Month: September 2025

  • Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

    Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə DGK məlumat yayıb.

    Bildirilib ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq – Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В день официального открытия III Игр стран СНГ на некоторых дорогах Гянджи будут действовать ограничения

    В день официального открытия III Игр стран СНГ на некоторых дорогах Гянджи будут действовать ограничения.

    Об этом сообщили в пресс-службе соревнований.

    С 06:00 до 00:00 28 сентября движение транспорта будет полностью ограничено на нижеуказанных проспектах и улицах Гянджи:

    1. проспект Ататюрка, пересечение с улицей Теймура Гаджиева;

    2. проспект Ататюрка, пересечение с улицей Баку;

    3. проспект Ататюрка, пересечение с улицей Мамеда Алима;

    4. проспект Ататюрка, пересечение с улицей Самед бека Мехмандарова;

    5. проспект Ататюрка, пересечение с улицей Билала Гахраманова;

    6. проспект Ататюрка, пересечение с улицей Фейзуллы Мирзы;

    7. проспект Ататюрка, пересечение с улицей Мухаммеда Физули;

    8. проспект Ататюрка, пересечение с улицей Гасым бека Закира;

    9. проспект Ататюрка, пересечение с улицей Расула Рзы;

    10. проспект Ататюрка, пересечение с улицей Баку;

    11. улица Чингиза Мустафаева, пересечение с улицей Сити Гянджеви;

    12. улица Ашраф бека Тагиева, пересечение с улицей Хамса;

    13. улица Омара Фаига Неманзаде, пересечение с улицей Хамса;

    14. улица Мухтара Авшарова, пересечение с улицей Шакира Керимова;

    15. улица Мухаммеда Физули, пересечение с улицей Баку;

    16. улица Мамеда Адыгезалова, пересечение с улицей Ашраф бека Тагиева;

    17. улица Мамеда Адыгезалова, пересечение с улицей Тургута Озала;

    18. улица Билала Гахраманова;

    19. улица Билала Гахраманова, пересечение с улицей Тургута Озала.

    Напомним, III Игры стран СНГ пройдут с 28 сентября по 8 октября 2025 года в семи городах Азербайджана – Гяндже, Евлахе, Мингячевире, Габале, Шеки, Гёйгёле и Ханкенди. Церемонии открытия и закрытия состоятся на Гянджинском городском стадионе. Оба мероприятия начнутся в 19:00 по местному времени.

  • III MDB Oyunlarının rəsmi açılış günündə Gəncənin bəzi yolları BAĞLI OLACAQ

    III MDB Oyunlarının rəsmi açılış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

    Bu barədə MDB Oyunlarının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, açılış mərasiminin keçiriləcəyi 28 sentyabr tarixində səhər 06:00-dan gecə 00:00-a kimi Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

    1. Atatürk prospekti, Teymur Hacıyev küçəsi ilə kəsişməsi

    2. Atatürk prospekti, Bakı küçəsi ilə kəsişməsi

    3. Atatürk prospekti, Məmməd Alim küçəsi ilə kəsişməsi

    4. Atatürk prospekti, Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsi

    5. Atatürk prospekti, Bilal Qəhrəmanov küçəsi ilə kəsişməsi

    6. Atatürk prospekti, Feyzulla Mirzə küçəsi ilə kəsişməsi

    7. Atatürk prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi

    8. Atatürk prospekti, Qasım bəy Zakir küçəsi ilə kəsişməsi

    9. Atatürk prospekti, Rəsul Rza küçəsi ilə kəsişməsi

    10. Atatürk prospekti, Bakı küçəsi ilə kəsişməsi

    11. Çingiz Mustafayev küçəsi, Siti Gəncəvi küçəsi ilə kəsişməsi

    12. Əşrəf bəy Tağıyev küçəsi, Xəmsə küçəsi ilə kəsişməsi

    13. Ömər Faiq Nemanzadə küçəsi, Xəmsə küçəsi ilə kəsişməsi

    14. Muxtar Avşarov küçəsi, Şakir Kərimov küçəsi ilə kəsişməsi

    15. Məhəmməd Füzuli küçəsi, Bakı küçəsi ilə kəsişməsi

    16. Məmməd Adıgözəlov küçəsi, Əşrəf bəy Tağıyev küçəsi ilə kəsişməsi

    17. Məmməd Adıgözəlov küçəsi, Turqut Özal küçəsi ilə kəsişməsi

    18. Bilal Qəhrəmanov küçəsi

    19. Bilal Qəhrəmanov küçəsi, Turqut Özal küçəsi ilə kəsişməsi.

    Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

  • Gəlin maşınının qarşısını kəsib nərd oynadılar – Bəyin dörd dostu həbs edildi

    Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib.

    Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına səbəb olublar. Bu zaman maşınlardan enən bir neçə nəfər yolun ortasında əllərində rəngli tüstü tutaraq magistralın ortasına masa qoyublar. Masanın ətrafında dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, toy şirinliyi kimi pul vermələrini istəyiblər. Bununla da arxadan hərəkət edən toy karvanına aidiyyəti olmayan digər avtomobillərdəki şəxslərin dayanaraq onları gözləməsinə zəmin yaradıblar. Bu da digər vətəndaşların narazılığı ilə nəticələnib.

    Eyni zamanda həmin anın görüntülərini “TikTok”da paylaşaraq sosial müzakirələrə səbəb olublar.

    Aparılan araşdırma zamanı magistral yolu kəsən şəxslərin 1977-ci il təvəllüdlü S.M., 1996-cı il təvəllüdlü F.G., 2001-ci il təvəllüdlü A.A. və 2002-ci il təvəllüdlü E.Q. olmaları müəyyən edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

    Astara Rayon Məhkəməsinin qərarı ilə dörd nəfərin hər birinə dörd sutkalıq inzibati həbs verilib.

