Türkiyədə 21 yaşlı azərbaycanlı tələbə vəfat etdi – FOTO

Türkiyədə azərbaycanlı tələbə vəfat edib.

Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Alanyada qeydə alınıb.

Tanverdi Salmanov adlı gəncin yaşadığı evdə qəfildən halı pisləşib.

O təcili olaraq ailəsi tərəfindən Manavqat Dövlət Xəstəxanasına aparılıb. Lakin 21 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

O Türkiyədəki universitetlərin birində Ali təhsil alırmış.