Month: September 2025

  • Bakıda avtobuslar gücləndirilmiş rejimdə çalışacaqlar

    28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində çalışır.

    Bu barədə AYNA-dan bildirilib.

    Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.

    Oyunlarda çıxış edəcək idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi həyata keçirilir.

    III MDB Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlar həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanlarına üz tutur. Nümayəndə heyətlərinin hava limanlarından daşınması təşkil edilmiş şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus ayrılıb.

    Sentyabrın 24 və 25-də oyunlarla əlaqədar AYNA tərəfindən 6 reys həyata keçirilib və 9 avtobusla 180 sərnişin hava limanlarından tədbirlərin keçiriləcəyi şəhərlərə rahat və təhlükəsiz şəkildə aparılıb.

    Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb. Bu avtobuslardan 10-u bu gündən Qəbələdə başlayan oyunlar üçün iştirakçıların yarış məkanlarına çatdırılmasını təmin edir.

  • Qarabağda fəliyyət göstərən bu qurum üçün yeni avtomobillər ALINACAQ

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti minik və yük avtomobilləri almağı planlaşdırır.

    Ümumi dəyəri 268 min manat olan satınalma ilə bağlı açıq müsabiqə elan olunub.

    Layyihə çərçivəsində 5 ədəd minik və 1 ədəd yük avtomobili alınacaq.

    Yeni nəqliyyat vasitələrinin alınması işğaldan azad edilmiş Xankəndi, Ağdərə və Xocalıda bərpa və idarəetmə işlərinin daha səmərəli aparılmasına xidmət edəcək. Minik avtomobilləri ərazilərdə operativ hərəkətliliyi təmin edəcək, yük avtomobili (su maşını) isə xüsusilə tikinti, abadlıq və fövqəladə hallarda ehtiyacların qarşılanmasında istifadə olunacaq.

  • Baş nazir Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşüb

    Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kimlə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Görüşdə Azərbaycanda ilk dəfə olaraq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-prinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

    Ə.Əsədov idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə danışıb.

    Söhbət zamanı həmçinin Azərbaycanda qış idman növlərinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib, bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.

  • Bakıda gecə klubunda soyğunçuluq edən şəxslər SAXLANILIBLAR – Video

    Səbail rayonunda talama cinayəti qeydə alınıb. Bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərinin birində qonaq qismində olan iki nəfəri kəsici-deşici alətlə hədələyərək onların 800 manatını ələ keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verilib.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talama yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib.

    Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu

    Sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.

    Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb. Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.

  • Prezident dövlət xidmətinin bir qrup əməkdaşını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

    Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant

    Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant

    Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant

    Ağayev Vüsal Mirzağa oğlu – kapitan

    Mövlamov Füzuli Saleh oğlu – kapitan

    Musayev Mirvahid Mirələm oğlu – kapitan

    Şaliyev Şahin Eldar oğlu – kapitan

    Əliyeva Məsumə Teymur qızı – baş leytenant.

  • Начался прием заявлений на предоставление земельных участков для возделывания в селе Забух Лачынского района

    С 25 сентября начинается прием заявлений на предоставление земельных участков сельскохозяйственного назначения для возделывания в селе Забух Лачынского района, который будет осуществляться через Электронную сельскохозяйственную информационную систему (EKTIS) – сайт eagro.az. Прием заявлений от жителей села Забух продлится до конца дня 25 октября.

    Как сообщили в отделе по связям с общественностью и информационному обеспечению Министерства сельского хозяйства, выделение сельскохозяйственных земель для возделывания в селе Забух будет осуществляться в соответствии с пунктом 4.1 указа Президента Азербайджанской Республики от 27 ноября 2024 года и согласно “Правилам передачи сельскохозяйственных земель в аренду жителям сел и поселков на освобожденных территориях Азербайджанской Республики на льготных условиях”, утвержденным решением Кабинета министров Азербайджанской Республики от 26 декабря 2024 года.

    Земельные участки – это земли, расположенные вокруг села, площадью не менее 5 га, готовые к посадке и характеризующиеся наличием богарных площадей. В этих селах планируется выращивание пшеницы, ячменя, гороха, картофеля, кормовых культур, таких как люцерна, мак, а также различных травосмесей.

    Жители, переехавшие в село Забух, могут подать заявление на предоставление земельных участков для посадки сельскохозяйственных культур на льготных условиях в следующей последовательности:

    – Зарегистрироваться в системе EKTIS (иметь автоматизированный электронный кабинет фермера).

    – Заполнить форму заявления, выбрав в разделе “Мои заявления” электронного кабинета “Заявление на аренду земельного участка” – “Забух”.

    – Независимо от места регистрации в удостоверении личности, в приложении “Электронная полиция” Министерства внутренних дел следует указать, что фактическим местом проживания является село Забух.

    Подписание договоров с заявителями, обучение и ознакомление с территориями на месте пройдут в конце октября – начале ноября. Срок аренды составит 2 года для однолетних и кормовых культур и будет продлеваться по результатам эксплуатации.

    Отметим, что процесс эксплуатации земель в освобожденных районах был начат с села Агалы.

  • İşğaldan azad olunmuş daha bir rayonda torpaqlar sakinlərin istifadəsinə verilir

    Laçın rayonu Zabux kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 25-dən başlayaraq Laçın rayonunun Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Zabux kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi oktyabrın 25-i günün sonunadək davam edəcək.

    Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

    Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.

    Zabux kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadəsi üçün müraciət edə bilərlər:

    – EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);

    – Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Zabux” seçməklə ərizə formasını doldurmaq;

    – Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Zabux kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

    Qeyd edək ki, müraciət edən şəxslərlə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün iki il, təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

    Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən başlanıb.

  • Emin Ağalarov ABŞ-dəki evindən paylaşım etdi (Video)

    Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov sosial şəbəkədə ABŞ-dəki evindən fotolar paylaşıb.

    O, paylaşımında uşaqlarına gənclik illərinin ən dəyərli xatirələrini göstərə bildiyi üçün xoşbəxt olduğunu qeyd edib:

    “Nyu-Cersidəki evim, ailəm, dostlarım, ilk biznesim – bunların hamısını övladlarıma göstərə bilirəm. Bu səfərdən daha maraqlı paylaşımlar olacaq”, – deyə Ağalarov bildirib.

  • Növbəti iki gündə havanın temperaturu 8 dərəcə enəcək

    Növbəti 2 gün ərzində Azərbaycanda havanın temperaturu enəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

    Sentyabrın 26-sı günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

    Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.