Month: September 2025

  • Azərbaycanın “Uşaq Avroviziyası – 2025″də təmsilçisinin adı məlum olub (FOTO)

    Azərbaycanın “Uşaq Avroviziyası – 2025” mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.

    Müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

    Qeyd edək ki, müsabiqə bu il dekabrın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. İştirakçımızın səsləndirəcəyi mahnı oktyabrda təqdim olunacaq.

  • Antarktidada 85 yeni gizli göl aşkarlanıb

    Antarktida buzlaqlarının dərinliklərində alimlər 85 yeni gizli göl kəşf ediblər. Bununla da qitədə məlum olan aktiv göllərin sayı 231-ə çatıb.

    Bu barədə PHYS.org məlumat yayıb. Bildirilir ki, kəşf Avropa Kosmik Agentliyinin “CryoSat” peykindən 10 il ərzində toplanmış məlumatlar əsasında mümkün olub.

    Alimlər buzlaqların qalxıb-enmə hərəkətlərini izləyərək göllərin dolub-boşalma proseslərini müşahidə ediblər.

    Tədqiqat nəticələri göstərib ki, Antarktidanın su sistemi əvvəllər güman olunandan daha dinamikdir. Bu göllərin fəaliyyəti buzlaqların hərəkətinə, okean dövriyyəsinə və hətta dünya okeanının səviyyəsinə təsir edə bilər.

    Mütəxəssislər hesab edirlər ki, belə müşahidələr iqlim modellərində buzlaqların gələcək sabitliyini proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət daşıyır.

  • В Норвегии и Дании обнаружили дроны над аэропортом и военными объектами

    Вечером 22 сентября тревогу из-за дронов подняли над военными объектами в норвежском Осло, были задержаны два гражданина Сингапура по подозрению в причастности к инциденту.

    Об этом пишет шведская газета Aftonbladet.

    По словам начальника оперативного отдела Эйвинда Хаммерсвольда, именно силы обороны обнаружили беспилотники.

    В тот же вечер аэропорт датского Копенгагена в Каструпе был закрыт после того, как в небе над воздушной гаванью заметили несколько крупных БПЛА. Для обеспечения безопасности были отменены и перенаправлены несколько рейсов.

  • Danimarkada və Norveç hava məkanlarında naməlum dronlar müşahidə olunub

    Danimarkanın paytaxtı Kopenhagenin Kastrup hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.

    Bu barədə Danimarka polisi “X” sosial şəbəkəsində məlumat verib.

    Qeyd olunub ki, hadisə yerin polis qüvvələri cəlb olunub. Bütün reyslər təxirə salınıb, Məhdudiyyətlərin nə qədər davam edəcəyi hələ məlum deyil.

    Eyni zamanda, naməlum dronların Norveç hava məkanında müşahidə olunduğu bildirilib.

  • Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs tutulub – Video

    Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23 300 manat pulu, eləcə də 2 200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Prezident: “Ortaq mənəvi dəyərlər Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir”

    “Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

    “Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • İlham Əliyev Səudiyyə kralını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir.

    Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm.

    Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxmışdır. Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir.

    Ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını təqdir edir, gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşünün keçiriləcəyini məmnunluqla qeyd edirəm.

    Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələri və əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • İçkili vəziyyətdə avtomobil idarə etdi, namaza gedən iki nəfəri vurub öldürdü – Şəkidə dəhşətli cinayət

    Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs namaz qılmağa gedən iki nəfəri vuraraq öldürüb.

    Hadisə Şəki şəhəri, Axundov prospektində baş verib.

    Şəki sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafeyə gedərək spirtli içki qəbul edib.

    Turan sükan arxasına əyləşərək şəhərin mərkəzinə, Elvinin evinə tərəf gedib. Yolda onlar avtomobili saxlayaraq mağazadan yenidən pivə alıblar. Dostlar pivəni içərək avtomobil idarə edərkən sürət həddini aşdığı üçün qarşıdan gələn motosikletin hərəkət zolağına çıxıblar və motosikletlə toqquşublar.

    Hadisə nəticəsində motosikletdə olan sürücü Natiq Abdullayev və sərnişini Mehman Camalov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turan Əzizli 8 il 6 ay azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Xəstə uşağın görüntüsünü paylaşıb pul yığan şəxs saxlanıldı

    Bakı şəhəri Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a bildirib ki, uşağın vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı polisə məlumat daxil olub. Müraciət üzrə polis tərəfindən araşdırmalara başlanılıb.

    Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

  • АЖД начали сокращения: уволены 150 человек

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) начало масштабные сокращения персонала в связи с модернизацией транспортной инфраструктуры.

    Как сообщает valyuta.az, в рамках реконструкции железнодорожной инфраструктуры ликвидируется ряд промежуточных станций. Это решение напрямую затронуло судьбы сотен железнодорожников, работавших на этих объектах.

    Согласно информации, по западному, южному и северному направлениям уже сокращено около 150 сотрудников. Руководство компании предлагает различные варианты решения кадрового вопроса: часть работников переводится на другие должности, однако большинству предлагается покинуть предприятие по собственному желанию с выплатой компенсации в размере нескольких месячных окладов.

    Тем сотрудникам, которые не согласны на добровольное увольнение, трудовые договоры расторгаются в принудительном порядке с выплатой трехмесячного выходного пособия.

    Представители АЖД подчеркивают, что процесс оптимизации штата будет продолжен в рамках общей программы модернизации железнодорожного транспорта страны.

    Напомним, что по официальным данным, если в начале текущего года в АЖД работало 4 875 человек, то в течение первой половины 2025 года численность персонала сократилась до 4 798 сотрудников. Таким образом, за первое полугодие компанию покинули 77 человек, что подтверждает начавшуюся тенденцию к сокращению штата.