum Sərxanı əleyhinə öyrətdiyimi bəhanə edərək mənimlə mübahisə etdi. Onun niyə bu qədər əsəbi olduğunu araşdırdım və “YouTube” sosial şəbəkəsində həkim-ginekoloqun “vaginizm” xəstəliyi haqqında müsahibəsinə baxdım.

    Xəstəliyin əlamətlərinin Güllüdə olması qənaətinə gəldim. Yeni Gəncə qəsəbəsində yaşayan bacımın evinə getdim, bu barədə ona bildirdim. Müsahibədə xəstəliyi daşıyanların öz problemlərini gizlətdiyi qeyd edilib. Bacımla Güllünü Bakı şəhərinə, həmin həkim-ginekoloqun yanına aparmaq barədə razılaşdıq”.

    “Bu xəstəliyinə görə gətirdiyimi izah etdim”

    Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Güllü və bacısı Səbinə ilə birlikdə Bakı şəhərində xəstəxanaya gediblər: “Səbinə Güllünü həkimin qəbuluna yazdırdı. Bu zaman o, məsələni başa düşdü. Müayinədən əvvəl bacım həkimə Güllünün əsəbi olduğunu və onda “vaginizm” xəstəliyinin əlamətlərinin sezildiyini dedi.

    Müayinədən sonra həkim mənə Güllüdə həmin xəstəliyin əlamətlərinin olmadığını bildirdi. Bacım Səbinə Gəncə şəhərinə qayıtdı, arvadımla mən birlikdə Bakı şəhərində qaldıq.

    Saat 18 radələrində arvadımla Gəncəyə qayıdanda hansı səbəbə aldadılaraq onu həkimə gətirildiyimi soruşdu. Mən də xəstəliyinə görə gətirdiyimi izah etdim. Güllü məsələni oğlum Sərxana danışdı, ginekoloqa onunla gedəcəyini dedi. Mən ona oğlumu bu məsələyə qatmamasını bildirdim”.

    “Polisə təslim oldum”

    Xəlil bildirib ki, növbəti gün saat 6-da yuxudan oyanıb, oğlu Sərxan həyətə heyvanlara yem vermək üçün mal tövləsinə gedib:

    “Güllü də Sərxanın ardınca getdi. Mən arvadıma oğluma mane olmamağı bildirdim. O, sözümə əhəmiyyət verməyərək oğlumla mübahisəyə davam etdi.

    Sərxan işini qurtardıqdan sonra hamama girdi. Güllü isə birinci mərtəbədə yataq otağına daxil olaraq mənimlə mübahisəyə başladı. Mübahisə zamanı Güllü məni, daha sonra mən də onu itələdim. Əlimdə yemək hazırlamaq üçün bıçaq vardı. Çox əsəbiləşdiyim üçün əlimdəki bıçaqla ona zərbələr endirdim.

    Güllü xəsarət aldıqdan sonra bərkdən oğlumu çağırdım. O gələndə arvadım döşəmənin üzərinə yıxılmışdı, özüm isə şok vəziyyətdə kənarda durmuşdum.

    Sərxan bıçağı əlimdən alaraq yerə atdı, anasına qonşuya getməyi təklif etdi. Anası çıxdıqdan sonra Sərxan da evi tərk etdi. Mən bıçağı, Güllüyə və özümə məxsus mobil telefonları götürərək evdən getdim.

    Güllünün telefonunu götürməkdə məqsədim onu kimin öyrətməsini öyrənmək idi. Telefona baxdım, heç nə aşkar etmədim. Bıçağı və telefonları sındıraraq Xan arxına tulladım. Sumqayıt şəhərinə gedərək ad və yerini dəqiq xatırlamadığım hoteldə qaldım. Ardınca polis idarəsinə gedərək təslim oldum”.

    “Münasibətim olduğunu bildirdi”

    İş üzrə zərərçəkmiş Güllünün sözlərinə görə, həyat yoldaşı Xəlil 2022-ci ildə dostları ilə görüşdükdən sonra evə qayıdanda altı ay müddətində bir nəfər şəxsə onu izlətdirdiyini, yolunu azdığını və adına söz çıxdığını deyib:

    “Xəlildən məni izləyən şəxsin kim olduğunu və məni harada gördüyünü soruşdum. O isə “getdiyin qapını bilmirsən?!” deyə kinayəli formada cavab verdi.

    Sualı təkrarlayanda, Xəlil mənə qonşumuz Ramalgilə getdiyimi, onun oğlu Rafiq ilə münasibətim olduğunu bildirdi”.

    Güllü qeyd edib ki, növbəti günlərdə Xəlil səhhətində problem olduğu üçün müalicəyə Bakıya getməyi xahiş edib: “Mənə Bakıda işləyən həkimin əmisi oğlunu müalicə etdiyini bildirdi.

    Həmin gün saat 05:30-da ərim Xəlil və baldızım Səbinə ilə birlikdə Bakı şəhərinə getdik. Xəstəxanada bildim ki, ərim mənim başqa şəxslə münasibətim olmasından şübhələndiyi üçün ginekoloqa gətirib. Məlumatım olmadan götürdüyü şəxsiyyət vəsiqəsini xəstəxanada həkimə verib, həkimlə təklikdə söhbət edib.