  • Dövlət başçısı Türkmənistanın Prezidentini təbrik etdi

    Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik ünvanlayıb.

     
    Təbrikdə deyilir:
    “Hörmətli Sərdar Qurbanquliyeviç,
    Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
    Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Təqaüdçü yardım istədi, kartından pul çəkildi

    Bakıda təqaüdçüdən oğurluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, S.Ağayeva təqaüdünü almaq üçün Nəsimi rayonu, Tiblisi prospekti 3007-ci məhəllədə yerləşən marketin qarşısında quraşdırılmış bankomata yaxınlaşıb. Gözünə gün düşdüyündən ekranı yaxşı görə bilməyən təqaüdçü yaxınlıqda salfet satan yeniyetmədən yardım istəyib.

    Yeniyetmə isə S.Ağayevanın kartında 480 manat pul olduğunu görüb. O, pulu nağdlaşdırmaq üçün müvafiq əməliyyatlar edib. Lakin qadına bankomatda pul olmadığını deyib. S.Ağayeva bankomatdan uzaqlaşanda yeniyetmə pulları götürüb.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra yeniyetmə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib.

    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ibtidai istintaq zamanı tutulduğu 3 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • İnternatlara tərbiyəçi vakansiyası üzrə qeydiyyata start verilir

    Sentyabrın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə qeydiyyat başlayır.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 29 sentyabr 2025-ci il saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.

    Müsahibə mərhələsinə dəvət zamanı qeydiyyatdan keçən namizədlərin müvafiq ixtisas üzrə pedaqoji təhsili, iş stajı və yaşayış yerinin uyğunluğuna üstünlük veriləcək.

    Uyğun namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

    Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

  • TƏBİB-lə bağlı 24 min manatlıq dələduzluq

    Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinə (TƏBİB) işə düzəltmək adı ilə vətəndaşlara qarşı ələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Saatlı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Cavid adlı təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İş materiallarından məlum olur ki, o, iki nəfəri TƏBİB-ə sürücü kimi işə düəzldəcəyini vəd edib. Bunun müqabilində onların hərəsindən 12 000 manat pul alıb. Bundan başqa, o, bir nəfəri də həbsdən azad etdirəcəyini vəd edərək buna görə 4000 manat pul alıb.

    Cavid sonradan vəd verdiyi etdiyi şəxslərdən yayınmağa başlayıb. Zərəçəkmişlər aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib.

    Cavid saxlanıldıqdan sonra ona müvafiq maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı barəsində həbs qətimkan tədbiri seçilib.
    Məhkəmə zamanı Cavid verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

  • Türkiyə ilə Almaniya arasında üçillik “dönər savaşı” rəsmən bitdi

    Türkiyə, Almaniya ilə populyar türk dönəri (şaurmaya yaxın “qohum”, lakin biraz fərqli hazırlanma forması) səbəbiylə davam edən mübahisəni davam etdirməkdən imtina edib.

    Bunu “Bild” yazıb.

    Dövlətlərarası mübahisə üç ildən çox davam edib. İstanbulda yerləşən Beynəlxalq Dönər İttifaqı (Udofed), dönərin “ənənəvi delikates” kimi və tək ənənəvi resept ilə Avropa İttifaqında rəsmi qeydiyyatını tələb edirdi. Uzun illərdir böyük bir Türk icmasının yaşadığı Almaniyada dönər böyük populyarlıq qazanıb, lakin onun resepti zamanla almanların ağız dadına uyğunlaşdırılıb. Ancaq Türkiyə, Aİ-də dönərin tam olaraq ənənəvi resepti ilə – Almaniyada adi olan ət növləri, tərəvəz əlavələri və souslar olmadan qeydiyyatdan keçməsini tələb edirdi.

    Əgər Türkiyənin müraciəti qəbul edilsəydi, Aİ üzrə bütün fast-fud punktları ənənəvi türk reseptindən ən kiçik kənarlaşmada belə dönəri dönər adlandırmaq hüququna malik olmayacaqdılar. Bu isə almanların müqavimətini səbəb olub. Almaniya versiyası olan dönərin müdafiəsində federal hökumətin nazirləri belə ictimai şəkildə çıxış edib.

    “Bild” qeyd edir ki Türkiyə üç illik mübarizədən sonra bu iddiadan əl çəkib.

    “Dönərin ənənəvi delicates kimi qeydiyyat müraciəti 23 sentyabr 2025-ci ildə geri götürülüb. Bu avtomatik olaraq prosedurun dayandırılması deməkdir”, deyə “Bild”ə Avropa Komissiyasında məlumat veriblər.
    //qaynar.az

  • Tanınmış azərbaycanlı şair İranda edama məhkum edildi

    İran Ali Məhkəməsi tanınmış şair və ictimai fəal Peyman Əmin Fərəhavərin barəsində çıxarılan edam hökmünü təsdiq edib.

    Median.Az kult.az-a istinadla xəbər verir ki, bu haqda onun vəkili Ramin Səfərniya məlumat yayıb.

    Məlumata görə, şair silahlı üsyan və “müharibə”də (Allaha qarşı müharibə) günahlandırılıb.

    İnsan haqları təşkilatları 10 yaşlı uşaq atası olan şairin etiraz aksiyaları, sosial ədalət və vətəndaş hüquqlarına dair şeirlər yazıb yaydığına görə şərləndiyini bildirib.

    Qeyd edək ki, təhlükəsizlik məmurları bu ilin aprel ayında Peyman Əmin Fərəhavəri həbs edib, istintaq təcridxanasında dindirdikdən sonra Rəşt şəhərinin Lakan həbsxanasına köçürüblər.