Month: September 2025

  • Bakıda qızıl oğurlayanlar tutuldu

    Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

    Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb. Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Yabanı halda bitmiş 7 tona yaxın çətənə kolu məhv edildi

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 24-də ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə götürülüb. Həmçinin yabanı halda bitmiş 6,9 tondan artıq çəkidə 2 min 875 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

  • Xankəndidəki güclü partlayışdan 2 il ötür

    Xankəndidə separatçı rejimə məxsus yanacaq anbarının partlamasından 2 il ötür.

    Yanacaq anbarının partlaması nəticəsində 218 erməni həyatını itirib.

    Məlumata görə, 120 nəfər yaralanıb, 21 nəfər isə itkin şəxs kimi qeydiyyata düşüb.

    Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Xankəndi-Əsgəran magistralına bitişik ərazidə yerləşən benzin anbarında güclü partlayış baş verib. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi barədə indiyə qədər heç bir məlumat verilməyib.
    //unikal.az

  • Prezident İlham Əliyev BMT kürsüsündən Azərbaycanın Qələbəyə və sülhə aparan uzun yolundan danışır

    “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib.

  • Президент Ильхам Алиев выступает в рамках основных дискуссий 80-й сессии Генассамблеи ООН – Прямой эфир

    25 сентября в штаб-квартире ООН в Нью-Йорке проходят основные дискуссии в рамках 80-й сессии Генеральной ассамблеи Организации Объединенных Наций.

    Президент Азербайджана Ильхам Алиев выступает в дискуссиях.

  • Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində əsas müzakirələrdə çıxış edir – (Canlı)

    Sentyabrın 25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində əsas müzakirələr keçirilir.

    Azərbaycan Prezidenti İlham Əliyev müzakirələrdə çıxış edir.

  • III MDB Oyunlarının biletləri satışa çıxarıldı

    III MDB Oyunlarının biletləri satışa çıxarılıb.

    Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.

    Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

    Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

  • Ərdoğanla Tramp arasında görüş başlayıb

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Qeyd olunub ki, Tramp həmkarını Ağ Evin qarşısında qarşılayıb.

    Onlar Nyu- Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.

  • Paytaxtın bu yollarında tıxac var – SİYAHI

    Bakının bir sıra yollarında tıxac yaranıb.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

    3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    14. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    15. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    17. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    18. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    19. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Mingəçevirdə həkim vəfat edib

    Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkimi vəfat edib.

    Həkim Rəna Hacıyeva 67 yaşında dünyasını dəyişib.