    Həkim-ginekoloq tərəfindən müayinə edildikdən sonra Xəlil bacısını Gəncəyə yola saldı. “Bu nə oyundur, başıma açırsan” deyərək ərimlə mübahisə etdim. O mənə evdə cadu qoyduğuma görə səhhətində problem yarandığını dedi. Təkrar onunla mübahisə etdim, boşanacağımı dedim”.

    “Qəfil kürəyimdən vurdu”

    Zərərçəkmiş deyib ki, hadisə günü səhər saat 8 radələrində həyəti süpürdükdən sonra evin birinci mərtəbəsindəki otağa girib:

    “Xəlil məni görüb arxamca otağa gəldi. Çantamdan kosmetika götürdüyüm zaman qəfil kürək nahiyəmin sağ və sol tərəfinə bir neçə bıçaq zərbəsi vurdu. Oğlumu çağırdım, o gəlib Xəlilin əlindən bıçağı aldı və qabağını kəsdi. Mən çətinliklə qonşun Cəlilin evinə getdim. O, təcili tibbi yardıma zəng etdi, oğlum da ardımca gəldi. Təcili tibbi yardımla məni Gəncə şəhər 3 saylı xəstəxanaya apardılar”.

    Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında uyğun cəza təyin olunmasını xahiş edib.

    Gəncə Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb.

  • Турецкие спортсмены прибыли в Азербайджан для участия в III Играх СНГ

    26 сентября турецкая команда по човгану (конному поло), состоящая из 5 человек, прибыла в Азербайджан для участия в III Играх СНГ.

    В Международном аэропорту имени Гейдара Алиева турецких спортсменов встретили представители Организационного комитета соревнований.

    III Игры СНГ пройдут с 28 сентября по 8 октября в семи городах Азербайджана – Гяндже, Евлахе, Мингячевире, Габале, Шеки, Гёйгёле и Ханкенди. Церемонии открытия и закрытия состоятся на Гянджинском городском стадионе.

  • Türkiyə idmançıları III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəliblər

    Sentyabrın 26-da Türkiyənin çövkən idman növü üzrə 5 nəfərdən ibarət heyəti Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda türkiyəli idmançıları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.

    III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

  • Будет ли отцовский отпуск в Азербайджане оплачиваемым? – Видео

    В Азербайджане разрабатывается законопроект, предусматривающий оплачиваемый отцовский отпуск. Хотя он существует и сейчас, большинство мужчин им не пользовались. Основная причина в том, что в соответствии с действующим законодательством такой вид отпуска является неоплачиваемым.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, по словам зампредседателя комитета Милли Меджлиса по вопросам семьи, женщин и детей Жали Алиевой, продолжительность оплачиваемого отцовского отпуска останется прежней – 14 рабочих дней.

    Депутат подчеркнула, что этот шаг будет способствовать укреплению института семьи в стране и более справедливому распределению родительской ответственности.

    Подробнее – в видеоматериале:

  • Azərbaycanda atalıq məzuniyyəti ödənişli olacaq? – Video

    Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olmasıdır.

    Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın sözlərinə görə, ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək və əvvəlki kimi 14 iş günü olaraq qalacaq.

    Millət vəkili bildirib ki, bu addım ölkədə ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin isə daha ədalətli bölüşdürülməsinə xidmət edəcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Лейла Алиева поделилась публикацией из Нью-Йорка – Фото

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в своем Instagram-аккаунте публикацией из Нью-Йорка, США.

    На фотографии запечатлены Президент Азербайджана Ильхам Алиев и члены его семьи.

    Представляем вниманию читателей данную публикацию.

  • Leyla Əliyeva Nyu-Yorkdan paylaşım etdi – Video

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Nyu-Yorkdan növbəti paylaşım edib.

    L.Əliyevanın rəsmi “Instagram” hesabında paylaşılan fotoda Prezident İlham Əliyev və ailə üzvləri əks olunublar.

    Həmin paylaşımı təqdim edirik:

  • В Фатмаи и Горадиле отключен свет

    В связи с ремонтно-восстановительными работами на ряде территорий, относящихся к Управлению энергоснабжения и сбыта Баглар, возник перерыв в энергоснабжении.

    Об этом сообщили в ОАО “Азеришыг”.

    В связи с ремонтными работами, проводимыми в 6 кВ-х секциях 110/35/6 кВ-й подстанции №136 на участке УЭСиС с 09:00 до 13:00 введено ограничение на подачу электроэнергии в дачные массивы, а также некоторые территории сёл Фатмаи и Горадил.

    После завершения ремонтных работ данные населённые пункты будут обеспечены более качественной электроэнергией.

  • Fatmayı və Goradildə elektrik enerjisində kəsinti yaranıb

    Bağlar Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, bağlar ETSİ ərazisində bu gün 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 9:00-dan Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq edilib.

    Məhdudiyyətin 13:00-dək davam edəcəyi bildirilir.

    Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.